Şəkərli diabet xəstəliyinin 5 tipi – Gizli şəkər nədir?

Şəkərli diabet xəstəliyinin 5 tipi – Gizli şəkər nədir?Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 1980-ci ildən bu yana şəkərli diabet xəstəliyinə tutulanların sayı 433 milyona çatıb. Əgər 30 il əvvəl diabet haqqında yalnız xəstələr və həkimlər danışırdısa, bu gün diabetin nə olduğunu bilməyən yoxdur. Artıq uşaq diabeti inkişaf edir və hətta yenidoğulmuşlara diabet diaqnozu qoyula bilir. Hesablamalara görə, 10 il ərzində bu rəqəm iki dəfə artacaq.

Sonxeber.az medicina.az-a istinadən bildirir ki, diabet xəstəliyinin müalicəsi yönündə dərmanlar olsa da, bu xəstəliyi tam müalicə etmək və ondan qurtulmaq mümkün deyil.
Diabet mədəaltı vəzin fəaliyyətinin pozulmasıdır. Hormonal pozğunluq nəticəsində mədəaltı vəzi kifayət qədər insulin hormonu istehsal etmir. Bəzi xəstələrdə isə insulinrezistentlik yaranır - hüceyrələr hormonu mənimsəmə qabiliyyətini itirir və o, öz funksiyasını yerinə yetirə bilmir.
İnsulinin orqanizmdə işi çoxdur, amma ən vacibi qlükozanı qan vasitəsilə hüceyrələrə çatdırmaqdır. Məhz buna görə bütün diabetiklərdə qanda şəkərin miqdarı artmış göstərilir.
Qanda qlükozanın çoxluğu ürək-damar sisteminə zərbə vurur, xəstələrin infarkt və insult riskini artırır. Daha sonra kapilyar damarların zədələnməsi ilə görmə zəifləyir, korolma təhlükəsi yaranır, böyrəklərdə problem, daha sonra böyrək çatışmazlığı yaranır, xəstədə periferik sinir və damar sisteminin sıradan çıxması nəticəsində isə ən qorxulusu - xora, yara, yaralmayan yaralar və qanqrena baş verir.

Diabet xəstəliyi xroniki olduğundan, xəstənin birinci vəzifəsi onu nəzarətə götürüb, həyatını bu xəstəliyin tələblərinə uyğun qurmaq və ən əsası qanda şəkərin miqdarını normada saxlamaqdır.

Amma hər şeydən öncə düzgün diaqnozu bilmək lazımdır. Çünki diabetin bir neçə tipi var. Diaqnoza görə də fərqli müalicə təyin olunur.

I tip Şəkərli diabet - bu tipi insulinasılılıq və ya uşaq diabeti adlandırırlar. Ona görə ki, bu növ daha çox uşaqlıq və yeniyetməlik dövründə başlayır, irsi xarakter daşıyır.
Mədəaltı vəzi insulin sintezini dayandırır, ona görə qanda qlükoza çoxalır, hüceyrələr çatdırılmır. Diaqnostikada təkcə qanda şəkərin deyil, insulinin də səviyyəsi ölçülür. I tip diabet xəstəsində insulin hormonu ya tamamilə olmayacaq, 0 göstərəcək, ya da az səviyyədə olacaq. Bu tipdə müalicə yalnız bir metoddur: insulin inyeksiyasının təyini.
Bu tip diabetin xəstədə biruzə verən əlamətləri bunlardır:
Susuzluq, istilik hissi, tez-tez sidik, gec sağalan yaralar, dəridə qaşınma, göbələk, ovuc və dabanlarda hissiyyatın itməsi. Qlükoza toxuma və hüceyrələrə yetmədiyindən, toxumalar enerji azlığı hiss edir, diqqət yayınır, insan yorulur. Yemək və hətta yaxşı qida qəbulu da effekt vermir, ona görə belə uşaqlar sürətlə arıqlayır, zəif görünür, iştahı olmur.
II tip şəkərli diabet: ən çox yayılmış və hər yaşda insanı yaxalaya bilən növdür. Burda insulindən asılılıq olmur. Xəstəlik diabetönü, başlanğıc və gizli şəkər dövrü ilə başlayır. Hüceyrələrdə insulin azalır, qanda qlükoza yavaş-yavaş artır. Lakin müayinə zamanı mədəaltı vəzin hələ ki, normal çalışdığı və insulin hormonunu lazımi qədər istehsal etdiyi görünə bilir. Xəstəlik irəlilədikcə hətta insulin sintezi artır, çünki orqanizm hüceyrələrdə qlükoza yetməzliyinə belə reaksiya verir. Elə bilir ki, qlükoza azdır, insulin azdır, ona görə insulini artırır. İnsulinorezistentlik 10-15 il çəkə bilər. daha çox 40-50 yaşdan sonra diaqnoz qoyulur. Amma həkimlər və pasiyentlərin də etirafına görə, əslində diabetə gedən yol 30 yaşdan başlayıb.

II tip diabetin də başlıca səbəbi kimi irsi amil, genetika göstərilir. Amma bu tipin yaranmasında xəstənin qidası, həyatı, xarakteri də mühüm rol oynayır. Kök insanlarda, şirniyyat və un məmulatları çox yeyənlərdə, az hərəkət edənlərdə, stress və qorxudan II tip diabet yarana bilər.

II tip diabetli xəstələrdə qanda təkcə şəkərin yox, insulinin də dozası çox olur. Çox zaman bu növ diabet piylənmə və kökəlməyə səbəb olur. Ona görə belə xəstələrin qarışısında duran vacib məsələ idman, hərəkət və qidadır.

Daha bir diabet növü hamiləliyin son aylarında qadında görünür. Qestasion diabet adlanan bu növ hamilə qadınların 3-4 %-də meydana çıxır, doğuşdan sonra öz-özünə itir.

Dünya Səhiyyə Təşkilatı hazırda diabetin 5 formasını qeyd edir: I tip, II tip, pankreatik diabet, ikincili diabet, qestasion diabet.
Xəstəliyin müasir klassifikasiyası belədir:
I-Autimoimmun xəstəlik- insulin istehsalı dayanır.
II-İnsulindefisit diabeti- uşaq və yeniyetmə dövründə başlayır.
III-Insulin rezisdentlik - artıq çəkili, piyli insanlarda maddələr mübadiləsinin pozulması
IV-Insulin rezisdentlik artıq çəkili, lakin normal metobolizmli insanlarda yaranıb.
V-Insulin rezisdentlik-daha yaşlı insanlarda sonradan yaranır.
Hər tip və qrupa görə endokrinoloq tərəfindən dəqiq diaqnoz qoyduqdan sonra, uyğun müalicə və qidalanma sxemi təyin olunur.
Qanda şəkər səviyyəsi narahatlıqlardan asılı olamayaq ildə 2 dəfə klinikada yoxlanmalı, həmçinin insanın son 3-5 ayda qanda şəkər səviyyəsini n nə qədər olması araşdırılmalı, "gizli şəkər" analizi təyin olunmalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1564   Tarix: 03 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021