Milli Məclisdə "ağlabatan" müzakirə
"Ağlabatan" sözü parlamentdə ciddi müzakirə və mübahisə mövzusu olub.
Sonxeber.az oxu.az-a istinadla xəbər verir ki, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı adıçəkilən komitənin üzvü, professor Rafiq Məmmədhəsənov bu sözə etirazını bildirib:
"Vallah, mən, necə deyərlər, "Tarixi Nadir"i yarıyacan oxumuşam, amma başa düşə bilmirəm ki, qanun layihəsinə bu "ağlabatan" sözü necə daxil olub. Ağlabatan, ağlabatmayan...
Bu, nə deməkdir, bunun qanuna nə dəxli var? Sadəcə, tərcümə edilib, bura yazılıb. Bu, düzgün deyil".
Deputat Aytən Mustafayeva da bu sözə etirazını bildirib:
"Bəzən biz elə əcaib-qəraib şeylər yazırıq ki, sonradan heç özümüz başa düşmürük. Biz başa düşmürüksə, bu yazıq əlillər, sadə insanlar onu necə başa düşsünlər?! Biz qanunlar onları üçün yazırıqsa, qəbul ediriksə, o zaman elə yazmalıyıq ki, hamı başa düşə bilsin. Amma bunun əksini görürük".
Millət vəkili Jalə Əliyeva da qanun layihəsinin işlənilməsi, təkmilləşdirilməsi zamanı başqa sözün tapılmadığını, bu səbəbdən "ağlabatan" sözünün yazıldığını bildirib:
"Biz bəzən hansısa sözünü qarşılığını tapa bilmirik. Məsələn, məcəllələrdən birinə "uçot" sözü salınıb. Mən soruşmaq istəyirəm, ay qardaşlar, bu nə sözdür, onun Məcəllədə nə işi var?
Hesab edirəm ki, qanunlarımızdakı, məcəllələrimizdəki sözlər, terminlər dəqiq əksini tapmalıdır, onları gözdən salmalı deyil".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 6841 Tarix: 22 may 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAlmaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırır. "Report" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. Qeyd olunub ki, Almaniy
20 aprelXankəndidə tapança, avtomat və qumbaralar tapılıb
Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara
20 aprelBakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?
Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə
19 aprelMoskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib
Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində
20 aprelAzərbaycanda sayt rəhbəri həbs olundu
"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On
19 aprelBroyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir
Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl
19 aprel