Azərbaycanlı tanınmışın oğlu atasını "öldürən"lərdən danışdı: "Bu yolu özünə həyat tərzi seçən "kişi"lər var"

Ötən ilin yanvarın 25-də tanınmış psixoloq Dəyanət Rzayevin intihar edərək özünü öldürməsi xəbəri yayıldı. Hər zaman müəyyən problemlərin üzərindən adlamaqda insanlara kömək olan, intihara meyilli şəxsləri bu yoldan yayındıran psixoloqun intihar xəbəri bütün ölkəni məyus etdi. "Psixoloq belə intihar edirsə, artıq digər insanlardan nə gözləyək?", deyə suallar meydana çıxdı.

Sonxeber.az bildirir ki, sfera.az-ın qonağı, tanınmış psixoloq Dəyanət Rzayevin oğlu Dilqəm Rzayevdir. Atasının ölümündən sonra ilk dəfə müsahibə verən Dilqəm Rzayev qaranlıq qalan bəzi məqamlara toxunaraq müəyyən məsələlərə aydınlıq gətirib.

- Əvvəlcə sizi və ailə üzvlərinizi tanıyaq.

- Məndən kiçik bacım, qardaşım və anam əvəzsiz xəzinəmdir. Mənə görə həyatda tanıdığım ən güclü, ən səbrli, ən dəyanətli insan anamdır. O mənim üçün qəhrəmandır. Anam mənim üçün çox gözəl bir "analıq" anlayışını ifadə edir. Onun daxilindəki sevgi, onun anlayışı, məsələlərə yanaşması, düşüncələri, dünya görüşü, bizə verdiyi tərbiyə və qayğı əvəzedilməzdir. Atamın mənəvi övladları olduğu kimi mənim də mənəvi bacım, qardaşlarım var. Onları çox sevirəm, özümdən ayırmıram, onlarla qürur duyuram. Hər övlada bu qədər mənəvi bacı, qardaş nəsib olmur.

- Dəyanət Rzayevin ölümü həqiqətən də gözlənilməz idi. Düşünürəm ki, bu xəbər cəmiyyət üçün böyük zərbə oldu. Atanızın nə vaxtsa belə bir addım atacağından şübhələnmişdiniz?

- Zənnimcə heç bir övlad atasından belə bir addım gözləmir. Mən də gözləmirdim. Çox təəssüf, bəlkə də belə bir şeyi ehtimal etsəydim, bu gün hər şey fərqli ola bilərdi. Amma olmadı...Yoxluğunu heç vaxt qəbul etməyəcəyim bir insanın bu addımı ata biləcəyini necə düşünə bilərdim? Düşünə bilmədim. Çünki o acılarını bizə göstərməzdi. Gedişindən sonra daxilində tək başına savaşdığı acılarını gördüm. Gedişindən sonra anladım hər şeyi...

- Ölümündən dərhal sonra müxtəlif versiyalar yayıldı: kəmərlə asıb, özünü binadan atıb və s… Lakin bu iddialardan ən çox psixoloq Elmir Əkbərin iddiası diqqət çəkdi. O, Dəyanət Rzayevin intihar etməsinin mükünsüz olduğunu demişdi. Onun yaşamaq üçün böyük əsaslarının olduğunu bildirmişdi.

- O çox güclü insan idi. Ona görə də heç birimiz belə bir addımı ata biləcəyinə ehtimal etməmişdik. Bibilərim də həmçinin… Psixoloq Elmir Əkbərlə çox yaxın dost idi. Qeyd edim ki, onun haqqında ən doğru müsahibəni verən də məhz Elmir Əkbərdir. Yayımlanan digər informasiyalarda ondan heç bir əsər əlamət yoxdur. Bu informasiyalar saxta insanların beyinlərinin məhsuludur desəm, yanılmaram. Onun daxilini Elmir Əkbər daha dəqiq görürdü. Çünki atamın dostu olmaqla yanaşı, həm də peşəkar psixoloqdur. Zənnimcə onun dediklərində həqiqət var. Təsəvvür edin, hər kəsə kömək edir, hər yıxılanı ayağa qaldırırsız və qarşılığında həmişə riyakarlıq görürsünüz. Atam çox humanist insan idi. Qarşısındakı insan ondan istifadə etdiyini düşünüb,özünü alçardarkən, atam onun niyyətini anladığını bildirməyəcək qədər uca bir insan idi. İstəyəni heç vaxt əli boş qaytarmazdı. Bu şəxsiyyəti ucuz olan insanlarda "ondan istifadə edirəm" fikrini formalaşdırırdı. Amma bilmirdilər ki, əslində öz qiymətlərini ucuzlaşdırırdılar. Son zamanlar "mən təkəm" ifadəsini çox işlədirdi. Bu da onun insanlardan gördüyü nankorluqların səbəb olduğu daxili üzüntünün təzahürü idi.

- Yayılan xəbərlərdə Dəyanət Rzayevin stulda oturmuş vəziyyətdə aşkarlandığı vurğulanmışdı.

- Bunlar sadəcə olaraq yalançı iddialardır. Onun məktub yazdığını vurğulayıblar. Məktubda vurğulanan sözlər yazılmayıb. O geridə heç bir iz buraxmamışdı. Hətta onun cinayət işini belə yarımçıq saxlayıb, mənasız rəylər yürüdüblər. Bir hüquqşünas kimi hələ ki, bu cür fikirlərin sadəcə gülünc olduğunu deyə bilirəm. O, öz millətinə, insanlarına bağlı idi. Hətta ona "ilin psixoloqu" titulu da verilmişdi. Belə bir insanın işinə niyə məsuliyyətsiz yanaşıblar? Bilmirəm. Sadəcə onu deyə bilərəm ki, araşdırmalar davam edir. Nə mən, nə də ki, ailəm bu işi belə qoyacağıq. Doğrudur, bu araşdırmalar və həqiqətlər onu bizə geri gətirməyəcək. Amma ən azından hər kəs layiq olduğunu alacaq. Çox istərdim ki, aidiyyatı orqanlar da bu işdə bizimlə bərabər olsunlar və həqiqətlərin üstünü açmaqda bizə kömək etsinlər.

- Onu istəməyənlər kimlər idi?

- "Facebook"da rəylərindən birində yazmışdı ki, "mən məni sevməyənləri sevdim ancaq...".

Düşünürəm ki, onun ətrafı sadəcə onu sevməyənlərlə deyil, ümumiyyətlə, sevməyi bacarmayan varlıqlarla dolu idi. Məncə sevməyi bacarmayan şəxslərə nə isə demək, başa salmaq mənasızdır. Çünki onlar dünyada ən böyük cəzalarını alıblar, sevgidən məhrum olublar. Bunu dərk etməmələri isə isə daha pisdir. Bəlkə xəyalpərəst olduğumu düşünəcəksiniz. Amma bu bir gerçəkdir. Bütün kainat sevgiylə yaranıb. Sevgisiz həyat mövcud deyil. Sevgisiz heç bir şey mövcud deyil. Elə o varlıqların mövcud ola bilmədikləri kimi... Əminəm,bu sözlərimi oxuyanda nə demək istədiyimi anlamayacaqlar. Çünki onlar "istifadə edirəm" düşüncəsi ilə yaşayırlar. Buna yaşamaq deyilərsə... Başqalarının kölgəsində barınmağı özünə ucalıq bilən kəslərdən danışmaq istəmirəm. Onlara sərf edilən zaman boşa gedən zamandır.

- Dəyanət Rzayevi ölümə aparan səbəb nə ola bilərdi?

- Yaxşı insanları çox zaman cəmiyyət öldürür. İnsan bədəni çürüyəndə yox, inancını, ümidlərini, sevdiklərini itirəndə ölür. Belə bir söz var: bir insan özünü asırsa, onun kəndirində hər birimizin barmaq izləri var. O çox küskün, çox narazı idi - insanlardan və insanlıqdan... Doğrudur, ona qarşı heç bir şiddət olmayıb. Amma ruhunda çox böyük zərbə izləri vardı. Gec də olsa, bunu gördüm. Hələ də ona minlərlə borcu olan insanlar var. Kasıb olmaq eyib deyil, lakin şəxsiyyətsiz olmaq çox utandırıcıdır. Birinə borclu olub, onu qaytarmamaq üçün hər şey edənlər var. Zənnimcə belə bir xarakter kişilliyə sığmaz. Lakin təəssüflər olsun ki, bu yolu özünə həyat tərzi seçən "kişi"lər var. Onu öldürən sadəcə ətrafındakı azğın və tamahkar insanlardır. Başqa heç kim.

- Bu cəmiyyətdə intiharı seçmiş bir atanın övladı olmaq çətindir?

- Dediyim kimi insan məyus olduqda həyatdan qopmağa başlayır. O an nə düşünüb, nə hiss edib, bilmirəm. Bildiyim tək şey var: həyatı boyunca tək bir insanı incitdi, o da özü idi. O yaradılmış hər kəsi, hər şeyi sevirdi. Hər yaxşılığının cavabında nankorluq görsə də, yenə də sevgisi tükənmirdi. O, onu sevməyənləri belə sevirdi. Onun nankorluq görmədiyi tək canlı himayəsinə aldığı heyvanlar idi. İnsanlardan isə nankorluq gördü. Bu səbəbdən təəssüflə demək istəyirəm ki, insan ən qorxulu varlıqdır. Bu qədər qorxulu varlığın içində ona rast gəldiyim üçün, məhz onun oğlu olduğum üçün çox şanslıyam. Bu qürur həyatım boyunca mənə yetəcək.

- Həyatı dərk etdikcə, xüsusən də bu yaşda ataya daha çox ehtiyac duyulur. Atasız bu dünyada nələr əskikdir?

- İnsan hansı yaşda olursa, olsun elə bir ataya ehtiyac duyar. Mən də duyuram, hər zaman da duyacam. Çünki təkcə atam deyildi, həm də dostum idi. Mənəviyyatım idi, məni həyata bağlayan səbəbim, varlığı ilə nəfəs aldığım bir kəsim idi. Hər zaman hər kəsdən öncə gəlişini gözlədiyim insan idi. Ölümü məndən çox şey alıb apardı. Həyat davam etmir. Onsuz indi gülüşlərim, ümidlərim, hər şeyim əskikdir.

- Nə zamansa atanızla bağlı kitab yazmağı düşünürsüzmü?

- Kifayət qədər mövzun varsa, kitab yazmaq problem deyil. Mənim də atamla bağlı kifayət qədər xatirəm var. Yaza bilərəm. Yəqin ki, kitaba bu sözlərlə başlayardım:

Səndən sonra anladım, sənin varlığında necə uşaq olduğumu. Qayğısız və xoşbəxt...Gəl gör indi məni. Necə böyüdüyümü. 1ilin içində 100 il necə qocaldığımı. Sənin daşıdığın yükləri çiynimdə necə daşıdığımı gəl gör. Qürur duy, sənin üçün həmişə balaca qalan oğlunla. Qürur duy, sənin yolunla gedən mənlə. Böyüməyim üçün getməyin şərt idisə,mən uşaq qalmağa razı idim...

Çox güman kitabın adını "Səndən sonra mən" qoyardım.

- Ümid edirəm kitab ərsəyə gələndən sonra üzərinizdəki yük azalacaq, az da olsa rahatlıq tapacaqsınz. Vaxt ayırdığınız üçün təşəkkür edirik.

- Mən də sizə təşəkkür edirəm.
Azərbaycanlı tanınmışın oğlu atasını "öldürən"lərdən danışdı: "Bu yolu özünə həyat tərzi seçən "kişi"lər var"Azərbaycanlı tanınmışın oğlu atasını "öldürən"lərdən danışdı: "Bu yolu özünə həyat tərzi seçən "kişi"lər var"Azərbaycanlı tanınmışın oğlu atasını "öldürən"lərdən danışdı: "Bu yolu özünə həyat tərzi seçən "kişi"lər var"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5206   Tarix: 27 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021