Keçmiş nazirin oğlu atasının pullarını Türkiyə sənətçilərinə dağıdırmış...

Keçmiş nazirin oğlu atasının pullarını Türkiyə sənətçilərinə dağıdırmış...Anar Məmmədovu Türkiyə şou-biznesi ilə nə bağlayır...

Son vaxtlar keçmiş nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı Türkiyə şou-biznesi ilə birgə hallanmaqdadır. Əvvəlcə bir müddət gözdən "itən" Anar Məmmədov İstanbulda məşhur müğənni Alişanın toyunda üzə çıxdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi toyun görüntülərində A.Məmmədovun da fotoları yer almışdı.
Sonradan məlum oldu ki, Alişanın xanımı aktrisa Busə Varolun xınasında geyindiyi qırmızı libas Ziya Məmmədovun gəlini və Heydər Əsədovun qızı Fəridə Məmmədovanın sahibi olduğu moda evinə məxsusdur. Türkiyə mətbuatında da Məmmədovlarla Alişanın çox yaxın münasibətləri olduğu haqda məlumatlar dərc edilib. Ümumiyyətlə, Anar Məmmədov Türkiyə şou-biznesində də kifayət qədər tanınır. Belə ki, onun məşhur türk müğənnisi Hadisəyə çimərlik bağışlaması uzun müddət mediada müzakirə edilmişdi.

Xatırladaq ki, A.Məmmədovun Hadisə ilə münasibətləri hələ 2009-cu ildən başlayıb. Həmin il Türkiyə mətbuatında azərbaycanlı nazir övladlarından birinin Hadisəyə onunla "baş-başa görüşmək" təklifi etdiyi haqda məlumatlar yayılmışdı. Türkiyə mediasında bu, "əxlaqsız təklif" kimi dəyərləndirilirdi. Məlumata görə, Hadisə bundan qəzəblənib və Bakıda olarkən hoteldən bayıra çıxmayıb. Türkiyə mətbuatının yazdığına görə, nazir oğlu ona "Bakıya konsert verməyə deyil, mənimlə baş-başa yemək yemək üçün gəldin. Səni gözləyirəm" məzmunlu mesaj göndərib. Buna etiraz edən Hadisəyə növbəti dəfə "İstəyirsə, ansambl ilə birlikdə gəlsin, amma Hadisə mənim yanımda oturacaq" mesajı göndərilib. Bu təklif də keçərli olmayıb. O dövrdə mətbuatda müğənniyə belə bir mesajı göndərənin kimliyi də yazılmışdı və onun Anar Məmmədov olduğu bilinmişdi.

Məlumata görə, Hadisənin Bakıdakı konsertdə səhnəyə 2 saat gec çıxmasına səbəb də məhz A.Məmmədovun məlum təklifi olub. İllər sonra isə Anar Məmmədovun müğənni Hadisə üçün Bodrumda böyük bir çimərlik aldığı məlum oldu. Məlum olduğu kimi, həmin "La Play" adlanan çimərlik 2016-cı ildə tikilib və ilk sahibi A.Məmmədov olub.
Göründüyü kimi, keçmiş nazirin oğlu atasının pullarını türk sənətçilərinə dağıdırmış... Lakin bu günlərdə məlum olub ki, həmin çimərliyin sənədləşməsi tam başa çatmadığı üçün 2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub.

İş adamı Anar Məmmədovdan "La Plaj"ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması barədə qərar çıxarıb. Bir faktı da qeyd edək ki, illər öncə Anar Məmmədovun adı məşhur türk müğənnisi İbrahim Tatlısəsin adı ilə də birgə çəkilirdi. Belə ki, o, müğənninin Türkiyə telekanallarından birində fələstinli uşaqlar üçün həyata keçirdiyi xeyriyyə marafonuna telefonla qoşularaq, 50 min lirə ayırdığını bəyan etmişdi. Səsini eşidən kimi İbrahim Tatlısəs kimi məşhur müğənni də onu tanıya bilmişdi.
criminal.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1804   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel