Xəstə insanlar orucu necə tutmalıdır? - Həkimdən RAMAZAN MƏSLƏHƏTLƏRİ

Xəstə insanlar orucu necə tutmalıdır? - Həkimdən RAMAZAN MƏSLƏHƏTLƏRİDində bəzi xəstəliklərdən əziyyət çəkənlərin oruc tutmaları vacib olmasa da, həkimlər oruc tutmaq istəyənlərin müəyyən məqamlara diqqət edərək "Ramazan pəhrizi" saxlaya biləcəklərini deyir.

Sonxeber.az medicina.az-a istinadən bildirir ki, türkiyəli endokrinoloq professor Mitat Bahçeçi müxtəlik xroniki xəstəlikləri olanların sağlamlıqlarını riskə atmadan necə oruc tutmalarından danışıb.

Onun sözlərinə görə, isti günlərdə diabet, tiroid xəstələri daha diqqətli olmalıdırlar:

"1-ci tip diabetli xəstələr, insulin istifadə edən 2-ci tip diabetlilər və diabetdən əziyyət çəkən hamilə qadınlar oruc tutmamalıdırlar.
Dərmanlarla insulini bərpa edən, hipoglisemi riski olmayan, metformen tərkibli dərmanlar istifadə edən, həmçinin pəhrizlə müalicə olunan şəxslər oruc tuta bilərlər".

Mütəxəssis belə xəstələrin mütləq şəkildə sahura qalxmalı olduqlarını diqqətə çatdırıb:

"İftara isə şorba və şəkərsiz bol su ilə başlamalıdırlar və ən az 15 dəqiqə keçdikdən sonra əsas yeməyə başlaya bilərlər. Şirniyyat və ya meyvəni də iftardan ən az 1 saat keçdikdən sonra yeyə bilərlər".

Xəstələrə meyvə şirəsinin əvəzinə meyvənin özünü yeməyi tövsiyə edən Bahçeci, alma ya da qatıq üzərinə əlavə edilən 1 çay qaşığı darçının insulin üzərində müsbət effekt yaratdığını qeyd edib:

"Oruc tutan diabetli insanlarda gün ərzində ani və soyuq tərləmə, döyüntü, üzdə solğunluq kimi əlamətlər ortaya çıxarsa mütləq şəkildə qan şəkərinin səviyyəsi ölçülməlidir. Əgər qan şəkəri düşübsə, orucu pozmalı və şəkərli su içməlidirlər".

Endokrinoloq hipotiroid xəstələrinin rahatlıqla oruc tuta biləcəklərini bildirib. Dərman içmək saatlarına isə diqqət etməli olduğunu vurğulayıb.
"Dərmanlar sahura qalxan zaman ac qarnına içilməlidir. Yemək isə yarım saat sonra yeyilə bilər. Xolesterin dərmanı qəbul edənlər də rahat oruc tuta bilərlər, çünki dərmanlarını yatmazdan öncə atmaqlarını tövsiyə edirik", - deyə mütəxəssis qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 855   Tarix: 03 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021