Məmurlar Paşinyanı saymır

Məmurlar Paşinyanı saymırErmənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında məmurlara ölkənin düşdüyü ağır iqtisadi vəziyyətdən çıxış yolları axtarmağı təklif edib.
Baş nazir bildirib ki, iqtisadiyyatın dirçəlməsi üçün nə qədər investisiya cəlb edilsə, xarici yardım alınsa da, əhəmiyyətli nəticə əldə olunmayacaq:

"Ermənistanda olduqca böyük kölgə iqtisadiyyatı var. Müvafiq qurumlar bunun aradan qaldırılması istiqamətində mühüm iş görməlidir. Büdcə gəlirlərini artırmağın yeganə yolu iqtisadiyyatın kölgədən çıxarılmasıdır. Biz düşünməməliyik ki, pul yoxdur və heç nə etməməliyik. Pul var, sadəcə əslində olmalı olduğu yerdə deyil" – deyə Paşinyan vurğulayıb.

O, əlavə edib ki, Dövlət gəlirləri üzrə Komitə, Ermənistan polisi və Milli təhlükəsizlik xidməti bu məsələni araşdırmalıdır.

Paşinyanı qəzəbləndirən başqa məsələ isə, özünə qarşı saymazlıq və hörmətsizlik olub. Mayın 10-u və 16-da Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Ermənistandan pomidor və xiyar məhsullarının idxalına məhdudiyyət qoya bilcəyilə bağlı xəbərdarlıq edib. Lakin Paşinyan Qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidmətinin rəisi İşxan Karapetyanın Rusiyadan aldığı xəbərdarlıq məktublarını ona təqdim etmədiyini və məsələ ilə bağlı ümumiyyətlə heç kimin ona məlumat vermədiyini deyib.

"Mənim üçün bu gözlənilməz oldu, çünki Rusiyadan göndərilən məktublardan xəbərim olmayıb. Karapetyan bu problemə olan marağımı bilirdi. Yaxşı, bəs onda bu barədə kimə məlumat vermisiniz, məsələnin həlli üçün hansı addımlar atmısınız? Kənd təsərrüfatı nazirinə, baş nazirin müavininə, bəlkə baş nazirin şəxsən özünə xəbər vermisiniz?" – deyə Paşinyan etiraz edib. Karapetyan isə cavabında, sadəcə buna ehtiyac duymadığını deyib.

Erməni ekspertlərin fikrincə, Paşinyan ölkənin inkişafı ilə bağlı böyük vədlər versə də, baş nazir olmasına baxmayaraq, məmurları onu ciddi fiqur hesab etmirlər. Çünki hökumətdə təmsil olunanların hərəsinin öz ambisiyaları və iqtisadi maraqları var. Odur ki, bu gedişlə Paşinyan çətin ki, yaxın gələcəkdə nəyəsə nail olsun. /azvision.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1346   Tarix: 27 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hamilə qadın öldü, körpəsi isə yaşayır

Adanada elektrikli velosipeddən yıxılan 9 aylıq hamilə qadın avtobusun altında qalıb. xarici mediaya istinadən xəbər verir ki, ana vəfat edib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən sağlamlıq qrupları 9 aylıq hamilə olan xəstəxanaya aparılıb. Həkimlər anaın bətnindəki körpəni cərrahi yolla çıxarıblar

18 aprel
.

1 yaşlı körpənin faciəvi ölümü: eyvanda oynarkən...

8-ci mərtəbədən yıxılan 1,5 yaşlı körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Əldə edilən məlumata görə, binanın eyvanında oynayan 1,5 yaşlı uşaq 8-ci mərtəbədəki evlərinin eyvanından yıxılıb. Ətrafdakı insanlar cəld sağlamlıq qruplarına məlumat verib

18 aprel
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18 aprel
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18 aprel
.

Təcili yardıma 2 min dəfədən çox zəng edən qadın həbs edildi

İngiltərə polis agentliyi olan Metropolitan Polisi (MET), təcili yardım çağırış mərkəzini 3 il ərzində 2 mindən çox zənglə məşğul saxlayan qadını həbs edilib. xarici mediaya istinadən xəbər verir ki,qadının 5 il həbs cəzasına məhkum edildiyini açıqlanıb. MET bu gün verdiyi açıqlamada Sonia Nixon adl

19 aprel
.

11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO

İranın Şiraz şəhərində 11 yaşlı qız şəxsi evində paltar satan 50 yaşlı qadını bıçaqlayaraq öldürüb. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb. Məlumata görə, qatilin 40 yaşlı anası isə öldürülən qadının qızını yaralayıb. 11 yaşlı qızın cinayəti törətməsinə səbəb satıcını

19 aprel
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. -ə istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehinə 234 səs, Riksdaqdak

18 aprel
.

Paşinyan: "Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq"

"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. "Əgə

18 aprel
.

Dünyanın ən təmizkar ölkələri məlum olub

Braziliya sakinləri dünyanın ən təmiz insanları seçiliblər. Bunu müxtəlif ölkələrdə insanların yuyunma və duş qəbulunun müntəzəmliyini təhlil edən Dünya Əhali İcmalı layihəsinin məlumatları sübut edir. Araşdırmaya görə, braziliyalıların 99 faizi hər gün yuyunur, lakin əksəriyyəti bunu daha tez-tez edir

17 aprel