Musa Yaqubun son durumu: yeriyə bilmir, səsi çıxmır...

Musa Yaqubun son durumu: yeriyə bilmir, səsi çıxmır...Atam parkinson xəstəliyindən əziyyət çəkir. Son vaxtlar ürəyinə su yığılmışdı, tənginəfəsliyi çox idi. Lakin müalicə aldı, bu problem bir qədər azaldı. 20 ildir ki, parkinson xəstəliyi onun səhhətinə təsir edir. Hətta həkimlər bildirib ki, 20 il bu xəstəlikdən əziyyət çəkib, yenə də yerimək, gümrah olmağın özü möcüzədir. Xəstəliyə qarşı dərmanları da, həkimi də Türkiyədən gətizdiririk.

Sonxeber.az xəbər verir ki, bu sözləri Musa Yaqubun qızı Yaqut Yaqubova Musavat.com-a açıqlamasında söyləyib. O, atasının artıq yeriyə bilmədiyini bildirib.

"İndi isə ayaqlarında çox böyük problemlər var, artıq yeriyə bilmir. Səsində də problemlər var. Lakin yaddaşı, zehni yerindədir".

Onun sözlərinə görə, Musa Yaqubun səhhətinin kəskin pisləşməsi fevral ayına təsadüf edib:

"Bu ilin fevral ayından birdən-birə dəyişdi. 2-3 həftə olar ki, lap zəifləyib. Onun üçün araba almışıq, çətinliklə arabanın köməyi ilə həyətə düşür. Bilirsiz ki, atam ömür boyu çılğın insan olub, həmişə çöldə-bayırda gəzib. İndi evdə oturmağı ona pis təsir edir. Tez-tez özünə, mənə sual verir ki, "ayaqlarım niyə belə oldu?"

Yaqut Yaqubova atasının səhhəti ilə bağlı heç bir quruma müraciət etmədiklərini deyib:

"Bizə kömək lazım deyil, heç nəyə ehtiyacımız yoxdur. Həmişə problemləri özümüz həll etmişik, atamız da gözü tox, halal insan olub. Şükür ki, az-çox özümüz problemləri həll edirik.

Telefonumuz susmur. Hamı, dostları, şair və yazıçılar, jurnalistlər zəng edir, qonaq gəlirlər. Dünən çoxlu sayda qonaqlarımız oldu, buna görə hətta axşam çox halsız vəziyyətə düşmüşdü. Türkiyədən, bir çox ölkələrdən onun dostları zəng edir, hal-əhvalını soruşurlar. Bu baxımdan biz hər kəsdən razıyıq.

Buynuz kəndindən kənara çıxmaq istəmir. Hətta səhhəti ilə bağlı Bakıya aparmışdıq, tez-tez kəndə getmək istədiyini deyirdi".

Yaqut Yaqubova şairin hazırkı arzu və diləklərindən də söz açıb:

"Bir-iki şeiri var, onları yazmaq istəyir, Hərdən mənə deyir ki, "şeirləri deyim, sən yaz". Məsələn, Xaqani Şirvani ilə bağlı çox gözəl şeir yazmaq istəyir. Xaqani onun çox sevimli şairidir, vaxtilə ona poema da həsr edib. İndi də poema yazmaq istəyir.

Bu yaxınlarda isə "Buynuz qəbiristanlığı" adlı şeir dedi, lakin onu yazmağa imkan tapa bilmədim. Yəni hazırda istəkləri ancaq bundan ibarətdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1421   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niftulla Əsgərov vəfat etdi

Əməkdar artist Niftulla Əsgərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib. Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb

22 yanvar
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar
.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral