200 manatlıq dövriyyəyə buraxılır - Devalvasiya ola bilərmi?

200 manatlıq dövriyyəyə buraxılır - Devalvasiya ola bilərmi?"Mərkəzi Bankın həyata keçirdiyi son siyasət heç bir inflyasiya və devalvasiyadan xəbər vermir"

Mərkəzi Bank dünən 200 manat dəyərində yeni əskinasın qapalı təqdimat mərasimini keçirib. Yeni əskinasın buraxılması cəmiyyətdə bəzi müzakirələrə, söz-söhbətə səbəb olub. 200 manatlıq əskinasın inflyasiya səviyyəsinin yüksəlməsinə, hətta növbəti devalvasiya dalğasına səbəb olacağı fikirlərini səsləndirilənlər də var.

Təqdimat mərasimində iştirak etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, Mərkəzi Bankın həyata keçirdiyi son siyasət heç bir inflyasiya və devalvasiyadan xəbər vermir:

"Çünki Mərkəzi Bank pul kütləsinə lazımi səviyyədə nəzarət mexanizmi həyata keçirir. Neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldo var. Ona görə də manatın devalvasiyasından hələlik söhbət gedə bilməz. Yəni 200 manatlıq əskinasın buraxılması növbəti devalvasiya, pul kütləsinə hər hansı şəkildə təsir səbəbi deyil. Hətta dünən Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu barədə müzakirələrimiz oldu. Sədr də qeyd etdi ki, hazırda Azərbaycanın kifayət qədər ehtiyatları var və narahat olmağa dəyməz".

Deputat yeni əskinasların hansı zərurətdən buraxılmasına da aydınlıq gətirib:

"Əskinasların buraxılması Cümhuriyyətin 100 illiyi və mərhum Heydər Əliyevin 95 illiyilə əlaqədardır. 2 datanı birləşdirib 200 manatlıq əskinas, o cümlədən xatirə medalları buraxıldı. Əskinaslardan başqa, üzərində Heydər Əliyevin şəkilləri olan xatirə medalları buraxılır".

V.Əhmədov bu gündən etibarən 200 manatlıq əskinasların dövriyyəyə buraxılacağını bildirib:

"Hər ikisi bu gündən dövriyyəyə buraxılacaq. Pul kütləsinə nəzarət mexanizmini Mərkəzi Bank həyata keçirir. Məsələn, lazım gələrsə, 50 manatlıq, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq. Araşdırma aparılır, bu addım planlı şəkildə həyata keçirilir, özbaşınalıq deyil ki, kim necə istəyir elə də etsin".

Modern.az


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 5985   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021