Xalq artistimizin bacısı yalvardı: Kömək edin - VİDEO
Mərhum xalq artisti, tanınmış bəstəkar Şəfiqə Axundovanın bacısı Nəhayət Axundova ağır durumdadır. O, bacısının adının əbədiləşməsi üçün kömək istəyib.
Sonxeber.az yeniçağ.az-a istinadən xəbər verir ki, N. Axundova əlaqədar qurumlara müraciət edib:
"Bacım Şərqdə ilk qadın bəstəkarıdır ki, opera yazıb. Üzeyir Hacıbəyli kimi dahinin tələbəsi olub. Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirib, bütün mükafatlarla təltif edib. Şəfiqənin doğulub, boya-başa çatdığı Şəki şəhərində adının əbədiləşdirilməsini, ev muzeyinin yaradılmasını istəyirəm.
Gələn il bacımın 95, vəfatının da 4 illiyidir. Arzumdur ki, onun adı əbədiləşsin. Heç olmasa doğulduğu Şəkidə adına muzey yaradılsın. Atamızın evində indi başqa adamlar yaşayır. Onlar da pul müqaibilində evdən çıxmağa razıdır. Həmin evi alıb, muzey etmək lazımdır. O ev tarxi məkanda yerləşir. Şəkiyə gedən turistlər oranı gözəl tanıyır. İstərdim ki, həmin ev alınıb, muzey kimi fəaliyyət göstərsin. Gənc nəsil gəlib musiqiləri, yaradıcılığı ilə tanış olsun. Yetişən nəsil bilsin ki, belə bir bəstəkar yaşayıb".
N.Axundova dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etdiyini deyib:
"Nazirliyə dəfələrlə müraciət etdim, çox böyük hörmətsizlik gördüm. Hər dəfə cavab yazırlar ki, imkanımız yoxdur. Yaşım çoxdur, onkoloji xəstəyəm, ömrümə az qalıb. O günü görmədən dünyamı dəyişmək istəmirəm. Bəstəkarlar İttifaqına, Şəki İcra Hakimiyyətinə də müraciət etmişəm".
Qeyd edək ki, xalq aristinin bacısı məsələ ilə bağlı 29.01.2018-ci il tarixində Yeniçag.az saytına açıqlama verib. Məsələyə reaksiya verən Mədəniyyət Nazirliyinin rəsmiləri N.Axundova ilə görüşərək, ev muzeyinin yaradılmasının imkanları xaricində olduğunu bildiriblər. Əvəzində bəstəkarın adına Şəki Muzeyində guşə yaradılmasını təklif ediblər. Xalq artistinin bacısı belə bir guşənin 10 il əvvəl yarandığını bildirib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAlim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək
A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini
3 iyul 2021Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı
Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət
7 iyul 2021Hər reklamdan 50 min qazanacaq
Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu
22 avqust 2021Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov
Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş
29 iyun 2021Qarabağ işğaldan əvvəl və sonra - VİDEO
Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc
23 iyun 2021Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB
Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır
23 iyun 2021