Kosmetoloq Elnarəni İFŞA ETDİLƏR: Xanımları aldadıb, pulunu soyan... - FOTOFAKT

Kosmetoloq Elnarəni İFŞA ETDİLƏR: Xanımları aldadıb, pulunu soyan... - FOTOFAKTXəbər verdiyimiz kimi kosmetoloq Elnarə Rzayevanın prosedurları nəticəsində sağlamlığına ciddi ziyan dəydiyini iddia edən daha bir xanım dəhşətli faktlar açıqlayıb. Belə ki, G.O-va iddia edib ki, E.Rzayeva onun pulunu alıb, qızıl boyunbağısını girov götürərək dodaqlarını bərbad hala salıb.

Sözügedən məsələ sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub. Tanınmış jurnalist Ülviyyə Alovlu da öz fikrini bildirib və bəzi gizlinlərin üstünü açıb:

"Dodağı süni gellə doldurulmuş xanımları "bir iynə ilə" aldadaraq pullarını soyan,
əvəzində isə Səhiyyə Nazirliyindən icazə sertifikatı belə almamış infeksiya ilə dodaqları çürüdən "doktor" Elnarə Rzayeva haqda mətbuat olaraq çox yazdıq, çox ifşa etdik.

Hazırda ölkədə yüzlərlə zərərçəkmiş pasiyenti olsa da, bu dələduz qadın biri 400 manatdan olmaqla iynə vurmaqda, xanımları şikəst eləməkdə davam edir.

Haqqında hüquq mühafizə orqanlarına yüzlərlə ərizələr, mediada məqalələr yazılsa da, bu qadın pul hesabına bu problemləri həll edə bilir.

Onun haqda şikayət edənləri isə, əyri yolun yolçusu, şərçi, şantajist və s. adlandırır.
Ən qəribəsi də odur ki, bu qədər söz-söhbətin qabağında hələ də bu dələduzun reklamlarına inanıb onun yanına gedənlər var.

Əvvəllər bir iynə ilə dodaq kiçiltməyi vəd edirdisə, kişinin qızı indi də guya burun kiçildir.
Ay xanımlar, dünyada heç bir sehirli iynə - cərrahi müdaxilə olmadan sizin nə süni gel dolu dodağınızı, nə də Allah verən təbii burnunuzu kiçildə bilməz!!!

Əgər əməliyyatdan qorxduğunuz üçün Elnarənin yanına gedirsinizsə, bilin ki, onun yanına gedən tanıdığım və tanımadığım bütün pasiyentlər Elnarədən sonra onsuz da cərraha müraciət etməli olurlar!

Amma bu dəfə fəsadlarla, çürümüş və iltihablı dodaqlarla...

Özünüzə yazığınız gəlsin, Elnarənin 3 prosedura aldığı 1200 manata ölkənin ən yaxşı plastik cərrahlarında dodaq və ya burun estetikasına sahib ola bilərsiniz.
Bu qədər cahil olmayın!".

Kosmetoloq Elnarəni İFŞA ETDİLƏR: Xanımları aldadıb, pulunu soyan... - FOTOFAKTmənbə: BiG.AZ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2675   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021