Azərbaycanda ani ödəniş sistemi yaradılacaq
"Bu gün informasiya kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təkan verən amilə çevrilib, insanların həyat tərzini, sosial-iqtisadi sahələri, bank sektorunu əhatə edir.
Sonxeber.az-ın apa-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumda Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, AMB qlobal müstəvidə sürətlə inkişaf edən texnoloji prosesləri izləyir, maliyyə-bank sektorunun daha da müasirləşməsi istiqamətində tətbiq imkanlarını diqqətdə saxlayır, yaxından araşdırır. "Orta müddətli dövrdə üç aparıcı layihənin fəlsəfəsi də bu texnologiyalara əsaslanıb. İlk layihə "Nağdsız Azərbaycan layihəsidir. Mərkəzi Bank beynəlxalq qurumların iştirakı ilə bu layihənin icrasını tamamlayıb. Layihə bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasını əks etdirir. Bu layihə innovativ ödəniş sisteminin tətbiqini özündə əks etdirir. Layihə artıq geniş müzakirədən keçib. Hazırda layihə çərçivəsində proqramın Prezident Administrasiyasında müzakirəsi keçirilir. Layihə son mərhələdədir. Bu yaxınlarda Prezident tərəfindən layihənin təsdiqlənməsi gözlənilir.
İkinci layihə rəqəmsal identifikasiya sisteminin blokçeyn platformasında yaradılması layihəsidir. Hazırda qalib şirkətin müəyyənləşməsi üçün tender prosesləri gedir. İlkin məhsul kimi ilin sonundan layihəni bank ictimaiyyətinə təqdim edəcəyik. Azərbaycan bank sektorunda müştəri məmnunluğunun artırılması istiqamətində bu layihənin icrasını qarşıya məqsəd qoymuşuq.
Üçüncü layihə rəqəmsallaşmanı genişləndirmək üçün ani ödəniş sisteminin yaradılmasıdır. Bu sistemin yaradılması ilə bütün iqtisadi sistemlər arasında beş-on saniyə içində ödənişlərin tamamlanması təmin olunacaq," - deyə A. Quliyev bildirib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşQızılın qiyməti rekordunu yenilədi
Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak
1 aprelBank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb
2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd
20 aprelBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif
27 fevralBu məhsullar bahalaşıb
2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik
9 aprelRamazan ayında qızıl bazarında vəziyyət necədir?
Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı
30 martBitkoin kəskin ucuzlaşıb
Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad
22 martDövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI
"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı
27 fevral