Eks-nazirimiz Heydər Əsədovun villaları – "Milyonerlər məhəlləsi"ndən "Tarqovı"ya qədər…

Eks-nazirimiz Heydər Əsədovun villaları – "Milyonerlər məhəlləsi"ndən "Tarqovı"ya qədər…Sabiq nazirin KTN-dəki fəaliyyətini araşdıran olacaqmı?

Sabiq nəqliyyat nazirinin qudası, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda milyon manatlarla qiyməti olan 2 villası üzə çıxıb. Unikal.org-un məlumatına görə, paytaxtın Binəqədi rayonu "Vorovski" qəsəbəsində olan villalardan biri 5 mərtəbəlidir, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villa isə 2 milyon manata tikilib. Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir.

Özəlliklə neft milyonlarının ölkəyə axdığı ötən illər ərzində Azərbaycanın nazirləri ərəb şeyxlərinin həyat tərzini yaşamağa başlayıb. Belə şəxslərdən biri də eks kənd təsərrüfatı naziri Heydər Əsədov olub. Bundan əvvəl Hesablama Palatasının sədri olmuş Heydər Əsədov digər komanda üzvlərindən fərqli olaraq, öz sahəsinin peşəkarı kimi tanınırdı.

Ziya Məmmədovla quda olandan sonra nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başladı. Heydər Əsədovun Bakının "Milyonerlər məhəlləsi" adlanan məkanında da, Bakının Səbayel rayonundakı məşhur "Torqovı" küçəsində də böyük evləri var. Əlbəttə ki, həmin evlər, mənzillər Heydər Əsədov nazir postu tutarkən alınıb. Azərbaycanda kənd təsərrüfatının real durumu ilə dövlət büdcəsindən bu sahəyə ayrılan milyardlarla manatın arasında böyük bir qeyri-bərabərlik, uyğunsuzluq var.

Dövlət büdcəsindən Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin nəzdindəki təkcə "Aqrolizinq"ə son bir neçə ildə hər il 400 milyon manat ayrılıb. Bu, Heydər Əsədova tabe olan bir quruma hər il ayrılan məbləğdir və bu pullar onun əlindən keçib, onun dərkənarına əsasən xərclənib. Belə bir halda Heydər Əsədovun Bakının dörd bir tərəfindəki prestijli məhəllələrdə 5-6 milyon dəyərindəki villalarına xərclənən məbləğlərin mənbəyini axtarmaq üçün müstəntiq olmaq lazım deyil ki?

Yetər ki, Baş Prokuror yanında Korrupsiya İdarəsində stajor olan bir hüquqşünasa müvafiq araşdırma aparması tövsiyə olunsun. Qalan məsələlər texniki xarakter daşıyacaq. Məsələn, həmin hüquqşünas mətbuatda yayılan villaların fotolarını qabağına qoyub kənd təsərrüfatının ayrı-ayrı istiqamətlərindəki durumu əks edən fotolarla müqayisə etsə və yaranan suallara cavab axtarmağa başlasa, düz Heydər Əsədovun özünə uzanan ittihamlar avtomatik formalaşacaq. Üstəlik, bu ən kəsə və sadə yoldur…(musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2237   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel