Ürək yarasına DƏRMAN TAPILDI - Sevgi asılılığından qurtulmaq üçün...

Ürək yarasına DƏRMAN TAPILDI - Sevgi asılılığından qurtulmaq üçün...Heç cürə yemək yeyə bilmirsiniz, yata bilmirsiniz və tək düşünə bildiyiniz şey bir az sonra qəbul edəcəyiniz dozadır? Şiddətli sevgi asılılığınız ola bilərmi?

Qüvvətli sevgi hisləri çox zaman özü ilə birgə coşğu, arzulamaq, bağlılıq, vaz keçmək və təkrarlamaq kimi prosesləri gətirir. Elm adamları tərəfindən əldə edilən beyin görüntüləri bu durumun beynin mərkəzində yaşanan narkotik bağlılığı vərdişi ilə bənzərliyi ola biləcəyini ortaya qoyub.

Ancaq sevginin insanlarda bağlılıq duyğusu oyatması ilə bağlı bəzi mübahisələr mövcuddur. Oksford Universiteti Nevrotik Mərkəzindən Brayn Örp deyir ki, insanlar gerçək bağlılıq teoriyası üzərində razılığa gələ bilmədikləri üçün işlər qarışıq hal alır. Xüsusilə, "eşq" termininin mənası mövzusunda fikir ayrılığı yaşanır.

Yenə eyni universitetdən Andres Sandberq isə bildirir ki, insan aşiq olmaq istəmədiyinin fərqinə vardığında artıq vaz keçməyəcəyi bir nöqtədə olur və bu da eynilə digər bağlılıqlarda sərhədi aşarkən yaşanılan hislər kimi pis hadisələrə səbəb olur.

Örp və komandası 1956-2016-cı illər arasında yayımlanan eşq və bağlılıq mövzusunda 64 araşdrımanı incələyərək sevgi bağlılığının iki fərqli çeşidi olduğuna dair faktlara rast gəliblər.

Mükafat mexanizmi

Araşdırmaçılar bir münasibətin içində olmadığında özünü narahat hiss edib dərhal keçmiş sevgilisinin yerini başqası ilə doldurmağa çalışan insanların komandanın adlandırdığı forma ilə desək, sevgi bağlılığının "dar" biçiminə sahib ola biləcəyini söyləyir.

Bu tip insanlar sevdikləri insanla yaxın olma arzusuna qarşı durmaq üçün mübarizə apararlar. Bütün zamanlarını onlarla keçirmək istəyərlər və obsessiv (aludəçilik) düşüncə və davranışlar sərgiləyərlər. Bəzi durumlarda bu vəziyyət insanı təqib edərək təcavüz və cinayətə yol aça bilir.

Bu növ asılılıqlar idarəetmədə pozuqluğu və sosial münasibətlərdə yaşanacaq sıxıntıları özü ilə birgə gətirir. Digər asılılıq növlərində olduğu kimi, bu davranış da beyində yaşanan və mükafat siqnallarını artıran qeyri-adi proseslər tərəfindən qığılcımlanar.

Professor Örp bildirir ki, narkotikdən istifadə beyindəki mükafat mexanizmini kəskin şəkildə işlədən dopamin hormonunun ifrazına yol açır. Bu da insanın digər məşğuliyyətləri germəkləşdirməsinə əngəl olur və təkrar-təkrar narkotik qəbul etməsini tələb edir. Bu sahədəki işlərinə dair apardıqları araşdırmlarada elm adamları bəzi sevgi münasibətlərinin mükafat mexanizmində bənzər bir təsir göstərdiyini və beləliklə, insanın eyni təcrübəni təkrar yaşamaq istəyində olduğunu aşkar ediblər.

Bundan başqa, komanda "geniş" adlandırdıqları fərqli bir sevgi asılılığı növünə dair faktlar da əldə ediblər. Bu asılılıq normal sevgi təcrübəsi ilə eyni sahəni bölüşən, ancaq daha qüvvətli (nəzarət olunacaq qədər) arzuları özü ilə birgə gətirən bir hiss kimi dəyərləndirilib.

Coşğu və depressiya

Bu kateqoriya narkotik asılılığını xatırladan, münasibətdəki kəskin coşğu və münasibətin anidən bitməsindən sonra hiss edilən ümidsizlik, üzüntü və depressiya kimi halların müşahidə edilməsini ehtiva edir. Bəzi araşdırmaçılar bu təcrübələrin uzun müddət insan üçün mənfi nəticələr doğurmadığını düşündüyü üçün bu durumu asılılıq adlandırmırlar.

Bununla birlikdə, Örpün komandası sevgi asılılığının hər iki çeşidinin də insanların həyatında zərərli təsirlərə yol aça biləcəyinə dair faktları ortaya qoyub. Sevgidən asılı olmaq, insanın özünə pis təsirləri olan bu münasibətdə batıb qalmasına, ya da hər hansı bir lideri kor-koranə izlənməsinə belə səbəb ola bilir.

Nyu Yorkda yerləşən Eynşteyn Tibb Fakültəsində işləyən nevroloq Lusi Braun sevgini bir bağlılıq kimi təqdim edənlərdən biridir. O və dostları romantik sevginin cütlüklər arasındakı bağları gücləndirən bir "həyatda qalmaq mexanizmi" olaraq milyonlarla il öncə təkamüldən keçən təbii bir asılılıq kimi qəbul edirlər.

Ancaq Braun sevgi asılılığını iki növə ayıraraq sinifləndirmək fikrinə doğru baxmır. Örpün araşdırmasının qəribə bir məqalə olduğunu düşünür.

Ürək yarasının dərmanı

Sevgi bəzən ağrı verir və arxasında dərin bir ürık ağrısı buraxır. Təbii ki, burada fiziki bir yaradan söhbət getmir. Lakin bu növ psixoloji yaralar da insan həyatına öz təsirini göstərir. Çox insanın qırılan qəlbi zamanla düzələ bilir, yarası sağalır. Ancaq bəzi durumlarda, Braunun bildirdiyi kimi, müalicə, hətta depressiyaya qarşı dərman vasitələri də lazım olur.

Hətta gələcəkdə sevgi asılılığından əziyyət çəkən insanlar üçün bir dərman vasitəsi də düzəldilə bilər. Teorik olaraq, dərmanların birinə qarşı hiss edilən asılılıq hissini aradan qaldırmaq potensialı vardır.

2013-cü ildə çöl siçanlarının hormonları manipulyasiya edilərək bir araşdırm aparılıb. Normalda bir əks cinslə münasibətdə olan və cütlər arasındakı bağları qüvvətli olan bu heyvanlara "vazopressin" adlı hormonları verilib. Komanda çöl siçanlarının bu hormına aid reseptorları bloka aldığında erkəklərin cütlərinə qarşı sədaqətinin azaldığını və digər dişilərlə daha çox zaman keçirməyə çalışdığını aşkar edib.

Bununla yanaşı, insan beynində daha öncə yaxın olduğumuz insanlarla aramızdakı bağlılığı azaltmağa yardımçı olan anti-sevgi şəbəkəsi olduğuna dair faktlar artıq məlumdur. Beynin bu hissələri ilə bağlantı qurmaq birini unutmaq mövzusunda yardımçı ola bilər. Lakin hazırda bunun necə edilməsinə dair hər hansı üsul yoxdur. (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1231   Tarix: 10 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021