İntihar edən abituriyentlərin ÖLÜMÜNDƏ KİM GÜNAHKARDIR?

İntihar edən abituriyentlərin ÖLÜMÜNDƏ KİM GÜNAHKARDIR?Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Sumqayıtda iki abuturiyent istədiyi balı toplamadığı üçün intihar edib. Həmin uşaqların yaxınlarının verdiyi məlumata görə onların intihar etməsində ailələrindəki problemlər də xüsusi rolu oynayıb.

Bununla bağlı BiG.AZ-a açıqlama verən psixoloq Vəfa Əkbər qeyd edib ki, hər şey birinci ailədən qaynaqlanır: "Uşağın cəmiyyətini, çevrəsini, hansı məktəbdə oxuyacağını da valideynlər seçir. Ailənin insan həyatında rolu böyük olur. Böyük ehtimal intiharda ailənin ali təhsili böyütməsi, abturiyentə aşırı yüklənmə, bizi bu problemlərdən qurtaracaqsan fikrinin səsləndirilməsi uşağın psixologiyasına mənfi təsir göstərir. Valideynin öz övladının potensialını bilmədən ona aşırı yüklənir. İmtahana bir həftə qalmış isə eybi yox, nə yığarsan yığ sözləri artıq arxadan atılan daş topuğa dəyər məsələsinə oxşayır. Bir il ərzində uşağa o qədər yüklənirlər ki, son bir həftənin təsiri olmur. Belə olanda da uşaq qarşısına qoyur ki, mən qəbul olmalıyam. Balı aşağı olanda artıq missiya bitmiş olur. Artıq sən heç kimə lazım deyilsən fikri onu rahat buraxmır. Belə olanda da etdiyi hərəkətləri idarə edə bilmir. Bunu tək valideynin üzərinə atmaq da olmaz.

İntihar edən abituriyentlərin ÖLÜMÜNDƏ KİM GÜNAHKARDIR?Psixoloq vurğulayıb ki, bu məsələdə müəllimlərin də böyük rolu var: "Müəllim bilir ki, uşağın götürmə qabiliyyəti çox aşağıdır. Bunun yığacaq bal maksimum 200-300-dür. Həmin abuturiyentə demək ki, mənim fənnimdən ən azından 20 yazasan. Puldan ötrü anaya, ataya uşağı yalandan tərifləyir. Əgər hər bir müəllim bu məsələyə məsuliyyətli yanaşsa, gercəkləri deməyi bacarsa, müəllim abuturiyentə gəlir kimi baxmasa, uşağın potensialını əvvəlcədən valideynə desə bu cür hadisələr yaşanmaz. Amma təəssüf ki, bu gün valideynlər və müəllimlər ayrı-ayrılıqda öz çıxarlarını düşünürlər. Daha diqətcil, övladları üçün çalışan valideynlərdə var. Söhbət çalışmaq o demək deyil gecə-gündüz işləyəsən. Elə məsuliyyətli valideynlər var ki, imtahana 2-3 ay qalmış psixoloq yanına gətirirlər. Elə valideynlər var ki, ilin əvvəlindən uşağını psixoloq yanına gətirir ki, abuturiyentdir. Biz onunla necə davranmalıyıq. Belə olanda da abuturiyent istədiyi balı toplaya bilir. Çünki o, güvən və dayağı hiss edir. Gördüyü işləri uşağa minnət qoyması artıq həmin valideynin özünün natamamlıq kompleksindən əziyyət çəkməsi deməkdir. O qədər özü üçün heç nə etməyib ki, kimsə üçün nəsə edəndə də artıq qarşısındakına minnət qoymuş olur. Belə olduqda da övladını çox incitmiş olur".

İntihar edən abituriyentlərin ÖLÜMÜNDƏ KİM GÜNAHKARDIR?Vəkil Tural Süləymanov vurğulayıb ki, əgər övladın valideynin təqsiri nəticəsində özünü öldürdüyü sübuta yetirilərsə onda cinayət məcəlləsinin 125 maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Yəni özünü öldürmə həddinə çatdırmaya görə valideyn 3 ildən 7 ilədək həbs edilə bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2035   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədə velosipedçi avtomobilə çırpılıb, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini 2007-ci il təvəllüdlü Elcan Quliyev velosipedlə hərəkətdə olan zaman KIA markalı minik maşınına çırpılıb. Qəza zamanı velosipedi idarə edən E.Quliyev xəsarət alara

21 aprel
.

Bakıda məşhur hotellərdən birində yanğın baş verib - FOTOLAR

Bakıda məşhur hotellərdən birində yanğın hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Namiq Quliyev küçəsi, 24 ünvanında qeydə alınıb. Belə ki, ərazidə yerləşən hotelin damında tüstü ilə müşayiət olunan yanğın baş verib. FHN əməkdaşları yanğın yerinə cəlb olunublar. Yanğının ətra

20 aprel
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

20 aprel
.

Ceyranbatan su kanalında bir nəfər batıb

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regiona

20 aprel
.

Əhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ

21 aprel
.

Şəkidə avtomobillər toqquşub: Xəsarət alan var

Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var. APA-nın məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İ. Həsənovay

21 aprel
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19 aprel
.

Zaqatalada 76 yaşlı qadın intihar edib

Zaqatalada 76 yaşlı qadın intihar edib. APA-nın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırm

21 aprel
.

Xaçmazda gənc oğlan borca görə özünü öldürdü

Xaçmazda intihar hadisəsi olub. xəbər verir ki, hadisə rayonun Rəhimoba kəndində qeydə alınıb. 28 yaşlı R.Balakişiyev bağ sahəsində talvardan özünü asaraq, həyatına son qoyub. Onun meyitini ailə üzvləri aşkar ediblər. Məlum olub ki, R.Balakişiyevin müxtəlif şəxslərə külli miqdarda borcu olub. Onun məh

20 aprel