İran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLAR

İran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLAR"Təmizlik bütün gigiyenik qaydaların əsasıdır".

Sonxeber.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın ət istehsalçısı - "Azmeat Production" MMC-nın baş mütəxəssisi Beyrək İsmayılov deyib.

"Peşəkarlıq və məsuliyyət birləşəndə gözəl işlər ərsəyə gəlir. Bu səbəbdən İran kimi ərzaq məsələsinə diqqətli və ehtiyatlı yanaşan dövlət bizə ixrac üçün lisenziya verib və ölkəsinə Azərbaycandan ət məhsullarının idxalına imkan yaradıb. Bu uğuru daha da irəliyə aparmaq üçün şirkətin əməkdaşları daim öz üzərilərində işləyirlər. Kəsim İslam qaydalarına uyğun şəkildə aparılır", - o qeyd edib.

Mütəxəssisin sözlərinə görə, o da daxil olmaqla bütün işçilər səhər saat 7-də işə gələndə, ilk növbədə, yuyulmuş və dezinfeksiya edilmiş paltarlar geyinir: "Bundan sonra isə dizbaryer aparatından keçirik. Hər gün xüsusi qaydada bütün avadanlıqlar təmizlənir və dezinfeksiya edilir".

İran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLARBundan başqa, müəssisədə heyvanlar kəsilməzdən öncə mütləq baytar həkiminin müayinəsindən keçir. "İribunuzlu heyvanlarla yanaşı, xırdabuynuzlu heyvanların da gündəlik kəsimi həyata keçirilir. Həkim heyvanı kəsim üçün münasib hesab etdikdən sonra işə başlanılır. Gətirilmiş hər bir heyvan karantin müddətinə uyğun olaraq bir gün saxlanılır. Ondan qan analizləri götürülür. Bundan sonra, kəsimə icazə verilir. İş günü qurtardıqdan sonra bütün geyimlərimiz və avadanlığımız, kəsim yerimiz tam təmizlənir. Avadanlıq xüsusi qaydaya uyğun məhlulla yuyulur və dezinfeksiya olunur. Bu, həm iş prosesində, həm də işdən sonra edilir. İş prosesində istifadə olunan bıçaqlar 80 dərəcəlik qurğuda isti suda dizenfeksiya olunur. Bıçaqlar hər dəfə ətə dəyəndən sonra bu qayda tətbiq edilir. Kəsimdən sonra ət soyuması üçün, təqribən, 1 saat qalır, sonra 0-4 dərəcədə soyudulması üçün soyuducuya yerləşdirilir. Məhsul istifadəyə göndərilməmişdən əvvəl onun temperaturu yoxlanılır və həkim arayışı ilə istifadəçiyə göndərilir. Müəssisəmizdə eyni zamanda, azotlu və azotsuz vakuum qablaşdırma həyata keçirilir. Sonra hazır məhsul marketlərə tədarük edilir. Ətin çatdırılmasına da hər gün səhər saatlarından başlanılır", - B.İsmayılov bildirir.

İran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLARKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bakı Şəhər Baytarlıq İdarəsinin müəssisəyə təhkim etdiyi baytar həkimi Mədət Qocayev isə deyir ki, kəsim məntəqəsinə heyvanlar sağlam təsərrüfatlardan qəbul edilir: "Bunun üçün heyvanlar "Forma 1" adlanan sənədlə qəbul edilir. Həmin sənəddə heyvanın hansı təsərrüfatdan gətirildiyi və hansı profilaktik tədbirlərin görüldüyü qeyd edilir. Heyvanlara bir sutka dincəlmə vaxtı verilir. Kəsimdən sonra kliniki baxış keçirilir. Ətin temperaturu yoxlanılır. Əgər hər hansı nöqsanlı hal olsa, dərhal nəzarətə götürülür, lazımı müayinələr edilir. Həmçinin kəsimdən sonra heyvanın dilindən çənə altına, daxili orqanlarına da - ağ ciyərə, qara ciyərə və bütün cəmdəyə baxış keçirilir. Şübhəli hal qeyd olunsa, dərhal nümünə götürülür, laboratoriyada mikroskopik və bakterioloji müayinələrdən keçirilir. İlk növbədə, infeksion xəstəliklərin olub-olmadığı müayinə edilir. Mütləq qara yaranı yoxlayırıq. Hər hansı insan orqanizmi üçün infeksiyaların olub-olmadığını müayinə edirik".

İran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLARİran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLARİran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLARİran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLARİran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLARİran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLARİran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLARİran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLARİran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLARİran halal ət kəsimini Azərbaycan şirkətinə etibar edib - VİDEO+FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1148   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

20 aprel
.

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq. "Report" xəbər verir ki, dialoq iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək və həm çoxtərəfli iqlim danışıqlarında

20 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Biləsuvarda qadın yaylığı ilə özünü asdı

Biləsuvarda intihar hadisəsi olub. xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş binalardan birində qeydə alınıb. 76 yaşlı Şamama Məhəmməd qızı Əfəndiyeva burada yardımçı tikilinin qarşısında yaylığı ilə özünü asıb. Faktla bağlı araşdırma aparılır

20 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel