Müəllimlərin imtahanında maraqlı HADİSƏ - Gənc xanım anasının əvəzinə gəldi
"Mayın 26-dan Təhsil Nazirliyi orta məktəbdə çalışan müəllimlərin diaqnostik imtahanını keçirir. İmtahan nəticələri təhsilə olan etimadı azaldır".
Sonxeber.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov müəllimlərin diaqnostik qiymətləndirmə imtahanının ilkin nəticələrini şərh edərkən deyib.
Onun sözlərinə görə, mayın 29-da keçirilmiş imtahanlar zamanı qeydə alınan ən aşağı nəticə 2 bal olub.
"55 nəfər 10 baldan aşağı nəticə göstərib. 26-27 mayda keçirilən müəllimlərin diaqnostik imtahanında ibtidai sinif müəllimləri arasında 60 test tapşırığından 4 bal toplayanlar var. Təəssüflə qeyd olunmalıdır ki, imtahan iştirakçıları bir sıra hallarda etimadın zəifləməsi üçün var gücü ilə çalışırlar. 60 balı Bakıdakı orta məktəblərdən birinin riyaziyyat müəllimi toplaya bilib. Yəni 20 min müəllimin içərisində cəmi bir nəfər".
Kamran Əsədov müəllimlər tərəfindən imtahan prosesinin pozulması hallarına tez-tez rast gəlindiyini deyib:
"Mayın 29-da keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib. 2 nəfər müəllim qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub. Onların hər ikisi qulaqcıqdan istifadə etməklə telefonla danışaraq sualları cavablandırmağa cəhd edib. Onlar Bakı şəhərində yerləşən eyni məktəbin müəllimləridir. Bundan əlavə, bir nəfər gənc xanım öz anasının əvəzinə imtahana girməyə cəhd edib. Səbəbini soruşduqda isə bu həkətini anasının gələ bilmədiyini, onun yerinə səlahiyyətli nümayəndə kimi imtahana qatılmaq istədiyi bildirib. Təbii ki, həmin gənc xanımın "səlahiyyətli nümayəndə" qismində imtahanda iştirakına icazə verilməyib.
İmtahan zamanı iştirakçıların öz aralarında söhbət etməsi, nəzarətçiləri təhqir etməsi, onlara rüşvət təklif etməsi hallarına tez-tez rast gəlinməyə başlanıb.
Bu onu göstərir ki, təhsil sistemində aparılan islahatlara layiq olmayan, təsadüfi şəxslər hələdə orta məktəblərdə çalışır. Onlar müəllimdir, hər addımında nümunə olmalı olan şəxslər, çalışıb qənaətbəxş nəticə əldə etmək yerinə, 17 yaşlı abituriyent kimi qaydaları pozmaqla, hansısa formada və yolla nəyəsə nail olmaq istəyirlər. Biz təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərəmi etibar edirik, ümid edirik?"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1098 Tarix: 30 may 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı
19 dekabrKarantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
20 dekabrRəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto
Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb
20 dekabrNazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d
21 dekabrBu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi
19 dekabrBayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR
Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur
21 dekabrNazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye
20 dekabr