Əməkdar artistimizin hicaba keçən qızı ikinci dəfə ərə gedir - VİDEO

Əməkdar artistimizin hicaba keçən qızı ikinci dəfə ərə gedir - VİDEOƏməkdar artist Firuzə İbadovanın qızı Hülya ərə gedir.

Artıq İslam qaydalarına uyğun nikah kəsilib. Cütlük iyunun 4-də isə rəsmi nikaha daxil olacaq.

Hulyanın ailə qurduğu şəxs dindardır. Deyilənlərə görə, onların izdivacına səbəb məhz ikisinin də dindar olmasıdır. Belə ki, Hülya ötən ay anası ilə birlikdə Kərbəla ziyarətində olub. Gənc xanım ziyarətdən qayıtdıqdan sonra qapanmağa, hicaba keçməyə qərar verib. Özünü bütünlüklə ibadətə həsr edən Hülya çalışdığı Dövlət Sərhəd Xidmətindəki işindən də ayrılıb. Hazırda ev xanımıdır.

Adı açıqlanmayan bəy əməkdar artistin qızını özünə uyğun bilib və el adətilə elçilərini göndərib. Ailələr və gənclər arasında razılıq evliliklə nəticələnib.

Bu Hülyanın ikinci, ailə quracağı şəxsin isə ilk evliliyidir.

Xatırladaq ki, Hülya bundan əvvəl bir dəfə ailə qurub. O, 2008-ci ildə ərə gedib. İki il sürən bu evlilikdən Hülyanın Hökumə adında bir qızı var.

baku.ws

Şou-biznes   Baxılıb: 8627   Tarix: 26 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR