Prosineçki: "Mən hər oyunda qalib gəlmək istəyirəm"

Prosineçki: "Mən hər oyunda qalib gəlmək istəyirəm""Bolqarıstan yığmasının baş məşqçisinin istefaya getməsini istəmirəm".

Azərbaycan yığmasının baş məşqçisi Bolqarıstan ilə sabah Avropa-2016-nın seçmə turunda baş tutacaq matçdan öncə öz təəssüratlarını bölüşüb.

"Bütün komanda sabahkı matça çox ciddi yanaşır. Yaxşı oynamaq və uğurlu nəticə əldə etmək istəyirik. Bolqarıstan Xorvatiya ilə ağır matç keçirib, bizim İtaliya ilə ağır oyunumuz olub. Mən Bolqarıstanın oyununu təhlil etdim. Komandada sürətli oyunçular var, onlar müdafiədən sürətlə hücuma keçməyə çalışırlar", - baş məşqçi deyib.

"İtaliya matçı ilə müqayisədə bizdə tərkibdə üç dəyişiklik olacaq. Meydana Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Rəşad Sadıxov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ruslan Qurbanov və Elnur Cəfərov çıxacaq.

Niyə məhz bu oyunçuların çıxacağının təfərrüatına varmayaq. Tərkib açıqlanıb.

Futbolu azarkeşlərə görə oynayırıq. Futbolçular stadionda çoxsaylı azarkeşin olmasını sevirlər. Bu, tamaşa kimi bir şeydir. Sabahkı matça az bilet satılıb? Təəssüf.

Mən bizimlə oyundan sonra Bolqarıstan yığmasının baş məşqçisinin istefaya getməsi barədə düşünmək istəmirəm. Futbolda belə şeylər olur. Mən hər bir oyunda qalib gəlmək istəyirəm və sabah da həmçinin, ümid edirəm ki, bununla yanaşı İvaylo Petev öz postunda qalacaq. Onun Bolqarıstan yığmasında işlədiyi müddət elə də uzun deyil.

"Xəzər-Lənkəran"dakı vəziyyət Rahid Əmirquliyevin yığmadakı yerinə təsir edə bilərmi? Mən vəziyyətdən xəbərdaram. Amma mənim üçün onun harda oynamağı mühüm deyil. Mən baş məşqçi olduğum müddət ərzində o yığmada oynayacaq. Yığma üçün o həmişə yaxşı oynayıb. Əlbəttə, mən Rahidin daha güclü klubda oynamasını istərdim", - baş məşqçi bildirib.//sportbox.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 675   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Neftçi"nin hücumçusuna ağır cəza

AFFA İntizam Komitəsi "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb. "Qafqazinfo" xəbər verir ki, buna oyunçunun Əvəzedicilər Liqasında "Sumqayıt-2" ilə matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyin

9 aprel
.

Alves həbsxanadan çıxdıqdan sonra ilk dəfə danışdı

Braziliya millisinin və "Barselona"nın sabiq müdafiəçisi Dani Alves qıza təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edildikdən sonra öz həyatından danışıb. Martın sonunda keçmiş futbolçu cəzası qanuni qüvvəyə minənə qədər 1 milyon avro girov müqabilində sərbəst buraxılıb

6 aprel
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14 aprel
.

Çempionlar Liqası üçün təhlükə: İŞİD terror törətməklə hədələyir

İŞİD aprelin 9-u və 10-da keçiriləcək Çempionlar Liqasının oyunlarında terror aktları törətməklə hədələyir. -in xəbərinə görə, bu barədə "Marca" nəşri yazır. Qarşılaşmalarla bağlı planlar davam edir. Aprelin 9-da İspaniya hökumət komissiyasının rəsmi iclası keçiriləcək və bu iclasda əlavə təhlükəsizli

9 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"

16 aprel
.

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi Ernandes "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb. "Report" xəbər verir ki, İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib - 3:2. Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarı

11 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14 aprel