Azərbaycanlı aktrisa: "Belə məqsədim olsaydı, çoxdan ölkədən getmişdim" - FOTO
Aktrisa Günəş Mehdizadənin milli.Az-a müsahibəsi.
- Günəş xanım, niyə məhz bu sənəti seçdiniz?
- Çünki aktrisa olmaq istəyirdim. Ona görə də sevib sənətə gəldim. Heç kim məni aktrisa olmağa sövq etməyib.
- Nə vaxtdan bildiniz ki, bu sənəti sevirsiniz?
- Özümü tanıyandan. Təxminən 6 yaşımdan.
- Ailə, yoxsa sənət? Tərəzidə hansı ağır gələr?
- Əlbəttə ki, ailə.
- Hansı yerli aktyor və aktrisaları bəyənirsiniz?
- Bizim istedadlı aktyorlarımız çoxdur. Məsələn, Qurban İsmayılov, Fəxrəddin Manafov, Rasim Cəfər, Abbas Qəhrəmanov və s. Qadınlardan isə...
- Nədənsə qadın aktrisaların adlarını çəkməkdə çətinlik çəkdiniz...
- Əslində, danılmaz faktdır ki, bizdə aktyorlara nisbətən aktrisalar azlıq təşkil edir.
- Günəş Mehdizadə o pillədə neçənci yerdədir?
- Əlbəttə ki, birinci yerdə (gülür).
- Bəs sizdən sonra kimlər gəlir?
- Məndən sonra qalanlar (gülür).
- Serialdan qazandığınız qonorar sizi qane edir?
- Əlbəttə ki, Azərbaycan çəçivəsində baxsaq, qane edir. Kənara çıxanda isə, əlbəttə ki, yox.
- Maddiyat oynadığınız rolun keyfiyyətinə təsir edib?
- Xeyr, ümumiyyətlə, aktyor pula görə oynamamalıdır. Aktyor elə bir insandır ki, ona həvalə olunan obrazı oynayanda düşünmür ki, mən burdan az pul alacağam, yoxsa çox! Nəticədə bu aktyorun adıdır.
- Hissinizlə oynayırsınız, yoxsa texnika ilə?
- Xeyr, texnika ilə oynamıram.
- Son zamanlar müğənnilərin, aparıcıların film və seriallara çəkilməsi sizi narahat etmir ki?
- Xeyr, bu piyar xarakerlidir. Müğənni və yaxud aparıcıları kütləsinə görə seriala çəkirlər. Bu, yeni başlayan ekran işinin piyarı üçün çox gözəl effektdir.
- Xarici serial bazarı daha gəlirlidir. Ölkə hüdudlarından kənarda çəkilmək istərdiniz?
- Əgər belə istəyim olsaydı, çoxdan ölkədən getmişdim. Amma heç vaxt istəməmişəm. Özümə güvənim çoxdur, getsəydim, orada məşhur aktrisa da olardım, nailiyyətlərim də olardı.
- Özünüzü məşhur aktrisa hesab edirsiniz?
- Heç vaxt bu cür məqsədim olmayıb. Mənim üçün sənətin zirvəsi yoxdur. Əgər mən özümü məşhur insan hesab etsəm, özümü zirvədə görəcəyəm. Bundan sonra mənim üçün sənət çökə bilər.
- Çəkiləndən sonra "kaş çəkilməzdim" dediyiniz ekran işi olub?
- Bəli, olub.
- Hansıdır?
- Onu deməyəcəyəm.
- Heç sənətin daşını atmaq istəmisiz?
- Xeyr, incəsənət sahəsinə baş vuran insanlar, bir müddət sonra bu sahədən ayrılsalar da, özlərini digər sahələrdə tapmaqda çətinlik çəkirlər. Hər bir insan sevdiyi işlə məşğul olmalıdır. Sevdiyin işlə məşğul olsan, sən də sevib-seviləcəksən.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Aparıcılar pul alıb yoldan keçəni efirə çıxarırlar"
"Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, sonra da qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə, aparıcı başlayır onlardan mənə sual verməyə
13 aprel"Məni burada sayan yoxdur" - Elməddindən etiraz
Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. "Ölkə.az" Axşam.az-a istinadla xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyi
15 aprelXalq artisti Natiq Şirinovun qızının toyu olacaq
Xalq artisti Natiq Şirinovun evində toy olacaq. Sənətçinin qızı Sevil ailə qurur. Nağara ifaçısının övladı Semih adlı şəxslə nikah masasına oturacaq. Axşam.az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva bildirib. Ötən ilin noyabrında nişanlanan cütlüyün toy məclisi aprelin 12-də şəhər restoranlarında
9 aprel"Zooparkda heyvanlarla dərdləşdim"
Müğənni Mətanət Əsədova növbəti açıqlamalarıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı heyvanlarla dərdləşdiyi söyləyib. Bu barədə o, "Mirinin dibçəyi" yutub layihəsində danışıb. "Mən anamdan başqa heç kimə etibar etmirəm. Bir sözüm də olanda, sevincimi, dərdimi gedirəm onun qəbrini ziyarə
12 aprel"Məni burada sayan yoxdur" - Elməddindən etiraz
Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl
14 aprel"Bu sürücülər nə yeyir, nə içirlər bilmirəm" - Zamiq
Ötən gün "Koroğlu" stansiyasının qarşısında yük maşını aşıb və nəticədə avtomobildə olan maye yola dağılıb. Axşam.az xəbər verir ki, müğənni Zamiq Hüseynov sosial şəbəkədə qəzanın görüntülərini paylaşaraq bunları yazıb:. "Mən hər zaman demişəm, yenə də deyirəm. Artıq "avtoşluq"
7 aprelXalq artisti onu bıçaqlayan şəxsi niyə bağışlayıb?
Xalq artisti Faiq Ağayev 2010-cu ildə onu bıçaqlayan şəxsi atasının istəyi ilə bağışlayıb. xəbər verir ki, bu barədə sənətçi "Qapqara" verilişində danışıb:. "Atam mənə dedi ki, səni bıçaqlayanı şəxsi bağışla. Bu məsələdən yarım il sonra atam dünyasını dəyişdi. Onun sözündən çıxmadım, hə
13 aprelKüçələrdə gecələyən qadın Xalq artistinin nəvəsidir? - VİDEO
İki ildir küçələrdə gecələyən Bakı sakini Dürnisə Abdullayeva mərhum Xalq artistinin nəvəsi olduğunu iddia edir. olay-a istinadən xəbər verir ki, D. Abdullayeva 14 yaşında ailəsi tərəfindən məcbur evləndirildiyini deyib:. "Ailəm məni məcbur evləndirdi. Məni bədbəxt bir insan etdilər. Toy gecəs
13 aprelİbrahim Tatlısesin oğlundan ŞOK ETİRAF: "Uşaq yaşlarımda məni özünüzün ..."
Müğənni İbrahim Tatlıses evində illərdir icazəsiz yaşayan nəvəsi Merti məhkəmə yolu ilə oradan çıxarıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, o "Atalıq necə olur, baxsın, öyrənsin!" deyərək Mertin atası Ahmet Tatlısesə ismarış göndərib. Buna cavab olaraq Ahmet sosial mediada hesabında açıqlam
16 aprel