Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMA

Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMAYaxın bir neçə gün ərzində Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir. Artıq Əfv Məsələləri Komissiyası öz işini yekunlaşdırıb. Komissiya keçirdiyi iclaslarda 1500-ə yaxın müraciətə baxıb və yekun siyahını ölkə başçısına təqdim edib.

Növbəti əfv sərəncamı daha çox kimlərə şamil olunacaq? Onların arasında əcnəbi və qadınlar olacaqmı?

Azərbaycan Respublikası prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı AzVision.az-a açıqlamasında deyib ki, növbəti əfv sərəncamının daha çox insana şamil olunacağı gözlənilir:

"Sərəncam yetkinlik və yetkinlik yaşına çatmayanlar, qadınlar, əcnəbilər daxil olmaqla bütün təbəqələrdən olan insanları əhatə edəcək. Əfv Komissiyası məhkumların ərizələrinə onların yaşına, cinsinə, əcnəbi olmasına fərq qoymadan baxır. Prezidentimiz öz səlahiyyətlərindən istifadə edərək, yaxın günlərdə əfv sərəncamı imzalayacaq".

M.İbrahimqızı vurğulayıb ki, növbəti əfv sərəncamında ölkə başçısı daha çox ailəni sevindirəcək: "Komissiya hər dəfə çalışır ki, möhtərəm prezidentimizin humanist siyasətindən daha çox məhkum yararlansın. Dünyada insan üçün ən dəyərli nemət can sağlığı və azadlıqdır. Bir məhkum azad olunursa, bu, təkcə onun sevinci deyil. Onun ailəsi, qohumları, dostları, tanışları buna görə sevinir. Ona görə Əfv Komissiyasında çalışılır ki, sərəncam daha çox məhkuma şamil olunsun. İnanırıq ki, növbəti əfv sərəncamında ölkə başçısı daha çox ailəni sevindirəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1920   Tarix: 22 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

"Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi regiona davamlı təhlükəsizlik gətirir" - DEPUTAT

"22 aprel 2024-cü ildə Prezident İlham Əliyevin Rusiyanın dəvəti ilə Moskvaya səfər etməsi ölkələrimiz arası münasibətlərin inkişafında yeni bir səhifə açacaqdır". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, dövlət başçımızın işgüzar səfəri çərçivəsində ölkələr aras

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel