Azərbaycanda işdən çıxarılan işçi müdirini vəhşicəsinə öldürdü - Təfərrüat+FOTO

Azərbaycanda işdən çıxarılan işçi müdirini vəhşicəsinə öldürdü - Təfərrüat+FOTOXəbər verdiyimiz kimi, Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Belə ki, hadisə Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub. Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi tərəfindən bıçaqlanıb. O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin bəzi təfərrüatları məlum olub. Məlumata görə, mərhum Vüqar Quliyevin Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda "Gül Vüqar" kimi tanınırdı.

Hadisəyə gəldikdə isə V.Quliyevi keçmiş işçisi qətlə yetirib. Həmin şəxs bir müddət əvvəl işdən çıxarılıbmış. Axşam saatlarında dükana gələn şəxs ona kürək nahiyəsindən bıçaqla zərbələr endirib. Qətli törədən şəxsin psixi problemlərinin olduğu deyilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

mənbə: xeberle.com

Kriminal   Baxılıb: 6345   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR