"İşsizlərin məşğulluğunun təmin edilməsi göstəriciləri qənaətbəxş deyil"

"İşsizlərin məşğulluğunun təmin edilməsi göstəriciləri qənaətbəxş deyil"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin və özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məsələlərinə dair müşavirə keçirilib.

Sonxeber..az xəbər verir ki, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin və onun yerli orqanlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı xüsusi yer tutur və milli iqtisadiyyatın dayanıqlı inkişafı şəraitində ötən dövrdə bu sahədə mühüm irəliləyişlər əldə edilib. Məşğulluğun təminatında məşğulluq orqanlarının da rolu artmalıdır. Ölkəmizdə əhalinin təbii artım tempinin mövcud olduğu şəraitdə əmək bazarına daxil olan işçi qüvvəsi artır və məşğulluq orqanlarının fəaliyyəti də bu dinamikaya uyğun qurulmalıdır.

Məşğulluq orqanlarının fəaliyyətinin nəticələrinin, o cümlədən işsiz və işaxtaran kimi qeydə alınmış insanların məşğulluğunun təmin edilməsi göstəricilərinin qənaətbəxş olmadığını qeyd edən S.Babayev bildirib ki, Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində səmərəliliyin, eyni zamanda, şəffaflığın, sosial ədalətin tam təmin olunması, aktiv məşğulluq tədbirlərinin keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi, məşğulluq xidməti orqanlarının kadr potensialının artırılması və s. vacib vəzifələrdəndir. Hər bir məşğulluq orqanının fəaliyyətinin qiymətləndirilməsi mexanizmi də olmalıdır. Ümumilikdə, dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalıdır.

Nazir bu və digər müvafiq istiqamətlər üzrə hədəflərə nail olunması məqsədilə təkliflərin hazırlanması üçün nazirlikdə İşçi qrupunun yaradıldığını diqqətə çatdırıb. O qeyd edib ki, məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının səmərəliliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, ünvanlılığının təmin edilməsi və bu tədbirlərin əlaqələndirilməsi mexanizminin, bacarıqların inkişafı sisteminin yaradılması, qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilən səriştələrin tanınması sisteminin formalaşdırılması və s. üçün İşçi qrupu tərəfindən təkliflər hazırlanaraq, bir ay ərzində təqdim edilməlidir.

S.Babayev vurğulayıb ki, dövlət başçısının təşəbbüsü və müvafiq Sərəncamı ilə həyata keçirilən özünüməşğulluq proqramı təkcə məşğulluq xidmətinin deyil, ümumən ölkəmizin işsizliyə, yoxsulluğa qarşı olduqca effektli bir proqramıdır. Ona görə də bu proqramın şəffaf və səmərəli icrası, onun əhatə edəcəyi aztəminatlı ailələrin sayının bu il 7 min nəfərə çatdırılması və gələcək illərdə isə daha da artırılması qarşıda duran vacib vəzifələrdəndir. İlk növbədə ünvanlı dövlət sosial yardımı alan ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunmasına diqqət yetirilməlidir.

Peşə hazırlığının təşkili işlərindən bəhs edən S.Babayev qeyd edib ki, bu sahədə işlər gücləndirilməlidir. İşsiz və işaxtaran şəxslər bir çox hallarda peşə hazırlığı kurslarına cəlb olunmaları üçün uzun müddət gözləməli olurlar ki, vətəndaşlarda narazılıq yaradan belə hallar aradan qaldırılmalıdır. Eyni zamanda, işlə təmin edilmək üçün müraciət edən insanlara qayğı və həssaslıqla yanaşılmalı, bu müraciətlərin müsbət həlli üçün işəgötürənlərlə əməkdaşlıq müstəvisində səylər artırılmalıdır. Digər tərəfdən, məşğulluq xidmətləri, o cümlədən işsizlik sığortası ilə bağlı geniş maarifləndirmə və izahat işlərinin aparılmasına xüsisi diqqət yetirilməlidir. Hər bir Məşğulluq Mərkəzinin binasında bununla bağlı vətəndaşlar üçün maarifləndirici lövhələr də olmalıdır.

Nazir sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlar üçün kvota üzrə iş yerlərinin ayrılması sisteminin təkmilləşdirilməsinin, məşğulluq sahəsində vahid elektron məlumat bazasının, əmək bazarına dair monitorinq və proqnozlaşdırma sisteminin qurulmasının və s. vacib vəzifələrdən olduğunu, bununla əlaqədar da konkret təkliflərin hazırlanacağını bildirib. S.Babayev diqqətə çatdırıb ki, rayon (şəhər) Məşğulluq Mərkəzləri də fəaliyyət zamanı qarşılaşdıqları problemlər, çətinliklər barədə nazirliyə məlumatlar, aktiv məşğulluq tədbirlərinin səmərəli təşkili ilə bağlı təkliflər versinlər.

Müşavirə zamanı məşğulluq orqanlarının fəaliyyətinin nəticələri ətraflı təhlil edilib, nöqsan və çatışmazlıqlar qeyd olunub, S.Babayev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 992   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel