Parlamentin səlahiyyəti başqa quruma verilə bilərmi?-Deputat açıqladı
"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinin qəbulu ilə bağlı "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanuna dəyişiklik nəzərdə tutulur.
Bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclası komitə sədri Əli Hüseynli deyib.
O, qeyd edib ki, "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi çox mühüm sənəd olduğu üçün o, normativ hüquqi aktlarla bağlı qanunvericilikdə uyğunlaşdırma aparılmasını zəruri edir.
Millət vəkili Qüdrət Həsənquliyev isə normativ hüquqi aktlarla bağlı qanunverciliyə nəzərdə tutulan dəyişiklikiyi ölkə Konstitusiyasına zidd adlandırıb.
O, eyni zamanda bildirib ki, MM-in səlahiyyətləri başqa bir quruma verilə bilməz:
"Burada isə az qala Milli Məclisin səlahiyyətləri başqa qurumlara verilir. Bu, Konstitusiyamıza tam ziddir. Hansısa qurum, özü də beynəlxalq qurum bizim əvəzimizdən normativ hüquqi sənədlər qəbul edə bilməz. Amma təklif olunan dəyişikliklə sanki bu hüquq Milli Məclisdən alınıb başqalarına verilir. Biz bunu qəbul edə bilmərik".
Oxu.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 701 Tarix: 25 may 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib
Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini
15 aprelPrezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy
16 aprelİlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki
17 aprelQərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib
Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin
11 aprel