Sümüyünüz ağrıyırsa, saçınız tökülürsə, deməli... - Direktor inanılmaz MƏQAMLARI AÇDI

Sümüyünüz ağrıyırsa, saçınız tökülürsə, deməli... - Direktor inanılmaz MƏQAMLARI AÇDI2015-ci il iyun ayının 1-dən rəsmi nikaha girən hər bir kəs icbari tibbi müayinədən keçir. Hələ ki, bu müayinələr zamanı cütlüklərin talassemiya daşıyıcısı olub-olmaması, QİÇS və sifilis xəstəlikləri yoxlanılır. Müayinənin icbari olmasının məqsədi sağlam uşaqların doğulması, xəstəliklərin yayılmasının qarşısını almaqdır. Bəs bu 3 il ərzində buna nə qədə nail olunub?

Mövzu ilə bağlı sualları Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva cavablandırıb. İnstitut direktoru qan xəstəlikləri barədə ölkədəki durumu açıqlayıb.

- Xəstəliyə qarşı müalicə üsulları necədir? Tam sağalma mümkündürmü?

- Onkohemotoloji xəstələr-leykozlar ölkəmizdə müalicə alır. Bununla bağlı qəbul edilən dövlət proqramları xəstələr üçün böyük köməkdir. Səhiyyə Nazirliyi bu istiqamətdə böyük işlər görür. Dövlət proqramı çərçivəsində çox bahalı, bütün dünyada istifadə edilən innovasion dərman preparatları alınır. Artıq kimyəvi terapiya deyil, hədəf terapiyası tətbiq edilir. Yəni orqanizmin digər toxumalarına daha az təsir göstərərək birbaşa həmin şiş hüceyrələrinə yönəlir, onların çoxalmasını dayandırır. Çox bahalı olan bu preparatlar dövlət proqramı ilə alınıb xəstələrə verilir. Bu da xəstələrin yaşama müddətini uzadır, hətta sağalanlar da olur. Uşaqlarda daha çox rast gəlinən leykozlarda 70-80 faiz hallarda sağalma müşahidə edilir. Düzdür, müalicə çətin və çoxmüddətlidir. İki ildən çox xəstə dərman qəbul edir, kimyəvi terapiya aparılır. Ancaq nəticələr də yaxşı olur. Əsas məsələ xəstələrin vaxtında müraciət etməsidir. Bəzən xəstələr başqa klinikalara gedib, oxşar əlamətli xəstəliklər üzrə müalicə alırlar. Bu gün bizdə leykozların tam müasir diaqnostikası, molekulyar genetik, sitokimyəvi, fenotipik müayinəsi aparılır. Ötən il ən müasir immunohistokimyəvi laboratoriya açıldı. Laboratoriyalarımız dünya standartlarına uyğundur.

- Xərçəng xəstəliklərinin yaranma səbəbi dəqiq deyil. Amma xərçəng yarada bilən onlarla səbəb barədə tez-tez oxuyuruq. Bu səbəbləri göz önünə gətirərək 2-3 yaşlı uşağın qan xərçəngi olmasını dərk etmək olmur. Axı uşaq bu yaşa qədər ancaq ana südü ilə qidalanıb, ondan sonra nə qədər çox zərərli qida qəbul etmiş ola bilər ki, onda leykoz yaransın?

- Öncəliklə onu qeyd edim ki, ölkəmizdə leykoz uşaqların sayı çox deyil. Bütün dünyada olduğu kimi, bizdə də qan xərçənginin dəqiq səbəbi bilinmir. Bu xəstəliyin səbəbləri aydın olmadığından müalicəsi də çətin olur. Bununla yanaşı xəstəliyi yaradan səbəblərlə bağlı müxtəlif nəzəriyyələr var. Bəzi nəzəriyyələrdə hamiləlik vaxtı ananın keçirdiyi xəstəliklər, rentgenoloji müayinələr, kimyəvi maddələrin təsiri, radiasiyanın rolu, ekoloji faktorlar kimi məqamlar qeyd edilir. Lakin bunlar ayrı-ayrılıqda təsir göstərmir. Həm xarici əlverişsiz faktorlar, həm də ananın orqanizminin immun sisteminin təsiri nəticəsində mürəkkəb proses baş verir və doğulan uşaqda xərçəng aşkarlanır. Bu vaxta qədər dünyada leykozların etiologiyası tam aydın deyil. Buna görə profilaktika da aparmaq mümkün deyil. Bəzən xəstələr ömür boyu heç bir ciddi xəstəlik keçirmədiyini, qısa müddətdə soyuqdəymə əlamətləri olduğunu, bədənində göyərmələr əmələ gəldiyini, qanazlığı müşahidə edildiyini deyir və müayinə zamanı onda leykoz aşkarlanır. İnsanlar bu əlamətləri müşahidə etdikdə qanın ümumi analizi aparılmalıdır. Həkimlər də bu dəyişiklikləri görəndə xəstəni düzgün yönəltməlidirlər. Qanın ümumi müayinəsində xoşagəlməz dəyişiklik görəndə hematoloqa yönləndirilməlidir ki, xəstəlik vaxtında aşkar edilsin. Xəstəlik nə qədər tez aşkarlansa, digər orqan və toxumalarda çox da böyük dəyişikliklər baş vermir.

- Bir azyaşlı uşağın valideyni nələrə diqqət etməlidir ki, müalicə üçün gecikmiş olmasın?

- Uşaqlarda boğaz ağrısı, sümük ağrısı, zəiflik, solğunluq qısa zamanda aradan götürülmürsə, proses bir-iki həftədən çox davam edirsə, artıq hematoloqa müraciət edilməlidir. Dəridə göyərmələr, burun qanaxmaları, halsızlıq, iştahsızlıq bir çox infeksion və revmatik xəstəliklərin əlaməti ola bilər. Müraciət etdikləri digər sahə həkimlərinin müalicəsi ilə problemlər aradan qalxmırsa, hematoloq müayinəsinə ehtiyac var. Bu, o demək deyil ki, uşaq leykozdur. Ancaq həkim məsləhətinin heç bir ziyanı olmayacaq. Qanın ümumi analizi nəticəsində leykositlərin sayı, hemoqlobin səviyyəsi, trombositlərin sayı azalarsa, eritrositlərin çökmə sürəti artarsa, yaxud da qanın formaları elementlərindəki dəyişikliklər olarsa, bunu görən həkim xəstəni düzgün yönləndirməlidir. Qanın ümumi müayinəsinə baxan morfoloq artıq dəyişikliyi görür. Unutmamalıyıq ki, limfa vəzlərindəki hər düyün leykoz demək deyil.

- Həm böyüklər özlərində, həm də valideynlər uşaqlarda hansı əlamətlərə diqqət etməlidir ki, dəmir azlığı, digər anemiyaları görsün və vaxtında müayinə olunsunlar?

- Qan azlığının əsas əlamətləri dəri örtüyünün solğunlaşması, halsızlıq, zəiflik, dırnaqların kövrək olması, saçın tökülməsi, bəzən iştahsızlıqdır. Bəzi insanlar limona qarşı həssas olur, daha çox yemək istəyir, bəziləri göyərtinin yanından etinasız keçə bilmir. Bəzən hamilə qadının ürəyinin nəsə istədiyi deyilir, buna xalq arasında yerikləmə deyirlər. Əslində bu da dəmir defisitli anemiyanın əlaməti də ola bilər. Çünki hamilə qadınlarda qan azlığı daha çox müşahidə edilir. Bu maddə dölün inkişafına da təsir edir. Dərin dəmir defisitli bir xəstəmiz var idi, mütəmadi təbaşir yemək istəyirdi. Müəllim idi və fürsət tapan kimi təbaşir yediyini deyirdi. Müayinə nəticəsində onda dərin dəmir defisiti aşkarlandı. Müalicə nəticəsində problem aradan qalxdı. Bəzən dəmir defisiti ilə əlaqədar çiy düyü, çiy makaron yemək istəyi ola bilər. Lakin bu əlamətlər əsasən, dərin dəmir defisitlərində olur. Xəstəlik yüngül formada olanda bu əlamətlər özünü büruzə verməyə bilər. Dəmir defisiti zamanı dırnaqlar da formasını dəyişir. Müalicə kursları xəstəliyin səviyyəsindən asılıdır, bəzən bir-iki ay ola bilir. Bundan başqa, qadınlarda fizioloji qanitirmə çox olanda profilaktik müalicə də tətbiq edilə bilər.

- Belə düşüncə var ki, qan azlığını qidalarla aradan qaldırmaq olur. Adətən, çuğundur, kök və bir sıra meyvə və tərəvəzlər məsləhət görülür. Yalnız qida rasionuna diqqət etməklə problemi aradan qaldırmaq olarmı?

- Qırmızı ət, qarabaşaq, bir çox meyvələrdə dəmir elementi var. Lakin qidaların qəbulu yalnız profilaktik tədbir ola bilər. Dərin dəmir defisiti zamanı dərman preparatları qəbul etmək mütləqdir. Əsasən daxilə qəbul edilən dəmir preparatları bağırsaqlardan sorulduğu üçün daha yaxşı effekt verir. Mədə-bağırsaq traktında problem olanda, mədə xorası, eroziyalar zamanı, uzun müddət xroniki qansızmalar zamanı inyeksion formada müalicə aparılır.

- Dəmir defisiti ən çox hamilə qadınlarda müşahidə edilir. Hamilə qadının dəmir defisiti uşağa necə təsir edə bilər?

- Bu zaman döldə qanazlığı, habelə inkişafda problemlər yarana bilər. Ananın özü üçün də bu ciddi problemdir. Çünki doğuş zamanı meydana çıxan patologiya olsa, qanitirmə baş versə, ananın vəziyyəti daha da ağır olar. Bu gün ölkəmizdə antenatal müayinə zamanı bu məqama diqqət edirlər. Hamiləlik normal gedirsə, doğuş da normal olmalıdır. Buna görə hamilə qadın vaxtaşırı müayinədən keçməlidir.

- Qanazlığı əlamətlərindən danışdıq. Çox üşüyən, əl və ayaqları soyuq olan insanlarda qanazlığı olduğu deyilir. Həqiqətən bu qanazlığı əlamətidir?

- Xeyr, bu qan azlığı əlaməti deyil. Bəzən periferik damarlarsa spazmla əlaqədar ola bilər. Bu səbəbi araşdırmaq lazımdır.

- Qan xəstəliklərində müalicə üsullarından biri də sümük iliyinin köçürülməsidir. Sümük iliyinin transplantasiyası leykoz və talassemiya xəstələri üçün çıxış yolu hesab edilə bilərmi?

- 2014-cü ildən Respublika Talassemiya Mərkəzində sümük iliyinin transplantasiyası aparılır. Yalnız talassemiya xəstələri deyil, leykozlara da transplantasiya aparılır və artıq belə xəstələrin sayı 60-a yaxındır və bütün əməliyyatlar uğurla keçib. Əməliyyat uğurla keçsə talassemiya xəstələri üçün sümük iliyinin transplantasiyası radikal müalicə metodudur. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən "Talassemiyasız həyat" layihəsi fəaliyyətə başladı və bu çərçivədə bir çox işlər həyata keçirildi, Talassemiya Mərkəzi inşa edildi. Bu mərkəzdə xəstələrin müayinə və müalicəsi yüksək səviyyədə təşkil olunur. Bu layihə çərçivəsində qan donorluğu da inkişaf etməyə başladı. 2006-cı ildə "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dasir Dövlət Proqramı"qəbul edildi.

- Qan donorluğundan danışmışkən, donorların sayı qane edir?

- 2011-ci ildə 11 min donor vardısa, artıq indi bu rəqəm 90 minə çatıb. Təkcə aşura günündə 5 min nəfər qan verir. Hər il qan donorluğu günü müxtəlif şüur altında həyata keçirilir. Builki şüar "Başqaları haqqında fikirləş, qan ver, həyatla bölüş" idi. Bu şüar insanları həmrəyliyə çağırır və donorluğun ən ümdə keyfiyyəti budur. İnsanpərvərlik, xeyirxahlıq millətimizə xas olan bir xüsusiyyətdir. Donorluq təkcə tibb işçilərinin iştirak etdiyi proses deyil. Bu donorlar olmazsa, donorluq haqqında danışa bilmərik. Qan yeganə canlı dərmandır ki, insandan alınır. Alternativ müalicə vasitələri axtarılır, lakin qanı əvəz edən müalicə vasitəsi tapılmır. Tibdə bir çox patologiyalarda qan və qan komponentlərindən istifadə olunur. Bir insan 450 milli litr qan verməklə bir neçə insana kömək edir. Verilən qan trombositlərə, qırmızı qan elementlərinə və plazmaya ayrılır. Hər bir insanın həyatı boyu qana ehtiyac ola bilər. Ona görə də sağlam insanlar qan verməklə tanımadıqları bir insanın həyatını xilas edirlər. Bəlkə də, onların qanı doğuş zamanı bir ananın, bir ailə başçısının və ya balaca bir körpənin həyatını xilas etmiş olar. Donorluğun mənəvi tərəfləri çoxdur.

- Bu, həm də qan verənin özü üçün də xeyirli addımdır. Bir az da bu barədə məlumat verərdiniz...

- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə mütəmadi qan donorlarının digərlərinə nisbətən yaşama müddəti uzanır. Onlarda ürək damar sistemi xəstəlikləri, hipertoniya, steneokardiya kimi xəstəliklərə rast gəlmə riski azalır. Qan hüceyrələri yenilənir, qan verən şəxsin orqanizmi bir qəza nəticəsində yaranan qan itirməsi hallarına hazır olur. Donor həm də qan verərkən müayinələrdən keçir. Qanın ümumi müayinəsi aparılır, viruslara, infeksiyalara qarşı yoxlanılır. Qırmızı Aypara və Xaç Cəmiyyətləri, Ümumdünya Səhiyyə Təşkilatının mütəmadi və təmənnasız donorluq devizi var. Çünki bir insan qan verərkən maddi marağı olsa, o, xəstəliklərini gizlədə bilər. Ancaq könüllü insan başqasına ziyan vurmaz. Ona görə də dünyada təmənnasız donorlara üstünlük verilir. Qadınlar ildə 4, kişilər 5 dəfə qan verə bilər. Qan verəndən sonra həmin itki qısa müddətdə bərpa edilir. Qan donoru sağlam insan olmalıdır. Aşura günü qan verənlər arasında müxtəlif şübhəli məqamlar aşkarlanır. Lakin bu həmin şəxsin xəstə olduğu demək deyil. Təkrar müayinələrin aparılmasından sonra qərar vermək olur.

- Ramazan ayı və yay fəslində qan verənlərin sayında azalma müşahidə edilir. Hazırda qan bankında ən çox hansı qan qruplarına ehtiyac var?

- Dünya əhalinin 85 faizi müsbət, 15 faizi mənfi rezusdur. Ona görə də ən çox mənfi rezuslu qana ehtiyac duyulur. Bu aylarda problem yaşamamaq üçün tədbirlər planı hazırlanır. Səhiyyə Nazirliyi tərəfindən ilin əvvəlindən müəyyən olunan cədvəl əsasında Mərkəzi Qan Bankının briqadaları aksiyalar keçirir. Bu proses il boyu dayanmır. Çünki qanın saxlanma müddəti maksimum 42 gündür, bu da tərkibindəki qoruyucu maddədən asılıdır. Hər zaman qan ehtiyatı olmalıdır. Aprel hadisələri zamanı könüllü müraciətlərin sayı çox olmuşdu. Hətta Bərdədə qan bankının işçiləri artıq insanlara gəlməməyi xahiş etdiklərini deyirdilər. Bu mütəmadi olsa çox yaxşı olardı. Xüsusən, sağlam gənclər bu prosesdə aktiv iştirak etməyi tövsiyə edərdik./publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2200   Tarix: 10 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20 mart
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21 aprel
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24 mart
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21 aprel
.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. xəbər verir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadının bətnindəki uşaq daim böyüyür və onu kifayət qədər yerlə təmin etmək üçün qadı

14 aprel
.

Dünyada daha bir epidemiya gözlənilir: Gözlərinizi qoruyun!

Qadjetlərdən geniş istifadə miyopiyanın dünyada yayılmasına səbəb olub. Problem xüsusilə 1997-2012-ci illər arasında doğulanlar arasında müşahidə olunur. Sonxeber -a istinadən xəbər verir ki, bu barədə göz cərrahı Yorn Yorgensen danışıb. Həkimin sözlərinə görə, Böyük Britaniyada son 30 ildə yeniyetmələ

10 mart
.

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır. -a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib. "Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərlər

10 mart
.

Çeynəmə zamanı bu səhvə yol verməyin - Stomatoloqdan XƏBƏRDARLIQ

Bir tərəfdən çeynəmək dişlərin çürüməsinə səbəb ola bilər. xəbər verir ki, bu barədə "Sputnik" radiosuna stomatoloq Aleksey Antipenko məlumat verib. "Əgər dişlərin bir tərəfi çeynəmək üçün istifadə edilmirsə, daha az təmizlənir. Fakt budur ki, tərəvəz və digər sıx tərkibli qidalar - çörək

23 mart
.

Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub - Tədqiqat

Zərərli qidaların nə üçün xərçəngə səbəb olduğu məlum olub. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Sinqapur Universitetinin tədqiqatçıları bununla bağlı araşdırma aparıblar. Təxminən 3 milyon britaniyalı hazırda xərçənglə mübarizə aparır və bu rəqəmin 2040-cı ilə qədər 5,3 milyonu keçəcəy

24 aprel