Bu qızcığazı həbsxanada dünyaya gətirib... - VİDEO

Bu qızcığazı həbsxanada dünyaya gətirib... - VİDEOPrezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 634 nəfər bu gündən başlayaraq azadlığa buraxılıb.

Sonxeber.az "Qafqazinfo"ya istinadən bildirir ki, ilk tədbir Pentensiar Xidmətin rəisi Oqtay Məmmədov, Obudsman Elmira Süleymanova, hüquq müdafiəçisi Əliməmməd Nuriyev və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə qadın məhbusların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssəsində baş tutub.

Azadlığa çıxan qadınlar arasında 5 uşaq anası Gündüz Babayeva da var. Onun 14,13, 9 və 6 yaşlarında 4 oğlu var. Sonuncu övladı, 6 aylıq qızı Ayam isə cəzaçəkmə müəssisəsində dünyaya göz açıb. Onun adı cəzaçəkmə müəssisəsinin qadın əməkdaşı Ayam xanımın şərəfinə qoyulub. Narkotik daşıma ittihamı ilə tutulan 31 yaşlı G.Babayeva 1 il 3 ay həbsdə qalıb, indi isə onu 4 oğluna qovuşduran prezidentə təşəkkür etdiyini bildirir. G.Babayevanın anası qeyd edir ki, qızının əri ondan ayrılmasa da, ailəsinə baxmayıb və maddi vəziyyətləri pis olduğu üçün 4 oğlanın heç biri orta məktəbə gedə bilməyib. O, həm də sosial yardım almaq üçün dəfələrlə etdikləri müraciətin nəticəsiz qaldığını bildirib: "Yardım edilsəydi, gələcəyin 4 əsgəri ən azından yazıb-oxumağı öyrənə bilərdilər".

Xatirə Bayramova isə 2013-cü ildə ərini bıçaqladığı üçün 6 il 9 ay cəza alıb, Gülnarə Əzizova da eyni əmələ görə məhkum edilib.

1989-cu il təvəllüdlü Samirə Yusubova isə avtoqəzada 1 nəfərin ölümünə səbəb olduğu üçün 7 il cəza alıb, yuxarı isntansiyalar onun cəzasını 5 il 6 aya endirib. 3 il 3 ay cəza çəkdikdən sonra əfv edilib. O, deyir ki, azadlığa çıxacağını dünən bilib: "Cəzaçəkmə müəssisəsinin rəhbərliyi çağıraraq "sənin də adın əfv sərəncamında var" dedi. Həmin anda sevincimin həddi-hüdudunu təsvir edə bilmirəm. Bütün məhbus qadınlar adından cənab prezidentə təşəkkür edirəm".

Bu müəssisədən sonra əfvin icrası 6 saylı cəzaçəkmə müəssəsində davam edib. Orada da atalarını və oğullarını gözləyənlər hamıdan öncə toplaşmışdılar. Azadlığa buraxılanlar arasında şair Saday Şəkərli də var idi. O, Vergilər Nazirliyinin vəzifəli şəxsinə hədə-qorxu gəlib pul almaqda ittiham edilib və 5 illik cəzasının yarısını çəkəndən sonra azadlığa çıxıb.

Bir oğul atası olan 44 yaşlı Cuma Qurbanov 2014-cü ildə dostu Siyasət Məmmədov üçün qız qaçırdıqlarına görə həbs olunub. Onlar Mingəçevir şəhərində tələbə olan qızı zorla maşına mindirib qaçırıblar. C.Qurbanov 5 illik cəzasının 3 ilini çəkib, bu gün isə onu türmə önündə 10 yaşlı oğlu qarşılayıb.

Tural Baxşəliyev isə 2011-ci ildə qız qaçırdığı üçün ona verilən 10 illik cəzanın 7 ilini geridə qoyub, 3 ili ona bağışlayan prezidentə təşəkkür etdiyini bildirib.

Əfv sərəncamı yalnız bunlarla məhdudlaşmır, bu sərəncam 634 nəfərə şamil edilib. Hazırda əfv edilən məhkumların azadlığa qovuşması digər müəssisələrdə də davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1487   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Əməkdar məşqçi vəfat etdi

Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel