Hansı məşhurlarımız oruc tutacaq?

Hansı məşhurlarımız oruc tutacaq?Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın.

"Qurani-Kərim"də yazılan bu sözlər müqəddəs Ramazan ayı ilə bağlıdır.

Bu gündən etibarən start götürən mübarək ay on bir ayın sultanı hesab olunur.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Bu ayda insanlar oruc tutaraq bir çox günahlarından təmizlənmək istəyirlər.

Bəs məşhurlarımız necə? Ramazan ayında oruc tutub, aclığı hiss edəcəklərmi?

Sonxeber.az oxu.az-a istinadən Ramazan ayı ilə bağlı məşhurlar arasında apardığı sorğunu təqdim edir:

Müğənni Nigar Camal:

"Oruc tutmağa çalışmışam. Amma heç vaxt alınmayıb. Çaysız qala bilmirəm".

Aparıcı İlkin Həsəni:

"Səfərlərim çox olduğu üçün oruc tuta bilməyəcəm".

Prodüser Təranə Səmədova:

"Oruc tutmayacağam. Deistəm. Bütün dinlərə hörmətim var. Lakin tək Allaha inanıb, ona itaət edirəm".

Müğənni Çinarə Məlikzadə:

"Sağlamlığımla bağlı problemlərim var deyə, dərmanlar qəbul edirəm. Ona görə oruc tutmayacağam".

Aktyor Kamran Ağabalayev:

"Çəkilişlərimiz çoxdur, oruc tutmayacağam".

Teleaparıcı Vüsalə Kərimova:

"Hər il Ramazanda oruc tuturam. Nəinki Ramazanda, Şaban ayı başlayandan oruc tuturam. 2-3 gündür fasilə vermişəm ki, Ramazan başlayanda gücüm olsun. Ramazan bitənədək oruc tutacağam. Allah hamının orucunu qəbul etsin".

Bəstəkar Murad Arif:
"İnşallah, nəfsimizə hakim ola bilək. Allah ruzimizi versin. Tutmağa çalışacağam".

Aktrisa Xumar Səlimova:
"Din anlayışım başqadır. Allaha inanıram. Amma oruc tutmuram".

Müğənni Səbinə Əskərova:

"Susuzluğa və istiyə dözümüm yoxdur. Məndə alınmayacaq. Allah bütün oruc tutanların orucunu qəbul etsin".

Bəstəkar Pərviz Mahmudov:

"12 ildir oruc tuturam. Bu, hər bir müsəlmanın borcudur".

Aktrisa Cəmilə Tağızadə:

"Qayınanam və həyat yoldaşım oruc tutacaq. Mən də onlara gözəl iftar süfrəsi hazırlayacağam. Məndə alınmır. İftar qonaqlığı ilə bu ili yola verəcəyəm. Görək, gələn il nə olur".

Şou-biznes   Baxılıb: 506   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR