Məşhur professor arıqlamağın YOLLARINI GÖSTƏRDİ - İnanmayacağınız TÖVSİYƏ

Məşhur professor arıqlamağın YOLLARINI GÖSTƏRDİ - İnanmayacağınız TÖVSİYƏTürkiyəli professor və kardioloq Canan Karatay arıqlamaq istəyənlərə D vitamini qəbul etməyi məsləhət görüb.

Məşhur ürək həkimi arıqlamaqla bağlı tövsiyələr verib. C.Karatayın sözlərinə görə, ideal formada qalmaq üçün yemək saatlarını qaçırmamalıyıq:

"Yemək saatlarına diqqət edin. Bu, arıqlamaq istəyənlər üçün vacib məsələdir. Çünki yağ yandırıcı hormon kimi tanınan leptin yemək saatlarında aktivləşir. Dolayısı ilə qidalanma rejimini həmin saatlara əsasən müəyyən edin ki, kalorinin yandırılma prosesi sürətlənsin. Məlum olduğu kimi, insan bədəni yuxu zamanı da kalori yandırır. Odur ki, gecə vaxtı leptinin fəal olması ilə yuxuda da çəki ata bilərsiniz. Lakin leptinin gecə fəal olması üçün axşam saat səkkizdən sonra heç bir şey yeməyin".

Professor bildirib ki, piylərin yandırılmasında D vitamininin əhəmiyyəti böyükdür:

"D vitamini çatışmazlığı varsa, piylərin yandırılma prosesi çətiləşir. Bunun üçün yaz aylarında tez-tez günəş vannası qəbul edin, qışda isə D vitamini ehtiyacını həblərlə ödəyin. D vitamini ehtiva edən yeməklər bunlardır: balıq, süd, kərə yağı, yulaf əzməsi, yumurta və s."

Canan Karatay hesab edir ki, aspartam kimi tanınan E-951 kodlu qatqı maddəsinin zəhərdən bir fərqi yoxdur:

"Bədənə girdiyi anda spirtə çevrilən bu qatqı maddəsi yağsız və pəhriz məhsullarında tez-tez istifadə olunur. Yağsız məhsulların tərkibinə qatlan və xərçəng hüceyrələrini qidalandıran bu maddələrdən uzaq durun.

Qablaşdırılmış və konserviləşdirilmiş ərzaqlar sonsuzluqdan xərçəngə qədər bir çox ciddi sağlamlıq probleminə yol aça bilir. Sağlam ömür sürmək üçün qablaşdırılmış ərzaqlardan imtina edin". (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1334   Tarix: 10 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021