Səməd Seyidova sanksiya tətbiq edilməsi xəbərinə MÜNASİBƏT

Səməd Seyidova sanksiya tətbiq edilməsi xəbərinə MÜNASİBƏTAvropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsinin Səməd Seyidovun mandatını dondurması xəbəri doğru deyil.

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə deyib.

Onun sözlərinə görə, AŞ PA məsələ ilə bağlı bir neçə gün ərzində yekun qərarını verəcək: "Mən özüm də AŞ PA-nın qərarını gözləyirəm".

Millət vəkili AŞ PA-nın müvafiq qərarının bu gün verə biləcəyini də istisna etməyib.

Xatırladaq ki, bəzi KİV-lərin yazdığına görə , AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri S. Seyidov daxil olmaqla 4 deputatın mantadını dondurub. İddia edilir ki, sanksiya Səməd Seyidovdan başqa Sezar Florina Predaya, Pedro Aqramunta və Cordi Xuclıya da toxunub.

Məftun Salmanov
Səməd Seyidova sanksiya tətbiq edilməsi xəbərinə MÜNASİBƏT

Siyasət   Baxılıb: 992   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR