"Məmurların uşaqları xaricdədir, kasıbların balalarısa səngərdə qırılır" – Partiya sədri

"Məmurların uşaqları xaricdədir, kasıbların balalarısa səngərdə qırılır" – Partiya sədri"Belə söz-söhbətlərin kəsilməsi üçün Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməlidir".

Sonxeber.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ailənin tək oğullarının ön cəbhəyə göndərilməsinə münasibət bildirən Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.

Xəbər verildiyi kimi, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası ərazisində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Adil Tatarovun ailənin tək oğul övladı və dörd bacının bir qardaşı olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müzakirələrə qatılanların əksəriyyəti ailənin tək oğul övladının ön xətdə hərbi xidmət keçməsinin yolverilməz olduğunu bildirblər.

Onların fikirncə, bu məsələ qanunvericilikdə də tənzimlənməlidir.

Mövzu barəsində Yenicag.az-a danışan Ədalət Partiyasınnın sədri İlyas İsmayılovun fikrincə, bu məsələ haqda yaranan xoşagəlməz söhbətlərə, müzakirələrə son qoymaq üçün Azərbaycan ləngimədən müharibəyə başlamalıdır:

"Sağlam düşüncə deyir ki, qoşununu yerit, torpaqlarını azad et. Yoxsa belə məsələlər haqqında danışmağa dəyməz.

30 il keçib, ancaq biz hələ də ümidimizi ATƏT-in Minsk qrupuna bağlamışıq. Özümüz də bilirik ki, onlar bu məsələni həll edə bilməz, çünki qərarları məcburi yox, tövsiyə xarakteri daşıyır.

Odur ki, hər gün bir itki verməkdənsə, torpaqlarımızı azad etməliyik. Bu hadisəyə gəldikdə isə, əllbəttə, ailənin tək oğlunu ön xəttə aparmazlar, çünki bir nəsil kəsilər.

Bunu düz deyirlər ki, məmurların uşaqları xaricdə oxuyurlar, kasıbların balaları isə səngərdə qırılırlar.

Mən yenə təkrar edirəm ki, torpaqlarımızı müharibə yolu ilə azad etməliyik, ayrı yol yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2629   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel