Qrizmann "Qarabağ"dan danışdı

Qrizmann "Qarabağ"dan danışdı"Çempionlar Liqası mənim və klubum üçün böyük hədəfdir. Həqiqətən də bu kuboku qazanmaq istəyirəm".

Bunu İspaniyanın "Atletiko" komandasının hücumçusu Antuan Qrizmann spox.com saytına müsahibəsində deyib. 27 yaşlı forvard başa çatan mövsümdə qitənin ən nüfuzlu klub turnirindəki uğursuzluğu qrup mərhələsində "Qarabağ"la hər iki görüşdə heç-heçə etmələri ilə əlaqələndirib: "Biz "Çelsi"və "Roma" kimi böyük komandalara qarşı pis oynadığımız üçün deyil, "Qarabağ"la hər iki matçda xal itirdiyimiz üçün Çempionlar Liqası ilə vidalaşdıq. Belə hallara yol verməməliyik".

Qrizmann "Atletiko" ilə Avropa Liqasını qazanmasını özü üçün vacib hadisə adlandırıb. O, Fransa yığmasının heyətində 2016-cı il Avropa çempionatının və Çempionlar Liqasının finalında uduzduqlarını xatırladaraq, nəhayət, titul əldə etdiyini vurğulayıb.

Qeyd edək ki, "Atletiko" ilə "Qarabağ" arasında Bakıda və Madriddə keçirilən görüşlərdə müvafiq olaraq, 0:0 və 1:1 hesablı heç-heçə qeydə alınıb. Qrup 3-cüsü kimi mübarizəni Avropa Liqasında davam etdirən Madrid təmsilçisi yarışın qalibi olub.

Report


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1193   Tarix: 05 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21 aprel
.

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi yer məlum olub. report-a istinadən xəbər verir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək

15 aprel
.

"Milan"ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək. Bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib. O qeyd edib ki, yaxın həftələrdə "Milan" rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq. İtaliy

20 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi oldu

İtaliya A Seriyasında çıxış edən "Udineze" klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib. O, son olaraq İtaliyanın digər təmsilçisi "Benevento"n

23 aprel
.

Azərbaycanda klubun baş məşqçisi cəzalandırıldı

"Ağdaş" klubunun baş məşqçisi Ruslan Hüseynov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, buna mütəxəssisin II Liqada XXII turun "Kür-Araz"a qarşı səfər oyununun 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəq

26 aprel
.

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər: Namizədliyi irəli sürüldü

"Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb". "Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransınd

21 aprel
.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

Əfsanəvi futbolçu karyerasını bərpa etdi

Əfsanəvi braziliyalı hücumçu Romario 58 yaşında karyerasını davam etdirmək qərarına gəlib. bildirir ki, bu barədə "Globo" məlumat yayıb. Braziliya millisinin keçmiş hücumçusu ölkənin dördüncü divizionu olan D Seriyasında çıxış edən Rio-de-Janeyronun "Amerika" klubu ilə müqavilə imzalayıb

18 aprel