Fəridə Cəbrayılzadənin nəşi Masallıya gətirildi - YENİLƏNDİ

Fəridə Cəbrayılzadənin nəşi Masallıya gətirildi - YENİLƏNDİÖtən gün meyiti tapılan üç alpinistdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının nəşi dəfn olunmaq üçün Masallı rayonuna gətirilib.

F.Cəbrayılzadə rayonun Şərəfə kəndində torpağa tapşırılacaq.

***
Alpinist Fəridə Cəbrayılzadənin ağır vəziyyətdə olan atası Masallı rayon Şərifə kəndinə aparılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Yenicag.az-a sözügedən kəndin bələdiyyəsindən məlumat verilib.

"Fəridənin atası ağır xəstədir, bir ay öncə bacısı rayonda dünyasını dəyişdi. O ağır xəstə olduğu üçün bacısının yas mərasiminə gələ bilmədi. Amma onu şəhərdən gətiriblər ki, qızının dəfn mərasimində iştirak etsin. Ağır dərddir, aylardır, meyit tapılmırdı. Ailə çox ağır sarsıntı içindədir".

Sosial   Baxılıb: 3559   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR