"Adamın kişiliyi, mərdliyi olar" - "Grand Hospital"dan çıxarılan həkimlər ÜSYANA QALXDI

"Adamın kişiliyi, mərdliyi olar" - "Grand Hospital"dan çıxarılan həkimlər ÜSYANA QALXDI"Grand Hospital"ın bir neçə aparıcı həkimi işdən çıxarılıb.

Onlara bu barədə əvvəllcədən heç bir xəbərdarlıq olunmayıb.

Məlumatı saytımıza açıqlamasında eyni aqibətlə üzləşən uroloq-androloq Namiq İsmayılov da təsdiqləyib:

"Xəbərdarlıq etmədən işdən çıxardılar. Bu adama hörmətsizlikdir. Neçə ildir ki, xidmət göstəririk. Hər hansı bir nöqsanımız olmayıb. Uzun müddət ölkə xaricində çalışmışam, 4 dənə diplomum var. Adamın kişiliyi çatıb heç olmasa deyər ki, qardaş, sağ olun, bu qədər iş görmüsüz. Biz santexnik deyilik ki. Dəfələrlə bizə yaxşı təkliflər olub. Amma bizə "hər şey yaxşı olacaq" deyib saxlayıblar. Adamın kişiliyi, mərdliyi olar".

Əldə etdiyimiz digər məlumata görə, "Grand Hospital"ın adı dəyişdirilərək "Ege Hospital" adı altında fəaliyyət göstərəcək. Yeni rəhbərlik isə Türkiyədən gəlmiş mütəxəssislərdən ibarət olacaq.

Əlaqə saxladığımız İnvaziv kardioloq Rasim Məhərrəmov da bu məlumatı əməkdaşımızla söhbətində təsdiqləyib. O bildirib ki, yeni gələn rəhbərlik öz heyəti ilə çalışmaq istəyir və işdən çıxarılmaların da səbəbi budur.

Uroloq-Androloq Seymur Mehtiyev isə edilən hörmətsizliyə görə "Grand Hospital"da qalmaq fikrində olmadığını bildirdi: "Ölkədə deyildim. Mən də xəbəri mətbuatdan öyrəndim. Klinika rəhbərliyi türklərdən ibarət həkim heyəti gətirib. Bildirilib ki, artıq türkiyəli həkimlərlə çalışacam və sizə ehtiyacımız yoxdur. Heç kimin həkimi nöqsanı olmadan işdən çıxarmaq ixtiyarı yoxdur. Hazırda işdəyəm, amma gələn həftə işdən çıxacam. Bir həkimə olunan hörmətsizlik hamıya aiddir və bu səbəbdən burada qala bilmərəm".

Məsələ ilə bağlı əlaqə saxladığımız həkim-endokrinoloq Arzu Əyyubova bu barədə danışmaq istəmədi. O, sadəcə "şərh vermək istəmirəm" deməklə kifayətləndi.

Travmatoloq-ortoped Sənan Aşirovun telefonuna köməkçisi cavab verərək bildirdi ki, Sənan həkim başqa bir özəl klinikada əməliyyatdadır və bu səbəbdən danışa bilməyəcək.

Kardioloq Hacıməmmədov Röyal da məsələyə şərh verməkdən boyun qaçırdı. O, əməkdaşımızla söhbətində "Grand Hospital"la əlaqə saxlamağımızı məsləhət gördü.

Qastroenteroloq Afaq Ələsgərova isə bizimlə söhbətində məlumatı təkzib edərək hazırda sözügedən klinikada çalışdığını bildirdi.

Uşaq cərrahı Toğrul Ömərov öz istəyi ilə işdən çıxdığını bildirdi. Ömərov digər həkimlərin hansı səbəbdən işdən ayrıldığını isə bilmədiyini söyləyib. (Yenicag.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1469   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir. Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığı

18 aprel
.

Rusiya sülhməramlıları Qarabağı bu səbəbdən TƏRK EDİR - AÇIQLAMA

Xəbər verdiymiz kimi, Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Mənzərə onu göstərir ki, Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağı tərk edə bilər. Amma gələcəkdə bu taboru

17 aprel
.

Tək damlası zəhər yayır: Dünyanı lərzəyə gətirən HƏQİQƏT ÜZƏ ÇIXDI

ABŞ kəşfiyyatı Şimali Koreya lideri Kim Çen Inın qlobal öhdəlikləri pozan aqressiv bioloji silah proqramına malik olduğunu irəli sürüb. xarici mənbəyə istinadən xəbər verir ki, Bildirilir ki, Kim Çen Inın silah arsenalında ölümcül xəstəlikləri yaya bilən mikrob spreyləri və zəhərli qələmlər var. Xaric

18 aprel
.

Ölkəmizdə kişilərin bir çoxu pensiya yaşına çatmadan vəfat edir - VİDEO

Azərbaycanda kişilərin yarısının təqaüd almadan vəfat etdiyi deyilir. xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov "Xəzər Xəbər"ə açıqlama verib. O deyib kız Ölkəmizdə hər iki kişidən biri pensiya yaşına çatmadan dünyasını dəyişir. Eyni zamanda iqtisadçı qeyd edib ki, hazırda dünyada kişiləri

17 aprel
.

Putinin hazırladığı dəhşətli "Stalin zərbəsi" planı - Bu ölkələri fəlakət gözləyir

Vladimir Putin Avropa ölkələrinin Rusiyaya təzyiqlərini artırmaq imkanlarını kökündən azaltmaq üçün onlara qarşı qəti tədbirlər görməyə hazırlaşır. xəbər verir ki, bu fikri məşhur rusiyalı iqtisadçı Mixail Xazin deyib. Ekspert izaha edib ki, Rusiya lideri Stalinin 20-ci əsrin ortalarında SSRİ-nin geosiyas

17 aprel
.

Yeni dələduzluq növü: "Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram" - VİDEO

Son günlər yeni dələduzluq üsulları yaranıb. Belə ki, sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək pullarını mənimsəyirlər. Saxta elan saytları yaradaraq "kəsirləri düzəldirəm, imtahan ballarını artırıram" kimi vədlər verib vətəndaşları aldadırlar. Daha ətraflı "AT

16 aprel
.

Hicablı MƏŞHURLARIMIZ

Şou adamlarını açıq-saçıq geyimdə görməyə alışmışıq. Səhnə bunu tələb edir. Lakin İslam qaydaları ilə hicab bağlayıb, efirlərə çıxan, məşhurluğunu qoruyan tanınmışlarımız da var. hicab libası geyinən məşhurlar barədə məlumat verir. Müğənni Xuraman Şuşalı ekranlara açıq-saçıq libasda çıxsa da, çox keçmədə

17 aprel
.

"Crocus" terrorçularını saxta yolla qeydiyyata salan şəxs həbs edilib

Tver məhkəməsi Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalına hücumla bağlı təqsirləndirilən şəxslərin evində saxta qeydiyyatını təşkil edən Aşurov soyadlı şəxs barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə Tver şəhərinin Moskva Rayon Məhkəməsinin mətbuat xidməti məluma

17 aprel
.

İran-İsrail münaqişəsi Azərbaycan üçün hansı təhlükələr yaradır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İran, İsraili PUA və qanadlı raketlərlə hədəfə alaraq, günlərdir haqqında danışılan "qisas" hücumunu həyata keçirdi. İsrail həyata keçirdiyi keçirdiyi tədbirlər nəticəsində İranın hücumlaarına dəf etdi. Lakin, İsrail hələ ki, İranın hücumuna necə cavab verəcəyinə qəra

16 aprel