Pensiyalara görə əlavə vəsaitə ehtiyac yaranıb – RƏSMİ
"Biz rəqəmlərə adi baxırıq, amma onların arxasında Azərbaycanın inkişafı, regional, transmilli layihələrin gerçəkləşdirilməsi, texnoparkların yaradılması, insanların maddi-rifah halının yaxşılaşdırılması və sair məqamlar dayanır".
Sonxeber.az modern.az-a istinadla xəbər ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2017-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə bildirib.
O bildirib ki, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsində əksini tapan rəqəmlər Azərbaycanın iqtisadi inkişafının növbəti və əyani təsdiqi, göstəricisidir: "Ona görə də biz bu rəqəmlərə elə-belə baxmamalıyıq".
Hesablama Palatasının sədri Vüqar Gülmməmmədov isə Palatanın büdcənin icrası ilə bağlı müsbət rəy verdiyini bildirib.
O bildirib ki, dövlət büdcəsində ən yüksək gəlir göstərici yol vergisi ilə bağlı olub -151 faiz. Onun sözlərinə görə, eyni zamanda, son iki illə müqayisədə hesabat ilində mərkəzləşdirilmiş və yerli gəlirlərdə azalma özünü göstərib. "Bununla yanaşı, hesabat ilinin ikinci yarısında mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər artıqlaması ilə icra olunub".
V. Gülməmmədov qeyd edib ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərin edilməsi ilə bağlı pensiyaların ödənilməsində əlavə vəsaitə ehtiyac yaranıb və bunun üçün 33 milyon manatlıq transfert edilib.
Palata sədri həmçinin 127 qurumla bağlı təhlillər aparıldığını xatırladıb. O bildirib ki, dövlət büdcəsinin xərclər hissəsinə təsir edən amillər arasında həmin qurumların debitor və kreditor borclarının olması üstünlük təşkil edib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi
İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg
31 iyul 2021Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?
Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa
31 iyul 2021Azərbaycanda sosial ödənişlər nə qədər artıb?
Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə
31 iyul 2021İdxal və ixrac olunan məhsullar AÇIQLANDI
Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə
24 iyul 2021Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı
2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd
20 iyul 2021Muzdla çalışanların SAYI artıb - STATİSTİKA
Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə
13 iyun 2021"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək
"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"
25 avqust 2021Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:
6 iyul 2021