II Fəxri Xiyabanda RƏZALƏT - FOTOLAR +VİDEO

Bakının II Fəxri Xiyaban və onunla üzbəüz yerləşən Yasamal qəbiristanlığında ("Dağüstü qəbiristanlığı") qəbiristanlığında mərmər və bürüncdən hazırlanmış qəbirüstü abidələrin kütləvi oğurluğu baş verib. Vandalizmə məruz qalanlar arasında bir sıra görkəmli xadimlərin də məzarları var.

virtualaz.org xəbər verir ki, əsasən qara və qırmızı mərmər, eləcə də tuncdan olan xatirə lövhələri, məzar daşları, abidələr bir neçə gün əvvəl oğurlanıb. Vandalizmə məruz qalan məzarlardan biri İsgəndər Sadıq oğlu Cəfərova məxsusdur, onun II Fəxri Xiyabanın girişi ilə üzbəüzdə yerləşən, qara mərmərlə işlənmiş məzarından mərmər heykəli oğurlanıb.

"İsgəndər Cəfərovun oğlanları Moskvada "Lukoyl" şirkətində böyük vəzifələrdə işləyirlər. Atalarının məzarüstü abidəsinin hazırlanmasına on minlərlə dollar pul xərcləyiblər. Gəlib baxdılar, məzarın bu hala salınmasından çox əsəbləşdilər, yəqin ki, polis tezliklə oğruları həbs edəcək", -qəbirstanlıqdakı mollalardan biri məlumat verir. virtualaz.org dəqiqləşdirib ki, mərhum İsgəndər Sadıq oğlu Cəfərov akademikdir, Rusiyadakı azərbaycan diasporunun fəallarından biri olub və biznesmen-oliqarx, Putinin dostu İlham Rəhimovun qudasıdır.

O, 2013-cü ildə vəfat edib. II Fəxri Xiyabanla üzbəüzdə mərhum Cəfər Quliyevin də qara mərmərdən olan başdaşının üstündən heykəlini kəsib götürüblər. Molla deyir ki, mərhum bu yeri nənəsinə görə götürüb, özünün təşəbbüsü ilə ətraf qara mərmərdən döşənib. Amma qəflətən özü dünyasını dəyişib. "Cəfər çox hörmətli şəxs idi, Sumqayıtda zavodu vardı. Biliblər ki, abidə qiymətli mərmərdən hazırlanıb, oğurlayıb aparıblar", -adının açıqlanmasını istəməyən molla əlavə edib.

II Fəxri Xiyabanın çölündəki məzarlıqdakı üstü qırmızı mərmərdən olan köhnə qəbir də yararsız hala salınıb. Məzarın üstündə mərhumun ad-soyadı yazılıb-Nadir Adil oğlu Əliyev. Qəbirlərin birində qızılı rəngdəki abidəni də oğurlamağa cəhd ediblər, amma görünür söküb çıxara bilməyiblər.

Mollalar deyirlər ki, son vaxtlar qəbirstanlıqlar hədəfə götürülüb, misdən, bürüncdən olan nə varsa sökülərək aparılır. "Bir də görürsən ki, məzar daşı yerli-dibli çıxarıb aparıblar. Qəbirstanlıq çox böyükdür, nəzarət etmək mümkün deyil. Oğurluq gecə baş verir, rusların qəbirlərindəki dəmirdən olanları çıxarırlar, bizimkilərin mərmər daşları oğurlanır"-molla deyir. II Fəxri Xiyabanda da oğurluq olub. Baxmayaraq ki, oranın nəzarətçisi hadisəni ciddi-cəhdlə gizləməyə çalışdı: "Rəhbərlik oğurluq hadisəsi ilə bağlı polisi məlumatlandırır. Hər bir xəbər mərhumun yaxınları tərəfindən narahatlıqla qarşılanır, xahiş edirik yazmayın. Bura ancaq polisə girə bilərsiniz, bizə belə deyiblər".

Xiyabanın ərazisində çalışanlardan isə öyrənirik ki, aprelin sonunda tanınmış rəssamlardan birinin məzarının üstündə adı yazılmış hərfləri oğurlayıblar. Xalq artistlərdən birinin məzarından isə mərmərdən düzəldilmiş çalğı alətini götürüblər. II Fəxri Xiyabanın nəzarətçisi bildirib ki, xiyabanın girişində müşahidə kameraları quraşdırılıb. Oğrular gecə gəlirlər və giriş qapısından deyil, hasardan düşürlər. Buna görə də onları yaxalamaq asan olmur.

"Fəxri Xiyabanda nəzarətçi var, səhər saat 8-dən axşam saat 6-ya qədər əraziyə baxır. Amma bütün günü nəzarət etmək mümkün deyil, baxmayaraq ki, giriş qapısı həmişə açıq olur", -bunu isə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Depratentinin Əhaliyə Vətəndaşlıq Xidmətləri Trestinin baş mühəndisi, jurnalistlərin gəldiyini eşidərək tələsik özünü yetirən Sabir Həsənov deyir.

Onun sözlərinə görə, qəbirstanlıqda oğurluq tez-tez baş verir. "Mənəviyyatsız adamlardır, mərhumların sinə daşlarını oğrlayırlar, dəyər-dəyməzə satırlar. Yalnız 8-ci kilometr qəsəbəsindəki qəbirstanlıq hasara alınıb, onun da 64 giriş qapısı var. Qəbirstanlıqlara nəzarət etmək çətindir, qarşısını almaq olmur"-Həsənov deyir. Bakı şəhər İcra Hakimiyyətindən isə qəbiristanlıqlarda bu kütləvi oğurluqlarla bağlı şərh almaq mümkün olmadı.

II Fəxri Xiyabanda RƏZALƏT - FOTOLAR +VİDEOII Fəxri Xiyabanda RƏZALƏT - FOTOLAR +VİDEOII Fəxri Xiyabanda RƏZALƏT - FOTOLAR +VİDEOII Fəxri Xiyabanda RƏZALƏT - FOTOLAR +VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2954   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart