İnsan ölməyəcək, zaman donacaq, xəstəlik olmayacaq - YAXIN İLLƏRDƏ BİZİ NƏLƏR GÖZLƏYİR?

İnsan ölməyəcək, zaman donacaq, xəstəlik olmayacaq - YAXIN İLLƏRDƏ BİZİ NƏLƏR GÖZLƏYİR?Mitio Kaku dünyanın ən məşhur futuroloqlarındandır. O, "Gələcəyin fizikası", "Şüurun gələcəyi", "Mümkünsüzün fizikası" kimi elmi kitabların müəllifidir. Bu günlərdə tanınmış alim insanı gələcəyə doğru dəyişdirməyin yolları barədə mühazirəsi ilə Peterburq Universitetində böyük auditoriya qarşısında çıxış edib.

Həmin mühazirənin ən maraqlı məqamlarını təqdim edirik:

Dünyanın ən məşhur 300 alimindən fərqli televiziya kanalları üçün müsahibəlar aldım. Bura BBC, "Discovery" və digər kanallar aiddir. Birlikdə 20, 50, 100 ildən sonra texnologiyada və elmdə baş verəcək dəyişiklikləri müzakirə etdik. Bu gün sizə bu haqda danışacam. Çağdaş dövrün ən önəmli texnoloji uğuru süni intellektdir. Bundan əlavə, gələcəyimiz nanotexnologiyanın və biotexnologiyanın əlindədir.

Süni intellekt, robotlar və onların tətbiqi

Artıq bu gün cərrahlar əməliyyat əsnasında ağıllı eynəklərdə internentdən istifadə edə, onlara rentgen filmləri yükləyə, MRT və pasientin xəstəlik tarixçəsi təsvirlərinə baxa bilər. Tezliklə onlar internetlə belə deyək, ünsiyyətdə olacaqlar. Buna nümunə olaraq "Robodoc" proqramını misal çəkə bilərik. Bu proqram internet vasitəsilə bütün gərəkli araşdırmanı aparıb, dəqiq təchiz qoya biləcək. Beləliklə nəinki həkimlərin, eləcə də xəstələrin işi yüngülləşəcək. Məsələn, bu gün müayinə, müalicələrə getmək, həkim qəbulunda növbə gözləmək kifayət qədər zamanınızı ala bilər. Amma gələcəyin texnologiyasının köməyi ilə sadəcə ağıllı eynək, yaxud saatı taxıb, sağlamlığınızın son durumu haqda tam pulsuz məlumat əldə edəcəksiniz.

Özü də bu inqilab təkcə tibb sahəsində deyil, hüquqi sahədə də baş verəcək. Tutaq ki, Avropanın böyük bir şəhərinə səfər edirsiniz. Gözlənilməz hadisə baş verir və sizin hüquqi yardıma ehtiyacınız yaranır. Dilini bilmədiyiniz, yerli qayda-qanuna bələd olmadığınız bu şəhərdə qol saatınıza dərdinizi deyərək, gərəkli hüquqi yardımı elə yerindəcə əldə edəcəksiniz. Həmin sayt "Qlobal hüquqşünas" adlanacaq, dünyanın bütün qanunvericilik sənədlərinə, gərəkli məlumat resurslarına birbaşa çıxışı olacaq. Qol saatına probleminizi söyləyən kimi danışdığınız dildə də avtomatik cavab alırsınız. Bu kompüter yardımı universitetdə tədrisdən tutmuş, bina tikintisinədək istənilən sahəni əhatə edəcək.

Hazırda biz masaüstü kömpüterlərdən, smartfonlardan, planşet və notbuklardan istifadə edirik. Sual meydana çıxır? Bu qədər cihaz nəyimizə lazımdır? Axı bunlar hamısı eyni funksiyanı yerinə yetirir, sadəcə ölçüləri müxtəlifdir. Gələcək çiplərin dövrüdür. Onların köməyilə smartfonlarınızı qatlaya və aça biləcəksiniz. Bir növ kağız kimi bir material olacaq. Kağızdan söz düşmüşkən, divar kağızları da süni intellektə sahib olacaq. Əgər bu gün həmin kağızların çirklənməsindən narahat olursunuzsa, yaxın gələcəkdə onunla danışa biləcəksiniz. Məsələn, səhər sübhdən ürəyiniz ağrımağa başlayır. Yanınızda da heç kim yoxdur. Vaxt itirmədən divara yaxınlaşıb, sizi Robodocla əlaqələndirməsi əmrini verirsiniz.

2020-ci ildən etibarənsə pilotsuz idarə olunan təyyarələrlə səmaya qalxacağıq. Heç avtomobil idarə etmək üçün də narahatlıq keçirməyəcəyik. Sadəcə maşına əmrlər verərək, onu hərəkətə gətirəcək, yetmək istədiyimiz mənzil başına gedəcəyik. Böyük ehtimalla çoxları artıq maşın almayacaqlar. Çünki maşınlar da robota çevriləcək. Onları istənilən nöqtədən kirayələyib, sonra geri qaytaracağıq. Avtomobillərimizin süni intellekti sayəsində gündəlik planlar qura, onunla söhbətləşə biləcəyik. Və hətta bir gün avtomobillər bizi səmada uçurda biləcəklər.

Robotlar əmək bazarına necə təsir edəcəklər?

Təbii ki, bütün bu dəyişikliklər əmək bazarına da təsir göstərəcək. Bir sıra peşələr yox olacaq. Robotlar mütəxəssisləri əvəzləyəcəklər. Həmçinin mühasiblər və bu kimi sahələrdə çalışan digər insanlar özlərinə başqa iş axtarmalı olacaqlar. Bundan əlavə, hüquqşünasların bir sıra sənəd işlərini qaydaya salan köməkçilərinə də gərək qalmayacaq. Çünki bu işlər də robotlara həvalə olunacaq. Lakin hüquqşünasın özünü heç bir robot əvəzləyə bilməz. Çünki insanın insanla ünsiyyətini ondan daha yaxşı yerinə yetirən cihaz hələ düşünülməyib. Ümumiyyətlə, robotlar ünsiyyət, münasibətlərdə güvən yaratmaq bacarığından məhrumdular. Yoxsa süni intellekt məsələsindən bəhs etməzdik. Onlar həmçinin şablon modelləri digərlərindən ayırd edə bilmirlər. Məsələn, robot masanın qarşısında durub, onun kvadrat, yaxud üçbucaq şəklində olduğunu görəcək, amma masa olduğunu ümumiyyətlə, əşyanın əhəmiyyətini anlamayacaq. Robot sağlam düşüncədən də məhrumdur. Məsələn, biz suyun quru yox, yaş olduğunu bilirik, o isə bilmir. Yaxud ananızın sizdən yaşca böyük olduğunu 5 yaşlı uşaq da bilir, robot bu bilgidən məhrumdur. Odur ki, hətta masanın nə olduğunu robota izah etmək üçün xüsusi proqram gərəkdir.

Çoxları düşünür ki. süni intellekt dövrü gələndə öncə işini zibilyığanlar itirəcək. Əslində isə belə deyil. Çünki robotlar zibili adi əşyalardan ayıracaq şüura malik deyillər. Odur ki, bu peşənin insanları öz əməklərini çox da asan hesab etməsinlər. Bir sözlə, robot nəyin pis, nəyin yaxşı olduğunu anlamır.

Robotlar polisləri də əvəz edə bilməyəcəklər. Çünki hər bir cinayət öz-özlüyündə unikaldır. Həmçinin santexniklər də peşələrini itirməkdən qorxmasınlar. Çünki heç bir robot gəlib sizin tutulmuş unitazınızı təmir etməyəcək. Niyə??? Çünki bütün unitazlar fərqlidir.

Belə çıxır ki, gələcəkdə insanlar iki sahədə işləyəcəklər. Robotların fiziki gücü yetməyən və intellektual kapitalı kifayət etməyən. Bəs intellektual kapital nədir? Buraya məntiq, liderlik bacarığı, kreativlik aiddir. Bir dəfə Toni Bler maraqlı fikir işlətdi. O dedi ki, bu gün İngiltərənin rok-n-rolldan qazandığı gəlir, kömür hasilatıdan artıqdır. Düşünün, kömür elə bir məhsuldur ki, onun qiyməti artıb, azala bilər. Ancaq istənilən musiqi janrı insanın intellektual kapitalıdır.

Virtual real həyat

Tezliklə nəinki adi həyatımızı, eləcə də virtual real həyatımızı yaşaya biləcəyik. Həmsöhbətiniz haqda bütün informasiyanı əldə edəcəksiniz. Məsələn, tutaq ki, Romadasınız. Xüsusi eynəyinizi taxıb, Romanın qədim tarixinə nəzər salacaqsınız. Bütün məlumatlar gözünüzün önündə canlanacaq. Hətta daha rahat olsun deyə, çip göz linzasına yüklənəcək. İnternetdən istifadə üçün cəmi bir dəfə gözünüzü qırpıb, fikriniz vasitəsilə əmr verməyiniz kifayət edəcək.

Bilirsiniz, bu linzaların ilk alıcıları kimlər olacaq? İmtahana hazırlaşan tələbələr. Təsəvvür edin, cəmi bir göz qırpımı ilə sualın cavabı gözünüzün önündə canlanır. Bu isə o deməkdir ki, tədris sistemində də köklü dəyişiklik lazım olacaq. Çünki müəllim tələbəyə bir məlumatı yadda saxlamağı tapşırmayacaq. Kimyəvi elementlərin cədvəlini əzbərləmək üçün heç kim baş sındırmayacaq. Bir xəfif göz qırpımı və siyahı gözünüzün önündədir. Sonsuz informasiya selinə istənilən an, istənilən yerdə çıxış olacaq. Dilini bilmədiyiniz əcnəbi ilə də rahat danışa biləcəksiniz. Linzanın köməyi ilə həmsöhbətinizin yanında onun söhbətini yazılı şəkildə oxuya biləcəksiniz.

Çox vaxt aldığımız məhsulun qiyməti və keyfiyyəti barədə yanlış məlumatlandırıldığımızı və aldadıldığımızı düşünürük. Və budur, ideal kapitalizmə tam yaxınıq. Gözümüzdəki möcüzə linzalarla mağazada yaxınlaşdığımız hər bir məhsulun maya dəyəri göz önünə gələcək. Maraqlısı budur ki, məhsul aldığımız şirkətlər də bizim haqqımızda bütün məlumata sahib olacaqlar.

İnsanların rəqəmsallaşması, tibbdə uzunömürlülük

Gəlin, baxaq, görək sivilizasiya tibbə necə təsir edə bilər. Bu gün dərman kapsullarının içinə çip, maqnit, hətta kamera qoya bilərik. Siz kapsulu udanda kamera və maqnitin köməyilə mədənizdən və digər daxili orqanlardan keçərək xəstəliyi də həmin anda müəyyən edəcək. Həmçinin kompüter sistemi bədənimizə yeridilərək qan analizi də götürüb, nəticəsini qeyd edəcək. Bəzən insan orqanizmdə 10, yaxud 20 il müddətində xərçəng hüceyrələri inkişaf edə bilər. Xərçəng şişinin yaranması üçün 10 min xərçəng hüceyrəsi toplanmalıdır. Bu sistemin köməyi ilə milyardlarla hüceyrənin içərisindən cəmi bir xərçəng hüceyrəsini ayırd edə biləcəksiniz. Hətta bir neçə ilə ağıllı unitazlarlar sidik ifrazatınızdakı milyardlarla hüceyrənin içərisindən xərçəngli hüceyrəni aşkarlayıb, təhlükədən xəbər verəcək. Bu sistem sayəsində bədxassəli şiş adlı bəla da dilimizə yadırğayacaq.

Bu yaxınlarda isə insan qulağının hüceyrələrindən yeni qulaq yetişdirilib. Bu çox vacib məqamdır. Çünki orqanizm öz hüceyrələrindən yaranan orqanı rədd etməyəcək. Tezliklə dərimizi, ximirçəklərimizi, burnumuzu, qulağımızı, sidik kisəmizi belə dəyişə biləcəyik. Bir neçə il əvvəl qocalmaq prosesi bizə aydın deyildi. Bu gün artıq bilirik ki, qocalma genetik səhvlərin nəticəsidir. Texnologiya vasitəsilə genetik yanlışları düzəldib, əbədi həyat qazanacağıq. Belə ki, dəri hüceyrələrində bioloji saat var. O saatın fəaliyyətini dondursaq, qocalığın qarşısını alıb, əbədi həyat qazanarıq. Bədənimizdəki telomeraza fermenti həmin saatı dondurur. Lakin məsələ bundandır ki, bu ferment xərçəngli hüceyrələrdə də sonsuz həyat qazanır. Bu problem həll olunsaydı, bəlkə də alimlər əbədi yaşam haqqını elə sabah bizə qazandırardı. Məsələ bundadır ki, xərçəng hüceyrələri anbaan böyüyüb, artır. Bir yanlış addım və adi hüceyrələrimiz xərçəngli hüceyrəyə çevrilə bilər. Odur ki, məsələni kökündən araşdırıb, dəqiq nəticə əldə etmək lazımdır.

Texnologiyanın tərəqqisi nəticəsində daha gözəl sənət əsərləri yarada bilərik. Düşüncələrimizi təsvirə çevirib, 3D printer vasitəsilə qeyri-adi incəsənət nümunələrini çap etməyə qadir olarıq. Həmçinin xatirələrimizi də lentə yazacağıq. İstənilən vaxt həmin yaddaşı yenidən yükləyib, dinləyəcəyik. Bu üsulla istənilən elmi, dili də mənimsəyəcəyik. Artıq kurslara getməyə gərək qalmayacaq. Bir sözlə, lap yaxınlarda bəşəriyyəti işıq sürəti ilə kəşf etmək imkanı qazanacağıq.

Bəs bu sual sizi heç maraqlandırıbmı?

Robotlar nə dərəcədə təhlükəlidirlər? Gəlin robotları heyvanlarla müqayisə edək. Dünyanın ən ağıllı robotu hazırda Asimo sayılır. Asimo Yaponiyada yaradılıb. Kaku deyir ki, mən bu robotla çox çalışmışam. O pilləkənlə qalxa, rəqs edə, danışa, hətta əl sıxa bilir. Onun yaradıcıları ilə müsahibə zamanı nə dərəcədə ağıllı olduğunu soruşdum. Onlar dedilər ki, Asimonun intellekti tarakanın şüuruna bərabərdir. Bir neçə ildən sonra robotların intellekti növbə ilə siçan, pişik, it, hətta meymun şüuruna yaxınlaşdırılacaq. Məhz sonuncu mərhələdə robotlar çox təhlükəli olacaqlar. Çünki meymunlar bizim başqa canlı olduğumuzun fərqindədirlər. İtlərsə onlar kimi it olduğumuzu düşünürlər. Məhz buna görə də əmrlərimizə tabe olurlar. Meymunlar bizimlə fərqli maraqlara qulluq etdiklərinin fərqindədirlər. Odur ki, robotları meymun şüurunadək aliləşdirəndə beyinlərinə çip yerləşdirmək mütləq olacaq ki, insanlara zərər yetirmək istəsələr, avtomatik fəaliyyətləri dayansın. Robotlar həmin çipin fərqinə varsalar, nə baş verəcək? Bu problem bizim yüzilliyimizdən çox-çox sonralar baş qaldıracaq. Onun qarşısını almaq üçün robotlarla bütövləşməliyik. Bunun üçünsə yalnız özümüzə tam bənzəyən avatarlar yaradıb, onları idarə edə bilərik. (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1160   Tarix: 10 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə

11 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021