Qardaşının əvəzinə ölən nazirimiz

Qardaşının əvəzinə ölən nazirimizQan Turalı yazır:

Bu kiçik bir mübarizə hekayəsidir.

Və qardaşlıq, doğmalıq, qurbanvermə hekayəsi...

Söhbət iki qardaşdan gedir.

Onlar təkcə məslək yox həm də qan qardaşı idilər.

Hadisə Məmmədbağır bəy və qardaşı Nağı bəy Şeyxzamanlı arasında baş verib.

Məmmədbağır bəy böyük qardaşdır.

1880-ci ildə Gəncə şəhərində anadan olub.

1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən xüsusi xidmət orqanının-"Əksinqilab ilə mübarizə təşkilatı"nın rəisi təyin olunub.

Bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində "Müsavat" fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Vəzifəsini qardaşına həvalə ediblər, Nağı bəyə.

Məmmədbağır bəy isə deputat kimi fəaliyyət göstərib.

Arada ağır aylar, illər keçib.

Müsavat hökuməti süqut edib.

Məmmədbağır bəy həbs edilib.

Azadlığa çıxması üçün şərt qoyululub: "Qardaşın gəlib təslim olsun, səni azad edək".

Nağı bəy ADR-in xüsusi xidmət orqanının rəhbəri kimi bolşeviklərin heç sevmədiyi bir adam idi.

Çünki bolşeviklərin gizli fəaliyyətini izlətdirirdi.

Onları daim nəzarət altda saxlayırdı.

Bu əlbəttə ki, onun vəzifə borcuydu.

Beriya da Nağı bəyin rəhbərliyi altında, xüsusi xidmət orqanında şöbə müdiri kimi çalışmışdı.

Bolşeviklərin Nağı bəyi axtardığı bir zamanda Nağı bəy də gizlənirdi.

Qardaşının başına gələnləri öyrənir və təslim olmağa qərar verir.

Təki qardaşını buraxsınlar.

Özü öz ayağı ilə Çekaya gəlir.

Məmmədbağır bəy onu yuxarı mərtəbədəki kamerasının pəncərəsindən görür.

Pəncərəyə çıxıb qışqırır: Qaç, get burdan Nağı. Mənə heç nə edə bilməzlər. Qaç, get Gəncəyə".

Nağı bəy qardaşının səsini eşidir amma qayıdıb getmək istəmir.

Bu anda bəlkə heç filmlərdə də görmədiyimiz dramatik bir hadisə baş verir.

Məmmədbağır bəy deyir: "İçəri girsən özümü pəncərədən atacam. Qaç, get burdan".

Nağı bəy bu sözlərdən sonra çıxıb gedir.

Gizli yollarla Gəncəyə ordan Tiflisə qaçır.

Türkiyədə, Amerikada yaşayır.

Çox keçmədən Məmmədbağır bəyi isə bolşeviklər güllələyirlər.

Belə bir fəci həyat hekayəsi...

Azərbaycan Xalq Cümhuriyyəti bu cür fədakar və mübariz insanların sayəsində qurulmuş və yaşamışdır.

Və təəssüf ki, bəzən fədakarlıq da kifayət eləmir.

Eləmir...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1763   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

13 aprel
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

17 aprel
.

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər. "Vedomosti"nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiy

14 aprel
.

Heç kimin getmədiyi QORXUNC ADA

Əslində, dünyada bir neçə olduqca təhlükəli ada var ki, həmin yerlərə səyahət etmək qadağandır. Çox vaxt bu, yalnız təhlükəsizlik ilə deyil, həm də qanunvericilik səviyyəsində öz əksini tapır.  xarici mətbuata istinadən xəbər verir ki, ilanların insan həyatı üçün təhlükə olduğunu bilirsiniz. Ancaq bəz

11 aprel
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13 aprel
.

56 milyon insanın ölümünün dəhşətli sirri AÇILDI - Dondurulmuş soyqırım

Antarktidadan gələn buz nümunələrinin tədqiqi alimlərə avropalıların Amerikaya müstəmləkəçilik etməyə gəlməsi ilə bağlı dəhşətli həqiqəti üzə çıxarmağa imkan verib. -ın xarici KİV-ə istinadən xəbərinə görə, alimlərin aşkar etdiyi sübutlar 15-ci əsrdə müstəmləkəçiliyin başlanğıcının 56 milyon insanı

19 aprel
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14 aprel