7 ərəb məcburi şəkildə Azərbaycandan çıxarıldı: BUNU ETDİKLƏRİ ÜÇÜN

7 ərəb məcburi şəkildə Azərbaycandan çıxarıldı: BUNU ETDİKLƏRİ ÜÇÜN"Bu ilin üç ayı ərzində yeddi xarici vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb. Onlar iki min manat cərimə edilib və ölkədən məcburi çıxarılıb".

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

H.Əlizadə vurğulayıb ki, cərimələnən xaricilər əsasən körfəz ölkələri vətəndaşlarıdır. Qanunsuz ov etdiyi üçün deportasiya edilən xarici vətəndaşlar qanunvericiliyinin tələblərinə uyğun olaraq ölkəyə buraxılmır:

"Azərbaycan respublikasının üzərinə götürdüyü beynəlxalq konvensiyalar və yerli qanunvericilik əsasında xarici vətəndaşların ov etməsinə icazə verilir. Xarici ovçular ilk növbədə turistlərdir. Bununla yanaşı, xaricilərin ovunu tənzimləmək üçün bir sıra qaydalar hazırlanıb. Biz çalışacağıq ki, mövsüm ərzində qanunvericiliyə uyğun sahələrdə ov etsinlər. Biz turizmin inkişafında maraqlıyıq. Lakin turistlərin ov turlarını təşkil edən şirkətlər qanunvericiliyi pozmamalıdırlar. Eyni zamanda, xarici vətəndaşların da ov qaydalarına əməl etmələrinə maraqlı olmalıdırlar. Ola bilər əcnəbilər yerli qanunvericilikdən xəbərsiz olsun, lakin həmin şirkətlər qanunları bilməlidirlər. Həmin şirkətlər Azərbaycanda ovuna icazə verilən heyvanlar və ərazilər barədə məlumatlı olmalıdır. Bu öhdəliklərə əməl edən şirkətlərlə əməkdaşlığa hazırıq".

H.Əlizadə onu da vurğulayıb ki, ötən il və bu ilin dörd ayında 300 qədər Azərbaycan vətəndaşı saxlanılıb. Nazirlik rəsmisi qanunsuz ov edənlərə qarşı cərimələrin artırılması barədə qanunvericilik bazasının hazırlandığını deyib:

"Hazırda ovçuluqla bağlı qanunvericiliyi pozanlara qarşı cərimələr 2004-cü ildə təsdiq edilmiş qərara əsasən həyata keçirilir. Bu cərimələrin daha da sərtləşdirilməsinin tərəfdarıyıq. Bununla bağlı hazırlanan layihədə bəzi cərimələrin beş dəfəyə qədər artırılmasını təklif edirik. Bununla da qanun pozucularına qarşı daha sərt tədbirlər görüləcək. Bu il ərzində qanunsuz ov edənlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişik. Onlara qarşı azadlıqdan məhrumetmə cəzasının verilməsini istisna edilmir".

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2053   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel
.

Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi

"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm

23 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel