2 rusdan Bakıda DƏHŞƏTLİ ƏMƏL: qadını evə gətirdilər, zorladılar, sonra... - ŞOK OLACAQSINIZ

2 rusdan Bakıda DƏHŞƏTLİ ƏMƏL: qadını evə gətirdilər, zorladılar, sonra... - ŞOK OLACAQSINIZBakıda qadını öldürməkdə təqsirləndirilən Dmitriy Razumniy və Samir Zenyukovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onların apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Növbəti proses mayın 29-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dimitriy Razumniy 18 il, Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər, onlar barələrində təyin olunan cəzanın yüngülləşdirilməsini xahiş ediblər.

İttihama görə, qətl hadisəsi ötən il aprelin 30-da Səbail rayon Neftçilər prospektində mənzildə baş verib.

Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb.

Onlar qadın tanışları 1971-ci il təvəllüdlü Yelena Sandrandinova yaşadıqları mənzilə gətiriblər. Yeyib-içmək məclisindən sonra Samir Yelena ilə cinsi əlaqədə olmaq istəyib. Qadın etiraz edib və evin dəhlizinə çıxıb. Samir də Yelenanın arxasıyca dəhlizə çıxaraq onun baş və bədən hissələrinə yumruq, təpik zərbələri vurub.

Dmitriy Razummıy da dostu Samirə kömək edərək qadını döyüblər. Sonra onlar qadını soyunduraraq divana uzadıb, orada qadına qarşı seksual xarakterli hərəkətlər ediblər. Qadın özündən gedib.

Samir Zenyukov Yelenaya seksual xarakterli hərəkətlər edərək yatıb. Gecə saat 4-də Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi münasibətdə olmaq istəyib. Bu zaman o qadının öldüyünü bilib.

O, dostu ilə birlikdə qadının paltarlarını əyninə geyindirək evdən çölə çıxarıb, daha sonra meyiti Qız Qalasının yaxınlığında həyətdə bir küncə qoyub.

Yelena Sandrandinovanın meyitini polis aşkarlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitriy Razummıy həbs edilib.

Məlum olub ki, onlar sərxoşikən Sandrandinovanı ölənə qədər döyüblər, onun qabırğasını qırıblar və küt alətlə dəfələrlə başına vurublar. Sonra qatillər meyitdən canlarını qurtarmaq üçün onu ikinci mərtəbədən tullayıblar. Bunun ardından qətlin iştirakçıları "vurmağı" davam etdiriblər və yatıblar.

Samir Zenyukov və Dmitriy Razummıy Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6-cı (zorlama ilə adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyət adam öldürmə), 29.149.2.1-ci (bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci (seksual xarakterli hərəkət törətmək), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham edilir.

Onu da qeyd edək ki, həm təqsirləndirilən şəxslər, həm də ölən şəxs tüfeyli həyat sürüblər.

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3603   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel