"Qaçqınkom"un yeni sədri Şüvəlanda məcburi köçkünlərlə GÖRÜŞDÜ - VİDEO

"Qaçqınkom"un yeni sədri Şüvəlanda məcburi köçkünlərlə GÖRÜŞDÜ - VİDEOQaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xəzər rayonu Şüvəlan qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb.

Komitə sədri Rövşən Rzayev Şüvəlan qəsəbəsi Maşınqayırma pansionatında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların həyat şəraiti ilə tanış olub və məcburi köçkünlərin problemlərini dinləyib.

Bununla yanaşı Rövşən Rzayev məcburi köçkünlərin köçürülməsi və həyat şəraitinin yaxşılaşdırılması üçün ciddi işlər görüldüyünü, yaxın gələcəkdə məcburi köçkünlərin hər birinin mərhələli şəkildə yeni və rahat evlərlə təmin olunacağını bildirib.

big.az

Hadisə   Baxılıb: 909   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR