Azərbaycanlı kosmetoloq qadın müştərisinin dodağını bu hala qoydu- DƏHŞƏTLİ FAKTLAR+FOTOLAR

Kosmetoloq Elnarə Rzayevanın prosedurları nəticəsində sağlamlığına ciddi ziyan dəydiyini iddia edən daha bir xanım dəhşətli faktlar açıqladı.

Criminal.az saytına müraciət edən G.O-va iddia edib ki, E.Rzayeva onun pulunu alıb, qızıl boyunbağısını girov götürərək dodaqlarını bərbad hala salıb:

''Dodağımda süni gel var idi. Elnarə Rzayevanın reklamını görməyənə qədər nəsə etdirməyi heç düşünmürdüm. Reklamı görəndən sonra düşündüm ki, ona müraciət edim, dodağımdakı gel təbii olsun. Buna görə də Elnarənin müayinəsinə yazıldım və yanında oldum. Sual verdim ki, yaxın günlərdə qohum toyu var, həmin vaxta kimi dodağım düzələcəkmi? Bildirdi ki üstündə 400 manat varsa ödənişi et, bir iynə vuracam, bir həftədən sonra yenidən gəlirsən. Yenidən 400 manat ödəniş edirsən, bir prosedur da edirəm, sonra 50 manata sənə krem verəcəm.

Beləliklə inandırdı ki, dodağım maksimum 20 günə sağalacaq. Hətta dedi ki, bu gün yox, sabah ya biri gün gəlsən gecikə bilərsən, hər günün bir hökmü var. Ondan ayrılıb iki gün sonra kilinikaya yenidən getdim. 400 manat ödəniş etdim, dodağıma bir iynə vurdu. Evə gəldim, dodağım şişdi. Bir həftə keçəndən sonra yenidən onun yanına getdim. Bu dəfə üstümdə 325 manat pulum var idi, 75 manatım çatmadı. Dedim bu qədər düzəldə bildim, ödənişi sonra yoxlanışa gələndə edərəm. Boğazımdakı qızıl boyunbağımı göstərib dedi ki, girov qoy, gəlib ödənişi edəndə götürərsən. Mən də verdim''.

Şikayətçi deyir ki, E.Rzayevanın dediyi müddət keçdi, heç bir irəliləyiş olmadı, əksinə ikinci prosedurdan sonra ağzı-burnu yara töküb, inanılmaz dərəcədə pis günə qalıb: ''Ağzımın içi necə yara tökdüsə dişlərimi belə hiss etmədim. Elnarə dedi ki belə olmalıdır, məcbur olub gözlədim. Günlərlə yemək yeyə bilmədim, amma demişdi ki, hər gün sağalmağa doğru gedəcək. Hər gün yaram bir az qabardı, ağzım qanla dolu idi, danışa bilmirdim. Ağzımı tərpədən kimi qan axırdı. Gecələr yatanda dodaqlarım bir-birinə birləşirdi, onun dərdindən ağzıma trubuçka qoyurdum. Düz 5 ay mən o dünyanı görüb gəldim. Bir gün yuxudan ayıldım ki ağzım birləşib, 3 gün sonra ağzım açıldı. Sistem köçürüldü ki immunitetim zəifləməsin. 54 kilodan 39-a düşdüm. Dodağım sağalmadığını görüb yanına getdim. Nəvaxt ona yazırdımsa işi olduğunu bəhanə eədərk məni qəbul etmək istəmirdi.

Bir gün ona xəbər vermədən klinikasına getdim, ona gəldiyimi xəbər verdilər. Yarım saat gözləyəndən sonra yanına keçdim. Verdiyim pulumu istəyəndə kobudcasına əl işarəsi ilə ''gələ'' dedi. Başladı ki səni Orxan Abbasov göndərib yanıma. Guya mən getmişəm Orxan adlı cərrahın yanına, o da deyib ki dodağımdan geli əməliyyat vasitəsilə götürüm. Dedi ki, sən Orxanın məşuqəsisən. Əlini başladı stola vurmağa, sonra gəldi yanıma, əlini sillə vuracaq kimi göstərərk ''çıx otaqdan'' dedi. ''Pulumu istəyirəm'' deyəndə məni itələdi. Yerə yıxıldım, qalxa bilmədim. Məni başladı çəkməyə ki, baxın, Orxanın məşuqəsi gəlib. Bax, axşam sənin görüntülərini yayacam, tutub boğazımdan dartdı. Əlimi dəfələrlə qapının araslında qoydu, əlim kəsilmişdi, bədənimdə xəsarət izləri vardı''.

''Elə ordan 102-yə zəng etdim, bölmədən gəlib şəkilin çəkdilər. Səhəri günü polislər kamera görüntülərini çıxartmağa gedəndə həmin günun çəkilişi silinmişdi. Polis izahatımı aldı, iş Nəsimi rayon Polis İdarəsində istintaqa göndərildi. Sonra bilmirəm necə oldu, qızıl boyunbağım ondan alıb özümə qaytardılar. Pulum isə almadılar. Sonra işimNəsimi ayon Prokurorluğuna göndərildi. Orda Ələkbər müəllimlə danışdım. Söz verdi ki, Elnarədən pulumu alıb qaytaracaq. 8 aydır ki pulumu almayıblar. Nəhayət bu həftənin birinci günü prokuror Salman Məmmdəli ilə görüşdüm. Bildirdi ki, özü araşdırıb nəzarətə götürəcək. Bu işi boş buraxmayacam, əlimdə sübutlarım və ekspert rəyim var''-deyə G.O vurğuladı.
E.Rzayeva isə G.O-ova adlı pasientinin olduğu inkar edir, bunu şər və böhtan adlandırır.

Criminal.az saytı xatırladır ki, E.Rzayevanın prosedurlarından zərərçəkən Validə Firidunova onu polisə verib. Kosmetoloqun barəsində Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığıa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Başqa bir şikayətçi Aygün Məmmədova isə kosmetoloqa qarşı Nizami rayon məhkəməsində iddia qaldırıb.

Criminal.az bu istiqamətdə araşdırmanı davam etdirir.
Azərbaycanlı kosmetoloq qadın müştərisinin dodağını bu hala qoydu- DƏHŞƏTLİ FAKTLAR+FOTOLARAzərbaycanlı kosmetoloq qadın müştərisinin dodağını bu hala qoydu- DƏHŞƏTLİ FAKTLAR+FOTOLARAzərbaycanlı kosmetoloq qadın müştərisinin dodağını bu hala qoydu- DƏHŞƏTLİ FAKTLAR+FOTOLARAzərbaycanlı kosmetoloq qadın müştərisinin dodağını bu hala qoydu- DƏHŞƏTLİ FAKTLAR+FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8883   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021