Yağışlı hava sabah da davam edəcək

Yağışlı hava sabah da davam edəcəkAzərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək.

Sonxeber.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-17, Bakıda isə gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arbir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-metereoloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və metereoloji amillərin zəif və mülayim tərəddütü meteohəssəs insanlar üçün əsasən əlverişlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2764   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq. "Report" xəbər verir ki, dialoq iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək və həm çoxtərəfli iqlim danışıqlarında

20 aprel
.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Xınalığa dolu düşüb - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

20 aprel
.

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Bu marşrut xətti "Dərnəgül" metrostansiyas

20 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanması üzərində işləyirlər. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Kəraçi Ticarət və Sənay

20 aprel
.

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - Video

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. "Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı İTV süjet hazırlayıb. Bildirilib ki, belə olan halda müştərilər aldıqları məhsul haqda zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Dah

20 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel