Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi, böyük ərazini nəzarətə götürdü

Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi, böyük ərazini nəzarətə götürdüAzərbaycan ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük ərazini nəzarətə götürüb. Sonxeber virtualaz.orga istinadən xəbər verir ki, bu məlumatı erməni tərəfi açıqlayıb.

Azərbaycan orduunun Naxçıvan istiqamətdə irəliləyərək böyük ərazini nəzarətə götürməsi Ermənistanda silahlı qüvvələrin yeni Baş qərargah rəisinin təyinatı ətrafında gedən polemikada ortaya çıxıb. "Hetq" internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan bu vəzifəyə 5-ci ordu korpusunun komandanı, general-mayor Artak Davtyanın təyin olunmasını tənqid edərək baş nazir Nikol Paşinyanın bu qərarını anlamadığını bildirib.

"Hətta Artak Davtyanın bundan əvvəl 5-ci ordu korpusunun komandanı təyin edilməsi ən azından Azərbaycan və Ermənistan sərhədinin Naxçıvan istiqamətində son günlər baş verənlərə görə təəcüb, anlaşılmamazlıq doğurur (5-ci korpus Ermənistanın Naxçıvanla sərhəd istiqamətinə cavabdehdir-red.). Neytral sahədə azərbaycanlılar öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olub"-Edik Bağdasaryan bildirib.

Bağdasaryan onu da deyib ki, əslində Baş qərargah rəis postuna ən layiqli namizəd general Onnik Qasparyan idi . Qasparyan hazırda Baş qərargah rəisinin müavini vəzifəsini tutur. Jurnalistin bildirdiyinə görə Paşinyan əslində həmin vəzifəyə Qasparyanı təyin etmək istəyib. Amma general razılaşmayıb. Xatırladaq ki, general Davtyanın Baş qərargah rəisi vəzifəsinə layiq olmadığını bundan əvvəl general-leytenant Artur Aqanbekyan da açıqlamışdı. Bildirmişdi ki, Davtyanı uzun illərdir tanıyır və Baş qərargah rəisi kimi məsul vəzifəyə ən hazırlıqsız generalın təyin edilməsindən ciddi narahatdır.

Edik Bağdasaryan

Azərbaycan ordusunun Naxçıvan istiqamətində mövqelərini irəli çəkərək strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməsi barədə xəbərlər "Vkontakte" sosial şəbəkəsində azərbaycanlı hərbçilərin qrupunda da yayılıb və müzakirə olunub. Həmin xəbərlərdə deyilir ki, ordumuzun əsgəri, Ağstafa rayonundan olan Əli Tatarov da məhz bu əməliyyat zamanı igidliklə şəhid olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları şəhidimizin qisasını alıb. Azərbaycan ordusunun irələməsinə görə Ermənistanın yeni müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan da sərhədin Naxçıvan istiqamətinə baş çəkib şəxsən müşahidə aparıblar.

Rəsmi dövlət xəbər agentliyi AzərTAC-da mayın 24-də yerləşdirilmiş xəbərdə də ordumuzun Naxçıvan istiqamətində "planlı mühəndis-istehkam işləri apardığı" barədə bəhs olunur.

Artak Davtyan

Məlumatda deyilirdi ki, təsdiq olunmuş plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə mühəndis işlərinin aparılmasına başlayıb.

Daimi dislokasiya məntəqələri ilə mövqelər arasında təminat yollarının, səngərlərin, sığınacaqların, müşahidə məntəqələrinin təkmilləşdirilməsi, qış mövsümündən sonra istifadəyə yararsız daşıma və təxliyə yollarında təmir-bərpa işlərinin aparılması, müdafiənin ara boşluqlarının möhkəmləndirilməsi məqsədilə əlavə mühəndis təminatı tapşırıqları yerinə yetirilib.

Bütün növ təminatların təmin edilməsinin asanlaşdırılması məqsədilə yüksək dağlıq şəraitində yerləşən mövqelərə Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri tərəfindən yeni təminat yollarının çəkilməsi üzrə işlər hazırda davam etdirilir.

2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun xüsusi qoşun növlərinin bölmələri praktiki və səhra vərdişlərinin artırılması məqsədilə təlim mərkəzləri və poliqonlara çıxarılıb. Bölmələr real döyüş şəraitinə yaxınlaşdırılmış mürəkkəb şəraitdə tapşırıqlara uyğun olaraq praktiki məşq etdirilib. Bütün kateqoriyalı komandirlərin praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətdə döyüş əzminin artırılması üzrə məşğələlər keçirilir.

virtualaz.org ordumuzun Naxçıvan istiqamətində irəliləməsi barədə Müdafiə Nazirliyindən şərh almağa çalışır.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 7890   Tarix: 27 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021
.

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs

12 iyul 2021