Spiker Azərbaycanda yaşayan rusların hüquqlarından danışıb

Spiker Azərbaycanda yaşayan rusların hüquqlarından danışıbAzərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Sonxeber.az-a verilən məlumata görə, O.Əsədov deyib ki, səfər çərçivəsində qonaqların Rus Mədəniyyət Mərkəzinin açılışında, "Rus İcması – Yeni Azərbaycanın xalqları ailəsində 25 il" mövzusunda keçiriləcək konfransda iştirakları əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

O, Azərbaycanla Rusiya arasında siyasi dialoqun yüksək səviyyədə olduğuna diqqət çəkərək bildirib ki, ölkə başçılarının qarşılıqlı səfərləri, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində mühüm rol oynayıb: "Milli Məclislə Rusiya Federal Şurası və Dövlət Duması arasında əlaqələrin yüksələn xətlə inkişaf edir. Rusiyanın subyektlərinin qanunvericilik orqanları ilə də münasibətlərdə bu dinamikanın saxlanılıb".

Qeyd olunub ki, son dövrdə bu ölkənin subyektləri ilə humanitar, mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşməsi prioritet sahə kimi özünü göstərməkdədir.

Azərbaycanla Sankt-Peterburq arasında münasibətlərin möhkəm tarixi zəmin üzərində qurulduğunu bildirən Milli Məclisin sədri bu gün də humanitar, elm, təhsil, mədəni sahələrdə əlaqələrimizin daha da dərinləşməsini təqdirəlayiq hesab edib. O bildirildi ki, azərbaycanlı deputatlar tez-tez bu şəhərdə səfərlərdə olur, MDB PA-nın iclaslarında fəal iştirak edirlər. Nümayəndə heyətlərimizin nüfuzlu beynəlxalq qurumlar çərçivəsində mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.

Milli Məclisin sədri Azərbaycanda böyük rus icmasının mövcudluğu barədə danışaraq, ölkədə rusdilli təhsil ocaqlarının fəaliyyət göstərdiyini, rusdilli mətbu nəşrlərin geniş oxucu kütləsi olduğunu deyib. O qeyd edib ki, Azərbaycanda yaşayan ruslar digər ölkə vətəndaşları kimi Konstitusiya ilə onlara verilmiş hüquq və azadlıqlardan sərbəst şəkildə istifadə edirlər.

Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov Azərbaycana səfərlərindən və burada gördüklərindən məmnun qaldıqlarını söyləyib. O bildirib ki, Sankt-Peterburq və onun Qanunvericilik orqanı Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərir: "Tarixən Nevanın sahilindəki bu şəhərlə Azərbaycan arasında həyatın müxtəlif sahələrində sıx əlaqələr mövcud olmuşdur. Münasibətlərimizin bugünkü inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Sankt-Peterburqda Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirirəm".

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 718   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart
.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart