Bakıda evlərin qiyməti bahalaşacaq

Bakıda evlərin qiyməti bahalaşacaqDaşınmaz əmlak bazarında aylıq qiymət artımı bazarın, demək olar ki, bütün seqmentlərini əhatə edib.

Bunu daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, ilkin mənzil bazarında qiymətlər 3,98 faiz, təkrar mənzil bazarında 3,44 faiz, torpaq bazarında 1,06 faiz, mənzil kirayəsi bazarında 0,39 faiz, kommersiya obyektləri bazarında 4,44 faiz artıb.

Ötən ilin aprel ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 0,87 faiz azalıb:

"2017-ci ilin aprel ayı ilə müqayisədə təkrar mənzil bazarında qiymətlər 2,28 faiz, kommersiya obyektləri bazarında 10,88 faiz azalıb. Eynilə ilkin mənzil bazarında 0,27 faiz, torpaq bazarında 7,01 faiz, mənzil kirayəsi bazarında 2,43 faiz artım müşahidə olunub. Kommersiya obyektlərinin icarəsi bazarında qiymətlər dəyişməz qalıb".

Ekspert deyib ki, aylıq bahalaşma qeydə alınsa da, ilin əvvəli ilə müqayisədə qiymətlər stabilləşib.

Qarşıdakı aylarda bazarda qiymət artımlarını istisna etməyən mütəxəssis bildirir ki, ilin sonuna qədər atım 10 faiz təşkil edəcək.

O bazarda aktivliyin əvvəlki aylarla müqayisədə bir qədər artdığını söyləyib.

Neftin bazar qiymətinin yüksəlməsinin daşınmaz əmlak bazarına təsirlərinə gəlincə, N.İbrahimov deyir ki, neftin qiyməti ilə daşınmaz əmlak bazarında asılılıq var:

"Bu asılılıq, yəni neft bazarındakı proseslər daşınmaz əmklak bazarına altı ay müddətində təsir edir. Daşınmaz əmlakın və neftin orta qiymət dəyişməsi təxminən 22 barel/kv.m ətrafındadır. Hazırda daşınmaz əmlak bazarında qiymətlər bu göstəricidən aşağıdır. Bu səbəbdən artım qaçılmazdır".

Qeyd edək ki, dünya bazarlarında 1988, 1998 və 2008-ci illərdə neft birjalarında müşahidə edilən qiymət böhranı özünü digər sahələrlə müqayisədə daha çox daşınmaz əmlakın qiymətlərində büruzə verdi. Hətta baxmayaraq ki, 1999-2000-ci illərdə Azərbaycanın neft istehsalı hələ aşağı səviyyədə idi və yenə də dünya birjalarında neftin qiymətində baş verən tənəzzül Bakı şəhərində daşınmaz əmlakın qiymətlərini iki dəfəyə yaxın endirdi.

Son 20 ildə daşınmaz əmlakın və neftin orta qiymət dəyişməsi təxminən 22 barel/kv.m ətrafında olub. Bu illər ərzində ən yüksək göstərici 1998-ci ilin əvvəlində 41,4 barrel/kv.m, ən aşağı hədd isə 1995-ci ildə 8,8 barel/kv.m olub.

Aparılan müşahidələr onu göstərir ki, neft birjalarında qiymətlərin davamlı dəyişməsi 5-7 ay gecikmə ilə daşınmaz əmlakın qiymətlərində özünü əks etdirir. Bu səbəbdən mənzil sahibi olmaq istəyənlər bir qədər tələsməlidirlər.

Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1090   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021