Məşhur bəstəkarın xanımından 20 illik sirr: "Onu üzə çıxarıb hamını şok edəcəm" - FOTO

Məşhur bəstəkarın xanımından 20 illik sirr: "Onu üzə çıxarıb hamını şok edəcəm" - FOTOMərhum bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin indiyə qədər işıqüzü görməyən mahnıları üzə çıxacaq. Sevənləri ilk dəfə olaraq Tahir Əkbərin həm də ifasını eşidəcəklər.

Həyat yoldaşı Aybəniz Əkbər Yenicag.az-a müsahibəsində belə deyib. O, bəstəkarın hələ oxunmamış musiqilərinin aqibətindən danışıb, eyni zamanda onun mahnılarını oxuyan müğənnilərdən giley-güzar edib.

– Tahir Əkbərin yəqin ki, hələ ifa olunmamış musiqiləri var. Onların aqibəti necə olacaq?

– Tahirin 4 əsəri var ki, hələ indiyə qədər onları eşidən olmayıb. Bir mahnısını yaxın zamanlarda məşhur xanım sənətçinin ifasında eşidəcəksiniz. O mahnının 20 yaşı var. Ümumiyyətlə, Tahir mahnılarını arxivdə saxlayan bəstəkar deyildi. Onun musiqiləri yazılan kimi hitə çevrilib. Ancaq bu mahnı 20 ildir ki, ifaçısını gözləyirdi. Tahir rəhmətə gedəndən sonra, təsadüfən televizorda bir sənətçinin ifasını eşitdim. O mahnını həmin xanıma verəcəm. Tahir Əkbərin nəqarətdə öz səsini də eşidəcəksiniz. Bu möhtəşəm bir layihə olacaq. 20 ildən sonra onu üzə çıxarıb, hamını şok edəcəm.

– Eşitdiyimə görə, Tahir Əkbərin musiqilərini ifa edən müğənnilərin bəzilərindən gileylisiniz…

– Gileyli deyəndə ki, mən heç kimdən incimirəm. Tahir rəhmətə gedəndən sonra bir çox məşhurlar mənə zəng etdi ki, sizə gəlmək istəyirik. Mən etiraz etdim. Dedim ki, Tahirin sağlığında onun yanına gəlməyən insanlar indi mənim yanıma niyə gəlməlidir ki? İndi Tahir yoxdur, onlar mənim nəyimə gərəkdirlər? İnsana sağlığında dəyər vermək lazımdır. Tahir Əkbərin musiqiləri ilə məşhur olan müğənnilər var, bunu dana bilməzlər. İlk dəfə Elton Hüseynəliyev "Azər-star" yarışmasına Tahirin "Bir yaz axşamı" mahnısı ilə çıxdı. Onda Elton heç məşhur deyildi. Tahir ona çox böyük dəstək oldu. Mahnı hədiyyə etdi. O mahnı "yatıb qalıb", Elton onu daha oxumur. Çox müğənnilər var. Aşıq Samirə, Könül Kərimova, Rahidə Baxışova, Aşıq Ulduzun qızı Sədaqət Tahirin mahnılarını oxuyub, indi həmin mahnılar arxivdə yatır. Fikrim var ki, həmin mahnıları türk sənətçilərinə təqdim edim. Çünki Türkiyədə Tahirin mahnılarına çox böyük tələbat var. Onun bir neçə mahnısını oğurlayıb oxuyurlar. Rəhmətə getməmişdən qabaq "Əzizim" mahnısının müəlliflik hüququnu bərpa etmək üçün mübarizə aparırdı. Mən bu mübarizəni davam etdirirəm.

– Vaxtilə həmin mahnıları bəstəkar onlara pulla satıbsa, bu müğənnilərin razılığını alacaqsınızmı?

– Tahir həmişə cavan sənətçilərə dəstək olub, çoxuna pulsuz verib mahnılarını. Onda Elton gənc idi, pulu yox idi. Elə Könül Kərimovanın da. Digər tərəfdən Tahir mahnılarını verirdi, musiqilərin müəlliflik hüququnu satmırdı. Azərbaycanda bir mahnını hansısa müğənni oxuyursa, sonradan bir neçə müğənni tərəfindən ifa olunur. Müğənni Əlikram Bayramov səhnəyə Tahirin "Xəzəllərin rəqsi" mahnısı ilə çıxıb. İlk dəfə Tahirin yanına mahnı almağa gələndə cavan oğlan idi. Sonradan başqa musiqilər oxumağa başladı. İndi o mahnıların hamısını üzə çıxaracağam. Tahir sıradan bir bəstəkar deyil ki, mahnıları arxivlərdə yatıb qalsın.
Məşhur bəstəkarın xanımından 20 illik sirr: "Onu üzə çıxarıb hamını şok edəcəm" - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1959   Tarix: 08 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

Səfir Xalq rəssamının qalereya və emalatxanasını ziyarət edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xalq rəssamı Sakit Məmmədovun qalereya və emalatxanasını ziyarət edib. Bunu diplomat "X" hesabında yazıb. Səfir görüş çərçivəsində apardıqları müzakirələrə də diqqət çəkib:. "Qarabağnamə, dörd fəsil, Tomris və başqaları. Onun möhtəşəm əsərlər

6 yanvar
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar
.

Xalq artistinə Rusiyadan film təklifi - Baş rolda oynayacaq

Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə çəkilmək üçün dəvət alıb. -a istinadən xəbər verir ki, aktrisa bu filmdə baş rollardan birində, mistik gücləri olan qaraçı qadın rolunu oynayacaq. Rusiyalı rejissorlar Naibə Allahverdiyevanı aktyor agentliyinin vasitəsilə taparaq, dəvət ediblər

10 yanvar
.

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub. Bu barədə 64 yaşlı York hersoginyasının nümayəndəsi bildirib. "Yayda döş xərçənginin erkən forması diaqnozu qoyulduqdan sonra York hersoginyası Saraya indi bədxassəli melanoma diaqnozu qoyulub"

22 yanvar
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bi

29 yanvar