Prezident İlham Əliyevin oğlu Heydər Əliyev məzun oldu - FOTO

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev məzun oldu - FOTOPrezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı "ADA" Universitetindən məzun olub.

Bu gün "ADA"dan məzun olanlar üçün tədbir keçirilib.

Tədbirdə H.Əliyevin valideynləri - Pezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da iştirak edib. Dövlət başçısı tələbələr qarşısında çıxış edərək onları təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb. İ.Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.

Bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb.

Qeyd edək ki, 2013-cü ildə 590 bal toplayaraq "ADA" Universitetinə qəbul olan H.Əliyev Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.

Sosial   Baxılıb: 5495   Tarix: 26 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR