Oğlanın şah damarını kəsən qız: "Dedim ki, o söyüşü sənə yedizdirəcəm"
Bakıda 20 yaşlı qadın 31 yaşlı şəhər sakinini bıçaqlayaraq öldürüb.
Hadisə Novxanı qəsəbəsi ərazisindəki kafelərdən birində qeydə alınıb. Xaçmaz rayon sakini Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 31 yaşlı Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq şah damarı kəsilən Anar Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törədən Səringül Ramazanova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Törətdiyi cinayət əməlini etiraf edən Ramazanova mərhumun ona qarşı nalayiq sözlər işlətdiyini bildirib. Səringül Ramazanova əməlinə görə peşman olmadığını bildirib.
Səringül Ramazanova - saxlanılan şəxs: "Məni təhqir etdi, dedim ki, Anar, o söyüşünü sənə yedizdirəcəyəm. Sonra məni şillələməyə başladı. Bu, mənə lap pis təsir etdi, bıçağı götürüb üstünə yeridim. Bıçağı qarnına soxmaq istəyəndə, obyektin sahibi gəldi. Əlimi geriyə çəkəndə oğlanın boğazı kəsildi. Mənim nəslimi söydü, peşman deyiləm. Özümü təqsirli sayıram, amma peşmanlıq çəkmirəm. Başqası olsaydı da, eyni şeyi edərdim. Ailəmdən biri də mənim var-yoxumu söysəydi, onu da yaşatmazdım".
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.//avropa.info
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal Baxılıb: 2777 Tarix: 13 oktyabr 2015
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşƏləsgər Məmmədli həbsdə qaldı
"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib
15 martƏhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxdı: "Ailəmi öldürdüm, çünki..."
Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. TV Müsavat xəbər verir ki, Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib
1 martArvadı ilə qayınatasını bıçaqladı
Gəncədə kürəkən arvadını və qayınatasını bıçaqlayıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yeni qəsəbədə qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hadisəni törətməkdə 1997-c
26 fevralXoşqədəmin verilişində onu axtaran keçmiş arvadını məhkəməyə verdi
Bu ilin yanvarında Səbail Rayon Məhkəməsinə maraqlı müraciət daxil olub. "Qafqazinfo" xəbər verir ki, məhkəməyə müraciət edən şəxs barəsində Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində həqiqətə uyğun olmayan məlumatın və itkin düşmədiyi halda axtarılması barədə elanları
27 fevralBakıda bir ailənin üç üzvünü öldürən şəxsə ÖMÜRLÜK HƏBS
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ela
11 martAnasını heç nədən öldürübmüş... - Dəhşətli qətlin təfərrüatı
Ötən il Xırdalanda 1974-cü il təvəllüdlü anası Mehriban Hüseynzadəni xüsusi amansızlıqla qətlə yetirən 24 yaşlı Orxan Hüseynzadənin məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Orxan 18 il müddətinə azadlıqdan məhrum edilib
24 fevral4 il əvvəl atası tərəfindən öldürülən qızın FOTOsu
Xəbər verdiyimiz kimi, Ağdamda 4 il əvvəl itkin düşən qızın atası tərəfindən öldürülərək həyatyanı sahədə basdırıldığı ehtimal olunur. Trend xəbər verir ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı
22 fevral"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilər
Xəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Qafqazinfo" xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qey
7 mart