Sosial şəbəkələr təhsilə təsir göstərir?

Sosial şəbəkələr təhsilə təsir göstərir?Videooyunlara aludəçilik sosial şəbəkələrdən aktiv istifadədən fərqli olaraq, orta məktəblərdə buraxılış imtahanlarının nəticələrini pisləşdirə bilər.

Bu barədə Böyük Britaniyada keçirilən tədqiqatın nəticələrindən məlum olub.
Nadir hallarda videooyun oynayan yeniyetmələrin təxminən 77 faizi beş imtahanda "A", "B" və ya "C" qiymət alıb. Gündə ən azı iki dəfə videooyun oynayanların yalnız 41 faizi beş imtahanda uğurlu nəticə qazanıb. Tədqiqat müəllifləri sosial şəbəkələrə videooyunlardan fərqli olaraq daha çox diqqət yetirsələr də, aktiv sosial şəbəkə istifadəçilərinin imtahan nəticələrində əhəmiyyətli fərq qeydə alınmayıb.

Tədqiqat Milli Uşaq Bürosu (National Children's Bureau) tərəfindən Şimali İrlandiya məktəblərində keçirilib. Həmçinin məlum olub ki, on şagirddən dördü buraxılış ilində internetdə 4 saat və ya daha çox vaxt keçirir. Bununla yanaşı, imtahanlarda ən yaxşı nəticəni kompüterdən hər gün iş üçün 3 saat istifadə edərək ev tapşırıqlarını hazırlayan şagirdlər göstərib.
Evdə internetə çıxış imkanı olmayan şagirdlər imtahanlara bu imkandan yararlana bilən həmkarlarından daha pis hazırlaşıb. Onların yalnız 29 faizi beş imtahanda "C" qiymət alıb. Evdə "Wi-Fi" çıxışı olanların 68 faizi isə imtahanı uğurla verib.

"Vesti.ru" yazır ki, tədqiqatçıların qənaətinə görə, müəllimlər evə tapşırıq verən zaman daha çox hazırlaşmaq üçün fərdi kompüter və internetdən istifadəni tələb edən çalışmalara üstünlük verməlidirlər. Qeyd olunur ki, yeniyetmələr bəzən müasir texnologiyalarda özlərini "ekspert" hesab etsələr də, valideynlər və müəllimlərin vəzifəsi onlara düzgün "rəqəmli vərdişlər" formalaşdırmağa kömək etməkdən ibarətdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 644   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Xınalığa dolu düşüb - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

20 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19 aprel
.

Cavanşir Məmmədov vəfat etdi - Yenilənib

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. Axşam.az-ın məlumatına görə, 70 yaşlı müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib. *. Müğənninin ölümü ilə əlaqədar Axşam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib: . "Əməkda

20 aprel
.

Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...

Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni

20 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel