Ramzan Kadırov Salahla görüşmək üçün stadiona gəldi - FOTO

Ramzan Kadırov Salahla görüşmək üçün stadiona gəldi - FOTOMisir yığmasının hücumçusu Məhəmməd Salah DÇ-2018-in qrup mərhələsinin ilk turunda Uruqvayla oyuna hazır olduğunu bildirib.

Sonxeber.az komanda.az-a istinadən xəbər verir ki, bu barədə futbolçu bazar günü Qroznıdakı açıq məşqdən sonra jurnalistlərə açıqlama verib.

Misir yığması dünən Qroznıya gəlib və "Axmat-Arena"da açıq məşq olub. Salah açıq məşqdə iştirak etməsə də, meydançaya çıxıb və azarkeşləri salamlayıb.

Xatırladaq ki, misirli forvard çempionlar Liqasının finalında "Real"la oyunda çiynindən zədələnmişdi. Onun Uruqvayla oyunu buraxacağı ehtimal olunsa da, görünür, futbolçu artıq özünü hazır hiss edir:

"Özümü yaxşı hiss edirəm. Uruqvayla oyunda meydana çıxmağa köklənmişəm. Komandamızın hara kimi gedəcəyini bilmirəm. Ancaq turnirə yaxşı hazırlaşmışıq, ümidlərimiz böyükdür. 28 ildən sonra dünya çempionatında iştirak edəcəyik".

Salahla görüşmək üçün şəxsən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov da stadiona gəlib.

İdman   Baxılıb: 688   Tarix: 11 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR