Azərbaycanlı tanınmış iş adamı gəlinini hədələdi: "Sənin Allahın varsa, mənim də pulum var" - FOTO

Azərbaycanlı tanınmış iş adamı gəlinini hədələdi: "Sənin Allahın varsa, mənim də pulum var" - FOTOBakı şəhər sakini, 39 yaşlı Humay Hüseynovanın yaşadığı ağır ailə dramı hər hansı bir serialın süjet xətti ola bilər.

Əvvəllər hər şey yaxşı, öz axarı ilə gedib. Amma keçmiş qayınatası Vəli Vəliyev yol təsərrüfatına rəhbər təyin ediləndən sonra həyatı dəyişib. Əhmədlidəki 4 otaqlı evdən "Milyonerlər məhəlləsi" kimi tanınan küçədə 4 mərtəbəli villaya köçüblər. Amma orada ona gəlin kimi baxmayıblar, əsl qul rəftarı görüb, döyülüb, təhqir edilib. Keçirdiyi sarsıntılardan sonra xərçəngə tutulub, 7 dəfə cərrahiyyə əməliyyatı keçirib. Nəhayət, boşanıblar, ardınca uşaqları da "soğan-çörək" yeməkdən bezdiklərini bəhanə edərək onu tərk ediblər.

Sonxeber.az xəbər verir ki, virtualaz.org-un redaksiyasına müraciət edən Humay deyir ki, qayınatası vəzifədən çıxandan sonra da məhkəmələrə təsir edə bilir. 8 ildir haqqı olan və məhkəmənin qərarı ilə ona verilən əmlakı ala bilmir. Hətta qarşı tərəfin vəkili etiraf edib ki, onkoloji xəstə olduğundan istifadə edərək məhkəmələr vasitəsilə işi yubadırlar, onun ölməsini gözləyirlər. "Ailə qurduğumuz ilk 3 ildə problemimiz olmayıb. Qaynatam vəzifəyə keçəndən sonra varlandı, pul artdıqca evdə problemlər yarandı. Yoldaşım Hüseyn əyləncəli həyata başlamışdı, müxtəlif qadınlarla münasibəti olurdu. Qayınatam isə boşanmağımıza qarşı çıxırdı, 12 il dözdüm. Amma başqa bir qadından övladı oldu, onları da evə gətirməyi, birgə yaşamağı təklif etdi", - Humay danışır

Şikayətçi deyir ki, sonuncu dəfə Türkiyəyə müayinəyə gediblər, həkim hər 3 aydan bir müayinəyə gəlməyi tapşırıb. Onu əməliyyat masasında tək buraxan Hüseyn ayrılmağı təklif edib. "İndiyədək keçmiş qayınatama qarşı hörmətsizlik etməmişəm, ilk vaxtlar əməliyyat olunmağıma köməklik etdi. Sonuncu əməliyyatdan əvvəl yoldaşım dedi ki, "atam səni evdən buraxmaq istəməyəcək. Ona görə də, özün çıx get, məni atamla üz-üzə qoyma". Qayınatam isə şərt kəsdi ki, "boşansan, uşaqları əlindən alacağam, səni bir parça çörəyə möhtac qoyacağam. Sürünə-sürünə qapıma gəlib məndən çörək pulu istəyəcəksən. Sənin Allahın varsa, mənim də pulum var"", - Humay göz yaşları içərisində xatırlayır.

2010-cu ildə rəsmən boşanıblar, qarşı tərəfin narazılığına baxmayaraq, məhkəmənin qərarı ilə uşaqlar ananın himayəsinə verilib. Amma tanınmış iş adamı - keçmiş qayınata sözünün üstündə durub. "Məhkəmə ayda 300 manat aliment kəsdi, amma cəmi 1 il aliment ödədilər. Uşaqları dolandırmaq üçün aptekdə ikinci növbədə iş tapmışdım. Uşaqlar babaları ilə görüşürdülər, amma onlardan maddi yardım istəmirdim. 2 ildən sonra böyük oğlum babaları ilə yaşamaq istədiklərini söylədi. Dedi ki, "sən bizə yaxşı baxa bilmirsən, babam isə bizə maşın alacaq, xarici ölkələrə aparacaq". 7 ildir oğlanlarıma kənardan baxıram, oğlum məzun olanda məktəbin darvazasının arxasında dayanıb izləyirdim. Qorxdum ki, məni görmək istəməz. 7 illik əzabımı nə yoldaşıma, nə də qayınatama halal eləmirəm".

Humay Hüseynova həyat yoldaşı ilə birgə nikahda olduğu vaxtda alınan, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 19A ünvanında yerləşən 701,4 kvadratmetrlik qeyri-yaşayış sahəsinin bölünməsi üçün 2010-cu ilin fevralında Xətai Rayon Məhkəməsinə müraciət edib. Nəhayət, 2014-cü ildə Nəsimi Rayon Məhkəməsi mülkiyyət hüququnun tanınmasına dair qərar çıxarıb. Amma qarşı tərəf müxtəlif bəhanələrlə məhkəmə qərarının yerinə yetirilməsinə əngəl törədib. Bu dəfə də Vəli Vəliyev oğlu Hüseynə qarşı qeyri-yaşayış sahəsinə çəkilmiş xərclər kimi 296 min 244 manatlıq borc iddiası qaldırıb. "Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib, mənim razılığım olmadan əmlaka həbs qoyulub. Daha sonra milyonlarla manat dəyərində olan əmlak guya 296 min manatın əvəzi kimi oğuldan alınaraq ataya verilib. Vəli Vəliyev isə dərhal əmlakı formal alqı-satqı ilə kürəkəni Səməd Əhmədovun adına keçirib. Mən məhkəmələrin gedişi zamanı qarşı tərəfin saxtakarlıq və cinayət əməlləri ilə bağlı bir neçə dəfə Baş Prokurorluğa müraciət etmişəm, amma işə baxılmayıb", - Humay əlavə edir.

Yüzdən çox məhkəmə iclası Humayın durumunu daha da ağırlaşdırıb, nəinki müalicə, hətta müayinəyə getməyə pulu yoxdur. Doğrudur, qarşı tərəfin vəkilləri milyonluq iddiaya qarşı 50 min manat təklif ediblər, amma bu təklif qayınatanın "qılıncının altından" keçmək kimi təhqiredici formada olub.

Humay ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edərək illərdir ona haqsızlıq edən keçmiş həyat yoldaşı və qaynatasının qəzəbindən qorunmasını xahiş edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2340   Tarix: 26 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel